“İrşad Telecom”da göstərilən faizsiz reklamlara inanmayın – FOTOFAKT
Tarix: 1-10-2016, 09:30 | Çap et
Paytaxtda məişət avadanlıqlarının, o cümlədən mobil telefon və notebookların alış-satışıyla məşğul olan çoxlu sayda mağaza var. Demək olar ki, hər addımda məişət avadanlığı satan dükanlarla rastlaşırıq. Lakin bəziləri fəaliyyətində bir sıra qanunsuzluqlara, özbşınalıqlarla, istehlakçıların hüquqlarını pozmağa yol verirlər. Bu mağazalar şəbəkəsindən biri də 2000-ci ildə “İrşad Electronics” adı ilə fəaliyyətə başlayan ancaq 2007-ci ildən isə adını dəyişərək fəaliyyət göstərən “İrşad Telecom” şirkətidir. “İrşad Telecom” şirkəti ilə bağlı mətbuatda bir çox şikayətlər yazılıb. Bu günlərdə isə qeyd olunan şirkətin saytında bir neçə elanla rastladıq. ən çox diqqətimizi çəkən bir neçə mobil telefonda olan “6 ay müddətinə ilkin ödənişsiz, faizsiz olan mobil telefonlar diqqətimizi çəkdi. Bunlardan bir neçəsin oxucuların diqqətinə çatdırırıq. “KENEKSİ ELLİPS BLACK” mobil telefonunun qiyməti 139 Azn göstərilib.
Qeyd olunan telefon 6 ay müddətində ilkin ödənişsiz və faizsiz yazılıb. Kredit şərtlərində 6 ay müddətində hər ay 26 azn ödəmək lazımdır. bu müddətdə isə ümumi ödəniləcək məbləğ 152,90 azn yazılıb. Qısa bir hesablama aparsaq, görərik ki, telefonun qiymətindən 14 azn (10%) çoxdur. “Keneksi Helios Gold”markalı mobil telefonun qiyməti 299 azn göstərilib. Reklamda 6 ay müddətində ilkin ödənişsiz faizsiz göstərilib. Kredit şərtlərinə görə 6 ay müddətində hər ay 55 azn nəzərdə tutulub. 6 ay boyunca ümumi ödəniləcək məbləğ 328.90 azn göstərilib. Sadə bir hesablama ilə görürük ki, bu halda telefonun qiymətindən 30azn (10%) çoxdur.
“Alcatel Idol 4 (6055K) Dark Grey” telefonun qiyməti 549 azn və 6 ay müddətində ilkin ödənişsiz faizsiz göstərilib. Kredit şərtlərinə görə 6 ay müddətində hər ay 101 azn nəzərdə tutulub. Sonda ümumi ödəniləcək məbləğ 603.90 azn göstərilib. Sadə bir hesablama ilə məlum olur ki,, bu telefon istehlakçıya öz qiymətindən 55 azn (10%) baha satılır. Bunu uzun-uzadı yazmaq olar çünki saytda qeyd olunan bir çox telefon belə göstərilib. Ancaq əslində isə heç bir faizsiz telefondan söhbət belə getmir. 6 ay ilkin ödənişsiz faizsiz reklam yalandır və vətəndaşları aldadaraq cəlb etmək üçün olan reklamdır, göründüyü kimi faizsiz göstərilən telefonlarda əslində hərəsinin üzərinə 10% əlavə olunur.
Vətəndaş da araşdırmadan ,baxmadan faizsiz olduğuna inanaraq, bu fırıldağın qurbanı olur. “Azad İstehlakçılar Birliyi 6 ay əvvəl faizsiz kredit reklamları yayan mağazalarda monitorinq keçirib və 30 səhifədən ibarət analitik hesabatı Milli Məclisə, İqtisadiyyat və Vergilər nazirliklərinə də göndərmişik. Biz müəyyən etmişik ki, bu cür “kredit” adlanan satışlar vasitəsilə ölkədə hər il 1,3 milyard manatdan çox vəsait vergidən yayındırılır. Vergilər Nazirliyində bu məsələni araşdıracaqlarını bildiriblər, İqtisadiyyat Nazirliyi isə bunu nisyə satış kimi qiymətləndirir. Halbuki, istehlakçılara şişirdilmiş qiymətə mal satmaq nisyə satış deyil, sələmçiliyin bir növüdür”, – deyə eskpert, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qafqaznews.az-a bildirdi.
Onun sözlərinə görə, mağazalarda bank nümayəndələri yox, sələmçilər oturur və onlar bəzən malların dəyərindən 30-40 faizini istehlakçılardan tələb edir. “Bu şəxslər və yaxud mağazalar kredit təşkilatı deyil. Onlardan kredit alan şəxslər Mərkəzi Bankın Reyestrində qeydiyyata düşmürlər. Lakin bu sələmçilər bir çox ailənin dağılmasına, hətta insanların intiharına belə səbəb ola bilirlər. Çox zaman, onların idmançı kollektorları olur ki, istehlakçıları qorxudaraq, müxtəlif vasitələrlə pul alırlar.
Bu zorakılıqlar cəmiyyətdə çox gərgin və xoşagəlməz mənzərə yaradır. “Kontakt”, “İrşad Electronics” kimi şirkətlərdən daha çox şikayətlər gəlir. Onların fəaliyyətini nəzarətə götürmək, şişirdilmiş qiymətlərin, sələmçiliyin qarşısını almaq lazımdır. Təəssüflər olsun ki, ictimai təşkilatların qaldırdığı məsələlər barədə İqtisadiyyat Nazirliyi lazımlı tədbir görmür. Bu kreditlər ASAN Xidmət bazasında da qeydə alına bilər, lakin heç bir qeydiyyat yoxdur, həm istehlakçıların hüququ pozulur, həm də dövlətdən pul gizlədilir”, – deyə E.Hüseynov əlavə etdi.
Biz “İrşad Telecom”un “Qaynar xəttinə zəng etdik. Rüfət adlı operator bildirdi ki, rəsmi iş yeri olanlara 10 faiz, rəsmi iş yeri olmayanlara isə 15 faiz komissiya nəzərdə tutulur. Bundan başqa, onun sözlərinə görə, “İrşad Telecom” hər aya görə 2 faiz dərəcəsi əlavə edir. Şirkət əməkdaşı qeyd etdi ki, bu, daxili kreditdir. Lakin “Kredit təşkilatı olmadığınız halda necə kredit verirsiniz?” sualına “İrşad Telecom” əməkdaşı sualla cavab verdi: “Siz nəyi bilmək istəyirsiniz?” “Sizin komissiya və faiz dərəcələri dövlətə hesabatlarda, o cümlədən vergi hesabatlarında öz əksini tapır?”, – deyə soruşduq. “Hər halda, icazə verilir ki, biz bununla məşğuluq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|