“Polkovnik İlham Qasımzadə və İkram Mütəllimov məni aldadıb müflis etdilər” - "MTN işi"...
Tarix: 21-06-2016, 08:43 | Çap et
Ölkədə MTN çətəsinin qaranlıq işləri, xeyli insanı şərləyib tutması və bir çoxunu aldadıb pulunu-mülkünü mənsimsəməsi barədə məlumatlar mətbuatda az dərc olunmayıb. Lakin hələ də bir sıra maraqlı məqamlar ortaya çıxmaqdadır. Necə deyərlər, “qulaq gündə bir şey eşitməsə, kar olar”. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Kürdəxanı sakini, 67 yaşlı Hacı Hənifə Əlövsət oğlu Həşimov 12-13 il əvvəl yüksək rütbəli MTN zabiti və onun sahibkar dostu tərəfindən aldadıldığını və şərlənərək həbs olunduğunu bildirib. Onun Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində deyilir: “Mən sabiq MTN polkovnik-leytenantı, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti və Beynəlxalq Bankın nümayəndəsi olan İlham Niyazi oğlu Qasımzadə və “Business Service Centre” şirkətinin rəhbəri İkram Mütəllimov tərəfindən aldadılmışam. 2002-ci ildə İlham Qasımzadə mənə bildirdi ki, oğlum Əlövsət Həşimov hərbi xidmətə gedib rütbə alsın, onu da MTN-ə düzəltdirməyə kömək edəcək. 2003-cü ildə mənə dedi ki, bu işin xərci var, yaxşı əlaqələri olan İkram Mütəllimov sənə kömək edə bilər. 2003-cü ilin oktyabrında İkram Mütəllimovla İlham Qasımzadənin vasitəçiliyi ilə görüşdük. Onlar Məhəmmədi bələdiyyəsindən uzunmüddətli icarə götürdüyüm 8 hektarlıq torpaq sahəsinin 2 hektarını istədilər. Onların şərtinə görə, mən 2 hektardan imtina etdim, İkram Mütəllimovun adına keçirildi”. H.Həşimovun sözlərinə görə, oğlu o müddətdə MTN-də müsahibəyə gedib-gəlirdi, İlham Qasımzadə isə deyirdi ki, əmri yaxınlarda veriləcək.
“Bir müddət sonra İlham Qasımzadə mənə dedi ki, sənin oğlun 9 yaşında Məşhəd və 11 yaşında Həcc ziyarətində olub (özümlə aparmışdım), ona görə müsahibədən keçməyib. İlham mənə dedi: “Fikir eləmə, 3-4 aydan sonra yenidən sənədləri toplayıb təqdim edərik, söz verdiyimiz kimi iş düzələr”. 2004-cü ildə müxtəlif bəhanələrlə və “dövlət məmurlarının sənin torpaqlarından xoşu gəlir” iddiası ilə məndən yenə də torpaq istədilər və imtina edəcəyim halda, ehtiyatda olan zabit kimi, oğlumu cəbhə bölgəsinə göndərməklə qorxuzdular. 4 hektarı da İkram Mütəllimov öz oğlu Əhmədin adına keçirdi. Mən torpaqları geri tələb etdiyimdə, İlham dedi ki, darıxma, pul ver, oğlunu Sərhəd Xidmətində xarici əlaqələr şöbəsinə düzəldim. İlham Qasımzadə məndən ilin sonunda 22 min dollar aldı. Mən torpaqların hesabını soruşduqda, “İlham Qasımzadə mənə “cin ayrı, şeytan ayrı” deyə cavab verdi”, – deyə H.Həşimov vurğulayıb.
