Əsas Səhifə > Güney Press > Cənubi Koreyada hərbi vəziyyət elan edilib

Cənubi Koreyada hərbi vəziyyət elan edilib


Dünən, 17:54
Cənubi Koreyada hərbi vəziyyət elan edilib
Cənubi Koreya prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

APA-nın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.

Geri qayıt