Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                 

Əgər kənd təsərrüfatının durumu naziri düşündürmürsə... - “Kənd Təsərrüfatı Nazirliyi qeyri-peşəkarlardan komplektləşdirilib”
Tarix: 14-05-2016, 09:04 | Çap et
Əgər kənd təsərrüfatının durumu naziri düşündürmürsə...
Sabirabad rayon Zəngənə kənd sakini, sahibkar Əfras Əsgərov pambıqçılığın inkişafı ilə bağlı ölkə prezidentinə 10 təklif verib. Sahibkarın təkliflərində qeyd olunur ki, keyfiyyətli, məhsuldar pambıq istehsalı üçün torpağın keyfiyyətinin yaxşılaşdırılması, yerli şəraitə uyğun olan məhsuldar sortların alınması, mineral və süni gübrə təminatı, peşəkar kadrların, yeni mütəxəssislərin hazırlanması, ölkəyə daha müasir texnikanın gətirilməsi, yeni texnologiyanın tətbiqi, iplik müəssisələrin salınması və sair məsələlər həll edilməlidir.
Əfras Əsgərovun təklifləri siosial şəbəkələrdə böyük ajiotaj doğurub. Pambıqçılığın inkişafı üçün qoyulan məsələlər bəs aidiyyəti dövlət orqanları tərəfindən necə qarşılanıb?
Bu və ya digər suallarımızı cavab tapmaq üçün Əfras Əsgərovla əlaqə saxlayıb, onunla söhbət etdik. Qeyd edək, Ə.Əsgərov ixtisasca riyaziyyat müəllimi olsa da kənd təsərrüfatına çox meyllidir. Bu xüsusiyyət onda genetikdir. Belə ki, ata-babasından ona torpağı əkib-becərmək ənənəsi qalıb. Atası da pambıqçılıq təsərrüfatı ilə məşğul olub.
2000-ci ildən pambıq əkini ilə məşğul olan Əfras Əsgərov hesab edir ki, Azərbaycanda pambıqçılıq təsərrüfatında ən böyük həcmdə pambıq becərən fermerlərdən biridir.

“Kənd Təsərrüfatı Nazirliyi qeyri-peşəkarlardan komplektləşdirilib”