O qeyd edib ki, bir müddət sonra, aldadıldığını anlayaraq, dəfələrlə İlham Qasımzadə və İkram Mütəllimovla görüşüb, torpağını və pulunu tələb etdi. “Lakin mənə dedilər ki, hara gedirsən get, respublika əlimizdədir. Mən dəfələrlə hüquq mühafizə orqanlarına şikayət eləsəm də, İlham Qasımzadə və İkram Mütəllimov müxtəlif vasitələrlə mənim işimi uzadıblar. Hətta məni dəfələrlə şərləyib həbs etdirməyə də çalışıblar. Eyni zamanda, İlham Qasımzadə mənə müxtəlif vasitələrlə təzyiq göstərirdi, öldürməklə belə hədələyirdi. Bir dəfə İlham Qasımzadə üstümə tapança da çıxarıb. Mən bu süründürməçilikdən bezərək, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına məktub yazmışam. Amma bu məktublar kimlərsə tərəfindən “itirilib”.
Sonda mən təngə gələrək, 2006-cı il iyunun 29 və iyulun 25-də iki dəfə dövlət başçısının kortecinin qarşısına çıxmağa, dərdimi Cənab Prezidentə şəxsən bildirməyə çalışdım. Lakin heç bir günahım olmadan, MTN-çilər tərəfindən təxribatda günahlandırılmışam, Səbail rayon Məhkəməsinin hökmü ilə 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə həbs olunmuşam. 2009-cu il yanvar ayının 25-də azadlığa çıxdım, ondan sonra dəfələrlə bu işin sonuna çıxmağa, İlham Qasımzadədən şikayətlər verərək, ədalətə nail olmağa çalışmışam. Lakin heç bir nəticə hasil olunmayıb. Eldar Mahmudov MTN başçısı vəzifəsindən azad olunduqdan sonra, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsəm də, yenə də İlham Qasımzadə və İkram Mütəllimov barəsində tədbir görülməyib. Yazıb sizdən xahiş edirəm, məni aldadan bu şəxslərin ifşa olunmasında və haqlarımın bərpasında dəstək verəsiniz”, – deyə şikayətçi bildirib. 2003-cü ildə MTN başçısı Namiq Abbasov olub, lakin Eldar Mahmudovun nazir olduğu vaxtlarda da İlham Qasımzadənin cəmiyyətdə fəal çıxış etməsi, Karate Federasiyasında və Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələr tutması bir sıra suallar doğurdu. İyunun 20-də araşdırma zamanı, İlham Qasımzadənin özüylə əlaqə saxladıq. İlham Qasımzadə daha Karate Federasiyasında çalışmadığını, “dövlət qulluğunda olduğunu” bildirdi.
“O adam mənim qanımı içir, illərdir ailəmə də əziyyət verir. Dedikləri şər-böhtandır. Onunla bağlı dəfələrlə prokurorluq araşdırıb, məhkəmə keçirilib. Heç nə sübut edə bilməyib”, – deyə İ.Qasımzadə qeyd etdi. “Axı onun sizinlə başqa nə problemi olub ki, belə düşmənlik etsin? Eyni kənddənsiniz, səbəbsiz yerə sizdən şikayət edir?” – deyə maraqlandıq. “Mən o vaxt ona “posrednik” olmuşam. Sadəcə xahiş edib, köməklik etmişəm”, -deyə İlham Qasımzadə bildirdi. İ.Qasımzadənin sözlərinə görə, Hənifə Həşimov torpaq satmaq istəyib, o da öz növbəsində onu İkram Mütəllimovla tanış edib. H.Həşimovun oğlunun MTN-ə işə düzəlməsi məsələsinə gəlincə isə… İlham Qasımzadə bizimlə birinci söhbətində kömək etməyə çalışdığını, amma alınmadığını bildirdi. Növbəti dəfə isə (özü yenidən bizə zəng etdiyində) bildirdi ki, bu məsələ Namiq Abbasovun vaxtında olub, o vaxtı kimisə tanışlıqlıa MTN-ə düzəltmək mümkün deyildi.
“Business Service Centre” MMC-nin rəhbəri İkram Mütəllimov isə Qafqaznews.az-la danışmaq istəmədi. “Bu barədə məhkəmə qətnamələri var, Baş Prokurorluq da bir neçə ay əvvəl araşdırma aparıb. Sizə əlavə məlumat verməyə borcum yoxdur”, – deyə İ.Mütəllimov vurğuladı. Araşdırmamız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|