Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                 

“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”
Tarix: 16-09-2011, 14:17 | Çap et
“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”

DEPUTAT KEÇMİŞ RƏİS OLAN QARDAŞINDAN DANIŞDI

“Qafqazinfo” Milli Məclisin üzvü Adil Əliyevin unikal.org saytına müsahibəsini təqdim edir:

- Milli Məclisdə "Eks- prezidentlər haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı nə deyə bilərsiniz?
- Bu məsələ ilə başqa komitə məşğul olduğundan dəqiq hansısa rəy söyləyə bilmərəm. Ümumən mənim fikrimə gəldikdə, belə bir qanunun qəbuluna həqiqətən ehtiyac var. Amma məsələ çox ciddi şəkildə təhlil ediləndən sonra. Yəni, bu gün ən mübahisəli məsələ budur ki, kimlər eks-prezident adlandırıla bilər? Vəzifəsini sona qədər icra edən prezidentlərlə yanaşı, prezidenti əvəz edənlər, fəaliyyətini sona çatdıra bilməyənlər də olub. Yəni məsələyə kompleks yanaşma olmalıdır və qanunun qəbulu bundan sonra mümkün ola bilər. Hesab edirəm ki, bunun üçün də vaxt lazımdır.

- Adil bəy, son günlər "Vikiliks" saytında Azərbaycanla bağlı sərt yazılar və fikirlər səsləndirilir. Sizcə, bu doğrudanmı sistemli və ardıcıl şəkildə həyata keçirilən kampaniyadır?
- Bu saytda Azərbaycanla bağlı dərc olunan materiallarla geniş şəkildə tanış olmuşam və təəssüf edirəm ki, bu gün Azərbaycana qarşı belə bir kampaniya başlayıb. Bu materialları təhlil etsəniz görərsiniz ki, ortada iki ciddi məsələ var. Bunlar nədir? İlk növbədə Azərbaycanın xarici siyasətini zədələməyə bir cəhd var. Görürsünüz ki, dərc olunan materiallarda əsasən Türkiyə-Azərbaycan, İran-Azərbaycan, Rusiya -Azərbaycan münasibətlərinə bir kölgə salmaq cəhdi var. Bu isə onunla bağlıdır ki, son illər Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu balanslı xarici siyasəti davam etdirir və regionda ciddi gücə çevrilib. Azərbaycanın gücə çevrilməsini isə istəməyənlər bu cür addımlarla xarici siyasətimizi zədələməyə çalışırlar. Digər tərəfdən maraqlıdır, əgər bu sayt həqiqətən də həqiqətləri dərc edirsə, onda niyə bir neçə insandan başqa Azərbaycanda heç kəslə bağlı nə isə dərc etmir? Bu da sübut edir ki, baş verən bu olayların arxasında ciddi qüvvələr var və belə materiallar bundan sonra da dərc olunacaq. Bunu da qeyd edim ki, əvvəllər bu saytın yazdıqları dünyada ciddi qəbul olunurdusa, indi ciddiliyini itirib. Bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, sayt ilk dövrlərdə Türkiyə ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyəndə hər iki ölkənin başçıları müdrik addım atdılar və siyasətlərini bu cür mənasız xəbərlərə əsasən qurmadıqlarını bəyan etdilər. Mənə elə gəlir ki, hər birimiz bu mövqedən çıxış etməliyik.
Görünür, Ermənistan Rusiyanın, Gürcüstan isə Amerikanın təsirinə düşdüyü kimi, Azərbaycanı da təsir altına salmaq istəyənlər var və bu addımlar da o niyyətlə atılır.

