Məşhur bankirlərin ipoteka fırıldağı və “hədiyyə” mənzillər – ŞOK FAKTLAR
Tarix: 15-06-2016, 09:33 | Çap et
Azərbaycanda bir sıra bankirlərin maliyyə maxinasiyalarına yol verməsi, müxtəlif saxta kreditlər vasitəsilə böyük biznes imperiyalar qurması barədə oxucular artıq məlumatlıdır. Ötən ilin ortalarında Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev və onun himayəsi ilə külli miqdarda vəsaiti mənimsəyən “kredit oliqarxları” ilə bağlı ölkə mətbuatında, eləcə də Qafqaznews.az saytında dərc olunmuşdu.
Ölkəmizdə bankirlərin hansı yollarla qazanc əldə etməsi barədə artıq cəmiyyətdə də müəyyən təsəvvür var. Son illərdə dövlət başçısının tapşırığı ilə gənc ailələrin mənzil sahibi olması üçün dövlət tərəfindən xeyli vəsait ayrıldı və İpoteka Fondu yaradıldı. Əsas məqsəd həm insanların mənzil problemini həll etmək, həm də ölkəmizin müasir binalarla gözəlləşməsinə nail olmaq idi. Nəinki Bakıda, həm də bölgələrdə başlayan “tikinti bumu” nəticəsində çox sayda insan mənzil sahibi olsa da, heç də ədalətli olmayan kredit faizləri, “şapka”lar və bankirlərlə işbazların əlbirliyi nəticəsində külli miqdarda vəsait “naməlum istiqamətə” yönəldi. Ona görə “naməlum” ki, bir çox hallarda mənzillərin sahə hesablamasında saxtakarlıq, bəzən pulun müştəridən nəğd alınması kimi hallarla böyük məbləğdə vəsait vergidən yayınır. Bu və digər hallarla bağlı, biz də öz növbəmizdə yazmışıq, “tikinti bumu” ilə varlanan bəzi bankirləri ifşa etmişik.
Qafqaznews.az-a ölkədə məşhur banklardan birinin prezidenti və ona yaxın tikinti şirkəti ilə bağlı ilginc məlumatlar daxil olub. Belə ki, adını hələ açıqlamağı lazım bilmədiyimiz bank rəhbəri əslində özünə məxsus olan, amma tamam başqa şirkət kimi təqdim edilən “Jalə Biznes” şirkəti vasitəsilə Bakıda, Bülbül Prospekti 40-42 ünvanında göydələnlər kompleksi inşa etdirib. Belə ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən “Jalə Biznes”in sabiq direktor müavini Elçin Hacıyev bir sıra faktlara işıq salıb. Məlumat üçün bildirək ki, şirkətin formal sahibi Tofiq Nəbiyev olsa da, “Jalə-Biznes”in həqiqi sahibi sözügedən bank prezidentidir. Elçin Hacıyevin sözlərinə görə, tikinti kömpleksinin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilmişdi:“ Bank prezidenti tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvlərinə böyük miqdarda rüşvət verib. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Ancaq qanunsuzluqlar bununla bitmir. “Jalə-Biznes”in tikdiyi binadakı mənzillər də müştərilərə bank vasitəsilə deyil, nağd yolla satılırdı. Məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaq olub”.
Müxbirimizin “Niyə dövlət orqanları bu boyda qanunsuzluqlara göz yumub” sualını Elçin Hacıyev belə cavablandırıb: “Ona görə ki, bir çox yüksəkçinli dövlət məmurları həmin binalardan pulsuz mənzil alıblar”. Keçmiş direktor müavini həmin məmurlardan bir neçəsinin adını çəkib: “Məsələn, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki Maliyyə Monitorinqi Xidmətinin rəhbəri Adışirin Qasımov və başqaları”. Həmçinin, öyrəndiyimizə görə, sözügedən bank rəhbəri Bülbül Prospekti 40-42 ünvanında inşa etdirdiyi göydələnləri özünün Qazaxda yaşayan qohumunun adına ucuz qiymətə alıb, həmin mənzilləri baha qiymətlərlə İpoteka Fonduna satdırıb.
