Son vaxtlar sahibkarların, iş adamlarının hüquqlarının pozulması ilə bağlı ölkə mətbuatında mütəmadi yazılar dərc olunur. Probem o dərəcəyə qədər şişib ki, ölkə başçısı məsələyə müdaxilə edərək, iş adamlarının müdafiəsinə qalxaraq bildirib ki, azad sahibkarlığa mane olmayın, fermerlərə kömək edin ki, ölkənin ərzaq təhlükəsizliyi təmin olunsun. Ancaq bəzi məmurlar, hələ də köhnə qayda da işləməkdə davam edirlər. Hüququ pozulan vətəndaşlardan biri, Qazax rayonu Qazaxbəyli kəndindən olan Rövşən Əhməd oğlu Hüseynov NUH.az-ın əməkdaşına bildirib ki, 1997-ci ildə pay torpaqlarının verilməsi nəticəsində 3 qardaş olaraq bizə dövlət aktı ilə üzüm sahəsindən torpaq verilib: “ Ancaq sonradan Qazax Rayon İcra Hakimiyyətinin təşkilat şöbəsinin müdiri Məmməd Aliyevin dəstəyi ilə kəndin bələdiyyə sədri Südabə Alıyeva ( hazırda vəzifəsindən kənarlaşdırılıb ) və müavini Mahir Yusifov biz qardaşlara məxsus torpaq sahəsini saxta səndələrlə başqa şəxslərə satıb. Rəsmi sənəddə torpağın sotunu guya 480 manata satıldığı qeyd olunsa da, əslində hər sota görə 5000 ( 5 min manat ) pul alınıb. Daha dəqqi desək, bizim dövlət aktı olan torpağımızadan 24 sot torpaq satılıb. Yəni məmurlar 40 min manat rüşvət alaraq biz qardaşlara məxsus torpaqları öz dədə malı kimi satıblar”. Sonda zərəçəkən pozulmuş hüquqlarının bərpa olunması üçün ölkə başçısından kömək istəyir.