Əsas Səhifə > Güney Press > İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir

İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir


Dünən, 11:45
İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir
İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşavirinin müavini ayətullah Möhsün Qumi Moskvada səfərdədir.

“Report” xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, ayətullah Quminin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 4-də Moskvaya gəlib.

Bildirilib ki, qısa səfəri çərçivəsində o, Rusiyanın dini liderləri, bu ölkədəki iranlı tələblərlə görüşlər keçirməyi planlaşdırır.

Geri qayıt