- İctimai Palatanın hökumətə təqdim etdiyi "Yol xəritəsi" ilə bağlı layihənin müzakirə olunmasına Amerika kimi dövlət vasitəçilik etmək istəyir. Sizcə, hökumət bu problemləri müxalifətlə öz arasında - beynəlxalq təzyiqlər olmadan həll edə bilməzmi?
- Bilirsiz, bütün dövlətlərə kənardan təsirlər olur. Amma bu o demək deyil ki, bu təzyiqlərə görə dövləti maraqlar bir kənara atılmalıdır. Mən açıq deyirəm: bu gün Azərbaycanı idarə edən bir hakimiyyət var və dövlətin gərəkli institutları tam gücü ilə fəaliyyətdədir. Buna görə kimlərinsə hazırladığı hansısa sənədi uzun-uzadı müzakirə etməyə ehtiyac yoxdur. Müxalifət isə belə təklifləri hazırlayırsa, lap yaxşı, bunu təqdim etsinlər gərəkli institutlarımıza və orda maraqlı məqamlar olarsa, gələcəkdə nəzərə alınar. Amma bu gün müxalifət bir güc deyil, alternativ qüvvə kimi qəbul olunmaq səviyyəsində deyil və buna baxmayaraq elə təkliflərlə çıxış edir ki, bu siyasi etiket qaydalarına belə sığmır. Çox təəssüf ki, bəzi kənar qüvvələr də bu cür təşkilatlardan istifadə etməyə çalışırlar. O ki qaldı dialoq məsələsinə, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ümummilli məsələlərin müzakirə olunmasına hər zaman hazırdır və konstruktiv müxalifətlə dialoqa gedə bilər. Hətta bu günün özündə parlamentdə təmsil olunan müxalifətçi partiya sədrləri ilə hakimiyyət rəsmilərinin rəsmi tədbirlərdə görüşləri də olur, müzakirələri də. Buna görə hesab edirəm ki, radiikal müxalifət də dövləti maraqlarımızı nəzərə alaraq addım atmalıdır. Onda xalqın dəstəyini də alar və normal müxalifətçiliyini də edə bilər.

- Bildirilir ki, Azərbaycanda payız aylarında siyasi gərginlik artacaq. Siz bu barədə nə deyərdiniz?
- Bu çox az adamın illüziyası və istəyidir. Mən elə hesab edirəm ki, bu arzularla yaşamaq və nəyinsə olacağını gözləmək ağılsızlıqdır. Bilirsiniz, Yaxın Şərqdə baş verən proseslərdən sonra müxalifət cəmiyyəti çaşdıracaq müəyyən addımlar atdı ki, guya bu dalğa Azərbaycana da gələcək. Amma özləri özlərindən soruşmadılar ki, belə bir inqilab Azərbaycanda hansı səbəbə görə olmalıdır? Bilirsiniz, bu yenə də müxalifətin milli və dövləti maraqları nəzərə almamasından irəli gəlir. Müxalifət nəyəsə nail olmaq, real fəaliyyət göstərmək istəyirsə, xarici qüvvələrin yox, dövlətin yanında durmalıdır. Düzdür, bu gün elə məmurlar var ki, onların fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar yaradır. Amma Prezident İlham Əliyevin korrupsiya əleyhinə apardığı işlər, dövlət qulluqçularının gəncləşdirilməsi istiqamətindəki qərarları bu cür məmurların yox olması ilə nəticələnəcək. Mən inanıram ki, Prezidentin gördüyü işlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə imkan verəcək. Buna görə boş yerdən ajiotaj yaratmağa ehtiyac yoxdur.

- Son zamanlar Azərbaycanda baş verən cinayətlər, xüsusən də odlu silahlardan istifadə hallalrı çoxalıb. Keçmiş polis zabiti kimi bunu necə dəyərləndirirsiniz, bu o deməkdirmi ki, Azərbaycanda yenə kruminal qruplaşmalar formalaşır?
- Bilirsiniz, vaxtilə Azərbaycanda çox ciddi kriminal qruplaşmalar olub. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə gördüyü ilk işlərdən biri də bu oldu ki, dövləti gözə görünmədən içindən dağıdan bu cür qruplaşmaları tamamilə sıradan çıxardı. Bəziləri isə ölkədən qaçıb getdi. Və bu gün baş verənlərin keçmişlə heç bir bağlılığı yoxdur. Buna görə də cinayətkarlıq o zamankı həddə deyil. Çünki baş verən cinayətlərin sayı kifayət qədər azalıb. Amma bunu tam açıq şəkildə demək lazımdır ki, baş verən cinayətlərdə müəyyən məmurların övladları və ya yaxınlarının da iştirakı ortaya çıxır. Düzdür, bu gün onlara qarşı da mübarizə aparılır. Amma onlar hansısa imkanlarından istifadə edə bilirlər. Hətta imkanlarından istifadə edərək bu cinayətlərin cəmiyyətdə bilinməsinin qarşısını da ala bilirlər. Mən inanıram ki, bu cür məmurlara və məmur balalarına qarşı ciddi ölçülər götürüləcək və xoşagəlməz olayların şahidi olmayacağıq. Fürsətdən istifadə edib elə burdan bəzi məmurlara və məmur övladlarına demək istəyirəm ki, əslində onlar mövqelərinə görə cəmiyyətə nümunə olmalıdırlar. Amma bu gün etdikləri pis nümunədir və bunun zərbəsi sonda hakimiyyətə və dövlətimizə dəyir. Buna görə də adi insanlardan fərqlənmək, adi vətəndaşların haqlarını tapdalamaqdan imtina etməlidirlər.