- Neçə hektar sahədə pambıq becərirsiz?
- Bu il 100 hektar pambıq əkmişəm, heç bir dəstək olmadan. Amma stimul verilərsə, 300-400 hektar sahədə pambıq becərə bilərəm.
- Prezidentə ünvanladığınız təklifdə kifayət qədər ciddi və böyük maliyyə tələb edən məsələlər qoyulub? Reaksiya necədir?
- Ayrı-ayrılıqda fermerlər, dost-tanışlarım, sosial şəbəkədəki dostlarım münasibət bildiriblər, maraqla qarşılanıb. Amma konkret bu sahə ilə məşğul olan şirkətlər, aqro-kredit rəhbərliyi, yaxud Kənd Təsərrüfatı Nazirliyindən maraqlanmayıblar. Bu material moderator.az və hurriyyet.org-da gedib. Minlərlə oxucu sayı var.
- “Nazirlik pambıq əkininə laqeyddir”- Təkliflərdə Kənd Təsərrüfatı Nazirliyinin funksiyasına aid çox məsələlər əks olunub. Bu məsələlərin mütəxəssislər tərəfindən dəyərləndirilməsi və icra olunması baxımından Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanması daha yaxşı effekt doğurmazdımı?
- Mən fermer kimi hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi qeyri-peşəkarlardan komplektləşdirilib. Nazirlik pambıq əkininə laqeyddir. Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun elektron poçtuna ötən il dəfələrlə müraciət etdim, heç bir cavab almadım. Ona görə bu qənaətə gəldim ki, təkliflərimi cənab Prezidentə ünvanlayım.
- Yalnız mətbuat vasitəsilə müraciət etmisiz?
- Bəli. Ümid edirəm ki, artıq ictimailəşmiş bu məsələ ilə bağlı bir tədbir görülər.
“Emal müəssisəsi yoxdur deyə, taylarla pambıq başqa rayonlara daşınır”
- Sabirabadda pambığın emalı necə təşkil edilir?
- Sabirabbada bu il ümumlikdə 6 min hektar əkin sahəsi var. Bunun 4 mini mən işlədiyim “ÇTS -AQRO” MMC şirkətinə məxsusdur. Amma təəssüf ki, emal müəssisəsi yoxdur. Bizim yetişdirdiyimiz pambıq tayalara yığılıb, başqa rayona daşınır ki, bu da əlavə xərcdir. Yaxşı olar ki, rayonumuzda pambıq emalı müəssisəsi açılsın, bu həm də yerli əhali üçün yeni iş yeri deməkdir. Bununla “ÇTS-AQRO” MMC də əlavə xərclərdən azad olar.
- Daha 10 təklifinizin olduğunu bildirmişdiniz. Bunlar hansılardır?FERMERDƏN PREZİDENTƏ DAHA 10 TƏKLİF... - “Nazirlik pambıq əkininə laqeyddir”
- Mən növbəti təkliflərimi də paket halında hazırlayıb, mətbuatda yayacam. Amma bəzilərini açıqlamaq istərdim. Onlardan biri budur ki, icra hakimiyyətləri haqqında əsasnamədə dəyişiklik olunsun. Çünki pambıqçılığın bütün yükü icra hakimiyyəti aparatının, icra nümayəndələri və bələdiyyələrin üzərindədir. Fermer olaraq biz öz işimizi təşkil edə bilirik. Amma Sabirabad ərazisinin çox hissəsini gəzmişəm, son 20-25 ildə pambıq əkini yoxdur deyə torpaqlar vəhşiləşib, alaq otları, yulğun sahələri basıb. Torpağın əkinə hazırlanması, suyla təminat-filan məsələlərdə həm fermerlərin təcrübəsi kifayət qədər deyil, həm də güclü dəstək tələb olunur. Ona görə bu işlərə icra nümayəndələri və bələdiyyələr cəlb edilir. Onlar da bacardıqları dəstəyi verirlər. Sovetlər dönəmində Ağsu kimi bir rayon 6 min hektar pambıq əkirdi. 6 min hektarın əkilməsi üçün 20 kolxoz fəaliyyət göstərirdi, texnika parkı, komsomol, partkom - hər kəs bu işə cəlb olunurdu. Amma hazırda əkinçilik üçün bütün ağırlıqlar icra hakimiyyətinin 15-20 işçisi, 24 icra nümayəndəliyi və o qədər də bələdiyyənin çiyinlərdindədir. Onların da belə getsə, enerjisi tükənə bilər. Ona görə ciddi dəstək lazımdır. Bu məsələlər sənədləşməlidir, qaydaya salınmalıdır. Axı pambıqçılıqla məşğul olanların hamısı bu işə hazır deyil. Bunun üçün bir qurum yaranmalıdır. Doğrudur, rayonda kənd təsərrüfatı idarəsi yaranır, amma bu kiçik qurum olacaq. Elə bir qurum yaranmalıdır ki, icra nümayəndələri və bələdiyyələr bu sahədə gördükləri əlavə işlərdən, yükdən azad edilsin. Ola bilsin ki, 5-6 il sonra fermerlər peşəkarlaşsın və belə bir təşkilata ehtiyac qalmasın, amma hazırda buna ehtiyac var.
- Ümumilikdə ölkə üzrə neçə hektar torpaq sahəsi pambıqçılıq üçün ayrılıb?
- Mən prezidentin çıxışına qulaq asdım, pambıqçılıq təsərrüfatı üçün bu il 50, gələn il 150 min hektarın əkilməsi nəzərdə tutulub. Mən şəxsən nəzərdə tutulmuş 6 min hektar ərazinin əkilməsini təsəvvür etmirdim. Hazırda 6 min hektar şumlanıb, əkin də 4 min hektarı keçib. İşlərin 90 faizi görülüb. Amma bu gün ölkə üzrə 50 min hektar sahədə pambıq əkini aparılırsa, 10 min hektar ərazi üçün işçi qüvvəsi var. Qalan sahələrdə pambığın becərilməsi çox böyük çətinliklər yaradacaq. Ona görə irəli sürülən təkliflərin realaşmasına çalışmalıyıq.
- Sovet dövründə Sabirabdda neçə hektar torpaq sahəsində pambıq əkliridi?
- 30-32 min hektar torpaq sahədə.

