Əsas Səhifə > Güney Press > Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb


Dünən, 09:40
 Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Dekabrın 3-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"DİA-AZ" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Geri qayıt