Əsas Səhifə > Güney Press > Dolların bahalaşacağına eyham: Valyuta ehtiyatları 10 il əvvəlki sürətlə...
Dolların bahalaşacağına eyham: Valyuta ehtiyatları 10 il əvvəlki sürətlə...Dünən, 19:02 |
Paytaxtın valyutadəyişmə məntəqələri son aylardakı iş prinsipi ilə fəaliyyət göstərir. Xarici valyuta alanların illik limiti keçib-keçmədiyi diqqətlə yoxlanılır. Böyük məbləğlərə dərhal razılıq verilmir, müəyyən təftişdən sonra qərar alınır. Araşdırılmamış əməliyyat keçirilmədiyinə görə bəzən valyutadəyişmə məntəqələrində ciddi növbə yaranır. Bizimyol.info xəbər verir ki, ilin 11 ayı ərzində valyuta satışı 6,6 milyard dolları keçib. Son aylar tələbin çox artdığı müşahidə edilir. Eyni zamanda valyuta ehtiyatları kəskin azalır. Son iki ayda 828 milyon dollar azalma qeydə alınıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10,9 milyard dollara düşüb. Hər şey 2014-cü ili xatırladır. Cəmiyyəti sarsıdan iki devalvasiyadan əvvəlki il də belə keçmişdi. İlin ilk yarısında valyuta ehtiyatlarının çox artdığı bildirilmişdi. İkinci yarıda isə vəziyyət dəyişmişdi. Artıq rəsmi səviyyədə etiraf olunmağa başlanmışdı ki, manatın dəyəri Mərkəzi Bankın bazara qeyri-nağd və nağd şəkildə müdaxiləsi sayəsində qorunub. Onda 1 milyard 127 milyon dollar məbləğində satışyönlü müdaxilədən danışılırdı. 2014-cü ildə cəmiyyəti devalvasiyaya sətiraltı hazırlayırdılar. Deyilirdi ki, rus rublu 80, Ukrayna qrivnası 90, qazax təngəsi 19, türkmən manatı 22, Belarus rublu 17, türk lirəsi 8 faiz ucuzlaşıb. Yəni bizim manatın ehtimal olunan ucuzlaşması da təbiidir. Sonrasını bilirsiniz. 2015-ci ildə iki devalvasiya qeydə alınmışdı. Necə deyərlər, əhalinin beli qırılmışdı. Xüsusilə dollarla götürülən kreditlər insanları müflisləşdirmişdi. Əhali çox çarəsiz vəziyyətdə qalmışdı. Bir tərəfdən sürətlə artan qiymətlər, dugər yandan ödənilməsi mümkün görünməyən bank borcları. İndi bizi nə gözləyir? Devalvasiya! Heç şübhəniz olmasın. Geci-tezi var. Valyuta ehtiyatların bu qədər azalması səbəbsiz deyil. Mərkəzi Bank daha manatı himayə edə bilmir. İqtisadiyyatın yaxşı günlər yaşamaması da onu deməyə əsas verir ki, devalvasiya qaçılmaz olacaq. Təkcə manatın çox dəyər itirməməsinə ümid etmək mümkündür. İnanmaq istərdik ki, milli valyuta uzağı 20 faiz zəifləyəcək. Geri qayıt |