“İndi pambıqçının istismarı zamanı deyil...”

-Sovetlər dönəmində də bu iş inzibati medotlarla həll edilirdi. Müəllimlər, məktəblilər zorla məhsul yığımına cəlb edilirdi. Kolxozçular qul kimi işlədilirdi. Belə çıxır ki, yenə də bu üsul tətbiq olunmalıdır?
-Bəli, sovetlər dönəmində inzibati metodlardan istifadə olunurdu. Digər sahələrdə çalışanlar da məcburi qaydada pambığın becərilməsinə yönəldilirdi. Amma indi bu məsələ olduqca çətindir. Ölkə rəhbərliyi də buna yol verməz. Həm də ki, Azərbaycan müəyyən beynəlxalq konvensiyalara qoşulub, qul əməyinin istismarına yol verilməz. Amma Azərbaycanda xeyli sayda işsizlik problemi var. Doğrudur, yaşadığım Zəngənə kəndində bu problem yoxdur. Çünki 2000-ci ildən bəri işçilərin sayını artırmışıq və camaat üçün pambıqçılıqla məşğul olmaq həyati normaya çevrilib. Bizdə bu iş artlq təşkil olunub. Amma başqa fermer təsərrüfatlarında bu işin formalaşmasına ehtiyac var.
Digər bir məsələ də pambıqçılıq təsərrüfatının inkişafı üçün stimullaşdırıcı tədbirlərin görülməsidir. Mən bunu da öz təkliflərim sırasına daxil edəcəm. Məsələn, necə ki, sovet dövründə yaxşı pambıqçıya, yaxud suçuya avtomobil verirdilər, onlar sanatoriyaya pulsuz ezamiyyətə göndərilirdi. Bu təcrübəni yenə tətbiq etmək olar. Misal üçün 1 noyabr bizdə kənd təsərrüfatı işçiləri günü kimi qeyd olunur. Bu bayramla əlaqədar kənd təsərrüfatı işçiləri üçün müəyyən stimullaşdırıcı tədbirlər görmək də bu sahənin dirçəlməsinə kömək olar.

Hektarları artırmaqla məhsuldarlıq artıracaqmı?

-Hektarları artırmaqla məhsuldarlığı artırmaq mümkündürmü? Axı onsuz da Azərbaycanda tənəzzülə, deqradisyaya uğrayan torpaq sahələri az deyil. Digər tərəfdən, pambıqçılıq üçün hektarların artırılması kənd təsərrüfatının digər sahəsinin azaldılması hesabına başa gəlməyəcəkmi?
-Pambıqçılıq sahələrinin artırılması əslində kənd təsərrüfatı üçün çox önəmli məsələlərdəndir. Çünki pambıq əkini kənd təsərrüfatında növbəliliyi təmin edə biləcək ən vacib şərtdir. İnsanlar neçə illərdi eyni yerdə arpa əkirlər, məhsuldarlıq çox aşağı olur. Növbəli əkin aparmaq daha əlverişlidir. Boş qalmış sahələrimiz də çoxdur. İmkanlı adamların əlində torpaq sahələri var ki, istifadə olunmur. Hətta pay torpaqlarında da növbə ilə pambıq, taxıl əkməklə pambıq sahələrinin sahəsini 300-400 min hektara çatdırmaq olar. Pambıqçılıqdan dövlət qazanc götürməsə belə, yerli əhalinin işlə təmin olunması da böyük qazancdır.
- Təkliflərinizdə qeyd edirsiniz ki, peşəkar kadrların, yeni mütəxəssislərin hazırlanması da vacib amillərdəndir. Belə kadrları hazırlayacaq potensial varmı?
- 2-3 gün öncə Qasımbəyli kəndində belə bir hadisənin şahidi oldum. Fermerlə traktorçu mübahisə edirdi ki, əkin üçün səpilən ciyidin üzəri normal örtülmür. Mən təklif etdim ki, sürücü traktoru əkin sahəsində bir qədər aşağı sürətlə hərəkət etdirsin. Belə etdi, əkin normal alındı. Fermerin yerli mühitdə formalaşması üçün maarifləndirici tədbirlər aparılmalıdır. Ümumiyyətlə isə kənd təsərrüfatı mütəxəssisləri hazırlanmalıdı, bu sahədə ciddi boşluqlar var.