Maraqlıdır, doğrudanmı, deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov dövlət başçısının etimadından sui-istifadə edərək, belə maxinasiyalara havadarlıq edib? Bəlkə, “Jalə MTK” məsələsi F.Kazımovla həmin bank rəhbərinin birinci “iş sövdələşməsi” deyil və ya başqa bankirlərlə də hörmətli Kazımov bu cür sövdələşmələr edib? Ən əsası, cənab AMB rəhbəri Elman Rüstəmov bu “oyun”larda hansı rolu oynayıb? Xeyir-dua verən tərəf kimi, yoxsa sadəcə olaraq, hər MTK-dan bir mənzil “hədiyyə” alan, heç nədən xəbəri olmayan “sevimli” məmur kimi yada salınmalıdır? Yoxsa, “baş bankirin bu olanlardan xəbəri yoxdur” sözlərini düşünmək belə gülünc olardı? Keçmiş direktor müavini niyə mətbuata müraciət etməli olub? Elçin müəllim bu suala belə aydınlıq gətirib:” Çünki mənim özüm də aldanmışlardan biriyəm. Bank prezidenti mənzil satışından gələn gəlirin 2 faizini mənə vəd vermişdi və mən bu şərtlə işləməyə razılıq vermişdim. Amma o, faktiki olaraq mənə 0, 2 faiz, yəni 10 dəfə az verdi. Mən onunla 8 il birgə işlədim. Bu müddət ərzində o mənə 2,5 milyon dollar borclu qaldı”. Biz həmin bank prezidentinin adını çəkməsək də, bu və digər “levıy” işlərinə nəzarət edən, “Jalə Biznes”in kuratoru Cəmşid Novruzovun adını qeyd edirik.
Sözügedən bankirin yeznəsi və hazırda sağ əli olan Cəmşid Novruzov vaxtıilə “Royal bank”ın Nərimanov şöbəsinin müdiri olub. Redaksiyamıza daxil olan məlumata görə, “Royal Bank”ın Nərimanov filialından 3 milyon manat pul çıxarıb və daha sonra bu pulu banka geri qaytarmadığına və digər maliyyə maxinasiyalarına görə, hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Sonradan isə bizim “sirli” bank rəhbərinin köməkliyi ilə həbsdən azad olunub və o vaxtdan “Jalə-Biznes”ə nəzarət edir.
Ötən il MTN çətəsi ifşa olunduqdan sonra, ölkə mətbuatına şikayət edən və MTN-in qurbanı olduğunu deyənlərdən biri də Cəmşid Novruzovdur. Lakin maraqlıdır ki, bəzi saytlara öz adını Cümşüd Novruzov kimi bildirib. Əldə etdiyimiz məlumata görə, Cəmşid Novruzov “Royalbank”da rəhbər vəzifədə çalışdığı zaman həqiqətən də müxtəlif maxinasiyalara əl atıb… MTN general-mayoru Subahir Qurbanovun bu faktlardan necə istifadə etməsi isə artıq başqa mövzudur.
C.Novruzovun “Royalbank”dakı keçmişi haqqında daha ətraflı yazmaq olar. Lakin bu şəxsin sözügedən bank rəhbərinin himayəsi ilə hazırda da öz vərdişini davam etdirməsi, müxtəlif maxinasiyalara imza atması barədə məlumatlar daha çox diqqəti çəkir. Belə ki, bu şəxsin “kredit” fırıldaqlarını hələ də davam etdirdiyi, müxtəlif iş adamlarından “şapka”lar topladığı barədə də məlumatlar əldə etmişik. Şübhəsiz ki, ötən il dekabrın 21-də baş verən növbəti devalvasiyadan sonra ölkə iqtisadiyyatı çətin duruma düşdü. Lakin maraqlıdır ki, bir sıra bankirlər, işbazlar valyuta alveri ilə böyük gəlir sahibi oldular… Ancaq bu sərvətlər dövlətdən gizlədildiyinə görə, hazırda büdcəmizdə kəsir yaranıb.
Məlumat verən mənbə bildirir ki, bu ilin yanvar-fevral aylarında ölkədə valyuta qıtlığının yaradılması və “qara bazar”a rəsmi məzənnədən baha qiymətə dollar çıxarılmasının əsas “təşəbbüskar”larından biri də, məhz adını çəkmədiyimiz bank rəhbəri və onun yaxın qohumu Cəmşid Novruzovdur. Beləliklə, iddiaya görə, bu adamların həm dövlətdən vəsait gizlətməsi, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vuracaq addımları hələ də diqqətdən kənarda qalıb… Çünki “krışa”sı möhkəm olanlar hər vəziyyətdən sivişib çıxa bilirlər. Araşdırmamız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|