Əsas Səhifə > Güney Press > Azərbaycan şirkəti əmlakını borc qarşılığında əvəzləyir
Azərbaycan şirkəti əmlakını borc qarşılığında əvəzləyirDünən, 08:23 |
İmişli rayonunda qum-çınqıl karxanalarına malik olan “Çınqıl-Servis” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 9-na təyin olunub. Yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə olunacaq: 1. Əmlakın borc qarşılığında əvəzləndirilməsi . 2. Maliyyə ilinin yekunlarına aid hesabat. 3.ASC-nin hüquqi statusunun dəyişdirilməsi . 4.Digər məsələlər. Qeyd edək ki, “Çınqıl-Servis” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 88 860 manatdır və qanuni təmsilçisi İlyas Xəlilovdur. Geri qayıt |