- Parlamentə amnistiya ilə bağlı layihə təqdim olunub. Bəzi deputatların amnistiyaya etiraz etdiyi söylənilir və bu belə əsaslandırılır ki, amnistiyaya arxayın olan bəzi cinayətkarlar daha da azğınlaşırlar. Siz necə düşünürsünüz?
- Əgər cinayətkarlıq çoxalırsa, qanunlar sərtləşməlidir. Amma bu o demək deyil ki, amnistiya olmamalıdır. Amnistiya olmalıdır. Bəyəm təkrar cinayət törədəcək bir nəfərə görə yerdə qalan bütün digər məhbuslar cavabdehlik daşıyırlar? Azad olunan dustaqlar dərk edirlər ki, həbsxanaya təkrar getmək ağılsızlıqdır. Mən bildiyim qədər, amnistiyaya düşən çox az adam olub ki, təzədən həbsxanaya qayıdıb. Bilirsiniz, məsələni qarışdırmaq olmaz. Bir var cinayətkarlığı özünə peşə seçənlər, azadlıqda yaşaya bilmədikləri üçün təkrar həbsxanaya düşənlər, bir də var təsadüf nəticəsində cinayət edərək həbsə düşənlər. Mən polisdə çalışanda elə adamlar var idi ki, həbsxanasız qala bilmədiklərindən cinayət törədib türməyə gedirdilər.

- Məhərrəm müəllimin, qardaşınız Məhərrəm Əliyevin ovqatı hazırda necədir?
- Məhərrəm Əliyevin ovqatı çox yaxşıdır. Səhhəti də əladır. Öz ailəsi ilə Vətənində olmağından çox razıdır. Dövri mətbuatda səslənənlər isə boş cəfəngiyyatdır. Məhərrəm Əliyev hər zaman dövlətinə, Vətəninə, millətinə və Prezidentinə sadiq olub və üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirib. O bu gün də Cənab Prezidentin siyasi kursunu tam dəstəkləyir və XİN-in sərəncamındadır. Ona hansı iş tapşırılacaqsa, dövlətinə və Prezidentinə bundan sonra da sədaqətlə xidmət edəcək.

- Sonda bir sual da verim. Seçkilərdən öncə Parlament Jurnalistləri Birliyi Sizin millət vəkili kimi passiv olmağınız, çox danışmadığınızla bağlı sorğu keçirmişdi və bəzi jurnalistlər o qədər də yaxşı fikir səsləndirməmişdi. Buna münasibətiniz necədir?
- Sizə bir şey deyim. Heç vaxt öz-özünə yaxşı cavab olmur. Yaxşı cavab üçün gərək yaxşı sual olsun. Təəssüf edirəm ki, bu gün mediamızda elə jurnalistlər çalışır ki, elementar sual verməyi belə bilmirlər. Mən özünə və qələminə hörmətlə yanaşan jurnalistlərin suallarını hər zaman cavablandırmışam. Bu, məsələnin bir tərəfi. O biri tərəfinə gəldikdə isə qeyd edim ki, parlamentdə millət vəkilinin rolunun nədən ibarət olduğunu çox təəssüf ki, bəzən seçici də, jurnalist də düzgün dərk edə bilmir. Deputatın vəzifəsi qanun layihələri üzərində işləmək, qanunverici bazanın formalaşmasına dəstək verməkdir. Mən parlamentdə komitə üzvüyəm və komitənin iclaslarında demək olar ki, əksər layihələrin işlənməsində aktiv iştirak edirəm. Amma bəziləri hesab edir ki, deputatın işi elə parlament iclaslarında populist bəyanatlar verməkdir. Mənim mövqeyimi, dövlətçiliyə yanaşmamı hamı bilir və mən qanunvericilik bazamızın formalaşmasında bu formada iştirak edirəm. Mən konkret addım atmağı sevən adamam, boş-boş bəyanatlar verməklə gündəmdə qalmaq mənim xarakterimə uyğun deyil. Buna görə də mən belə sorğulara xüsusi önəm vermirəm. Bununla yanaşı təkrar edirəm, özünə və qələminə hörmət edən jurnalistləri dəstəkləyir və onlara ciddi yanaşıram. İnanıram ki, Azərbaycanda söz azadlığı bundan sonra da inkişaf edəcək .









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru