Əsas Səhifə > Güney Press > “Kiyev ərazi məsələlərini Moskva ilə müzakirə edə bilər”

“Kiyev ərazi məsələlərini Moskva ilə müzakirə edə bilər”


Dünən, 11:30
“Kiyev ərazi məsələlərini Moskva ilə müzakirə edə bilər”
Sülh razılaşması əldə etmək üçün Ukrayna Rusiya ilə ərazi məsələləri barədə müzakirələr apara bilər.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Annalena Berbok belə bəyanatla çıxış edib.

“Sülhün müxtəlif elementləri var: siyasi və maddi təhlükəsizlik təminatları, NATO-ya üzvlük, atəşkəsi qorumaq üçün beynəlxalq iştirak, qoşunların çıxarılması, ərazi məsələləri, yenidənqurma, sanksiyaların tənzimlənməsi. Amma hansı məqsədlə danışıqlar masası arxasında oturmaq barədə qərarı Ukrayna özü qərar verir”, - Almaniya XİN-in rəhbəri vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “Sky News” informasiya telekanalına müsahibəsində ölkəsinin NATO-ya üzvlüyü müqabilində atəşkəs elan olunması və bəzi ərazilərdən imtina etməsi ilə razılaşa biləcəyini deyib.

Geri qayıt