“Pambıqçılıq böyük maliyyə vəsaiti tələb etmir”

- Hazırda Azərbaycan iqtisadi böhran yaşadığı şəraitdə bu qədər problemlərin həlli üçün böyük maliyyə və uzun müddət tələb olunmurmu?
- Hesab edirəm ki, Azərbaycanda iqtisadi böhran yaşanmır. İqtisadi çətinliklər var. Bu iqtisadi çətinlikləri də aidiyyəti qurumlar çeviklik göstərsələr dəf etmək olar. Hazırda bütün dünyada neftin qiymətinin düşməsilə bağlı maliyyə çətinlikləri yaranıb. Amma hesab edirəm ki, Azərbaycan dövlətinin maliyyə resursları çatar. Özü də pambıqçılıqla bağlı elə də böyük rəqəmlərlə ifadə olunan maliyyə vəsaiti tələb edilmir. 6 faizlə kredir verilir, 7-8 aydan sonra o pul geri alınacaq. Burada elə bir problem görmürəm. Təkcə bu il toxumçuluqla bağlı Türkiyədən aldığımız toxumun pulunu yönəltsəydik Toxum Fondu yarada bilərdik.
- Belə qənaətə gəlmək olar ki, sadaladığınız problemlər həll edilməyincə məhsuldar pambıq istehsalından danışmağa dəyməz?
- Xeyr. Artıq bu istiqamətdə iş görülür. Məhsuldarlıq ildən-ilə yaxşılaşacaq. Amma müşahidələrim onu göstərir ki, çox ciddi işlər görülüb və uğurlu nəticə alınacaq.

“Pambığın kiloqramı 50 sentə çatmasa...”

- Hökumət pambığın kiloqramı femerlərdən neçəyə almağı təklif edir? Qonşu Türkiyədə 90 sentə alınır. Bizdə təklif olunan qiymət fermer üçün nə qədər əlverişlidir?
- Biz 10 il ərzində pambığı son devalvasiya prosesinə qədər şirkətə 53 sentə satrıdıq. Türk fermerlər 90 sentə öz becərdikləri pambığı dövlətə sata bilərlər, çünki onlar hansısa şirkətdən maliyyə vəsaiti almırlar. Amma biz kredit götürürük. Ona görə 90 sent bizim fermerlər üçün real deyil. Hazırda pambığı bizdən 52 qəpikdən almaq təklif olunub. Ehtimal edirəm ki, bu rəqəm 60-70 qəpiyə çatacaq. 52 qəpik hazırda 33 sentdir. Qiyməti 50 sentədək artırsalar, indi 75 qəpik edər. Bu da fermer üçün əlverişlidir. Məndə olan məlumata görə, pambığın qiyməti 45-50 sentə qaldırılacaq. Belə olan şərait pambığın əkin sahələrinin artmasına səbəb olacaq.
- Fermer mineralları, gübrələri, dərman preparatlarını öz vəsaitləri hesabına alır?
- “Aqrolizinq” xəttilə 70 faiz güzəştli qiymətə alırıq. Azot gübrəsinin qiyməti 30 manatdır, mən 8 manata alıram. Bu qiymət elə ötən il də, inşil də belə olub. Digər gübrələrdə də qiymətlər sabit qalıb. Yaxşı olardı ki, 70 faiz texnikadan istifadəyə də yönəldiləydi. Məsələn, taxıl kombaynla 30 manata biçilir , pambıqdərən kombayn pambığın hektarını 65 manata dərir. 70 faiz texnikadan istifadəyə də tətbiq edilsə, biz hektarını 20 manata dərərik. Bu da fermerə dəstək olar.

Əgər kənd təsərrüfatının durumu naziri düşündürmürsə...
Əgər kənd təsərrüfatının durumu naziri düşündürmürsə...
Əgər kənd təsərrüfatının durumu naziri düşündürmürsə...
Əgər kənd təsərrüfatının durumu naziri düşündürmürsə...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru