Əsas Səhifə > Güney Press > Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
Rütte Kiyevi hələ səbrli olmağa çağırıbDünən, 13:07 |
NATO-nun baş katibi Mark Rütte Ukraynaya Qərb müttəfiqləri Kiyevin döyüş meydanında uğur qazanması və danışıqlarda mövqeyini gücləndirmək üçün kifayət qədər hərbi yardım göstərməyincə Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif edib. AzVision.az xəbər verir ki, Mark Rütte bu məqsədə çatmaq üçün Kiyevə daha çox hərbi yardım göstərilməli olduğunu vurğulayıb. “Qarşıdakı iki gün ərzində keçirəcəyimiz görüşdə diqqətimizi Ukraynanın sülh danışıqlarına başlamaq qərarına gələndə bunu güc mövqeyindən etmək imkanı qazanmasına əmin olmağımıza yönəldəcəyik”, - Şimali Atalantika Alyansının baş katibi deyib. Rütte müttəfiqlərin Ukraynanın gələcəyinin NATO-da olması ilə bağlı razılığı barədə əvvəlki açıqlamalarını təkrarlayıb. O, Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı alyansıb bəzi üzvlərinin ikitərəfli razılaşmalarını buna körpü adlandırıb. Rüttenin iddiasına görə, NATO ilə Ukrayna arasında addım-addım yaxınlaşma prosesi gedir, lakin indiki məqamda məhz hərbi yardım kritik əhəmiyyət kəsb edir. Qeyd edək ki, Mark Rütte bundan əvvəl Ukrayna ilə bağlı Qərb üçün potensial uğursuz razılaşmanın Vaşinqtona təhlükə yaradacağı barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa xəbərdarlıq edib. Geri qayıt |