Əsas Səhifə > Güney Press > Trampa buraxılan dəhşətli miras

Trampa buraxılan dəhşətli miras


Dünən, 17:16
Trampa buraxılan dəhşətli miras
Son hadisələr fonunda ABŞ-ın yeni seçilmiş prezidenti Doanld Trampın vəzifəsinin icrasına ağır şərtlərlə başlayacağı güman edilir. ABŞ Prezidenti Co Baydenin seçkilərdən həmən sonra Ukraynaya güclü texnikalarla Rusiya dərinliklərinə hücum etməyə icazə verməsi ilə sözügedən müharibə daha da gərgin dövrə qədəm qoyub. Hakimiyyətə gəldiyi an Ukrayna müharibəsini bir günün içərisində bitirəcəyini deyən Trampın hansı addımlar atacağı maraq doğurur. Digər tərəfdən Gürcüstanda da vəziyyət gərgindir. “Gürcü Arzusu” partiyasının qələbəsindən sonra başlayan etiralzar səngimək bilmir.

Donald Tramp vəzifəsinin icrasına başladıqda C.Baydenin gedən ayaq daha böyük xarabazarlığa çevirdiyi Yaxın Şərqdə, Ukraynada, eləcə də Gürcüstanda gərginliyi azalda, sülhə nail ola biləcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, bütün coğrafiyalarda hər milli metr uğrunda savaşdansa, Trampın vəd etdiyi gələcək daha fərqlidir:

“İndidən bəzi ip uclarını oxumaq mümkündür. Donald Trampın Yaxın Şərqə dair açıqlamarında həm Rusiyaya münasibətində, həm də Gürcüstanda baş verənlərin arxa fonunda prosesləri görmək mümkündür. Tramp gələnə qədər Gürcüstan, Ukrayna, eləcə də Yaxın Şərqin problemini Bayden həll etməyə çalışıb. Həll edə bilmədikləri, içərisindən çıxılması mümkün olmayan şərait Trampa tələ kimi hazırlanır”.

Siyasi şərhçi Donald Tramp üçün çıxılmaz vəziyyətin yaranacağını düşünmür:

“Ukrayna və Gürcüstanda Rusiyanın güclü mövqeyinin qəbul edilməsinin əvəzi kimi Yaxın Şərqdə Birləşmiş Ştatların maraqlarının təmin olunmasına Kreml göz yuma bilər. Bizim üçün isə sözügedən prosesin kifayət qədər böyük riskləri var. Rusiyanın Yaxın Şərqdəki baxışlarında yalnız hərbi bazaları olduğu Suriya ərazilərindən başqa digər sahələrdə aktor kimi varlığı qəbul olunmayacaq. Buna da razıdır. Trampın gəlişi Rusiya-İran münaisbətlərini yumşaq qarşıdurmalara gətirə bilər”.

Geri qayıt