Xalq artisti maxinasiyada ittiham olunur... - İDDİA
Tarix: 12-10-2016, 08:50 | Çap et
Azərbaycanda son illər xeyli struktur dəyişiklikləri aparılıb, bir çox dövlət qurumları ləğv edilib və ya birləşdirilib, ixtisarlar aparılıb. Bu, birbaşa dövlət başçısı İlham Əliyevin göstərişi, sərənacamları ilə həyata keçirilib. Prezidentin bir çox qurumları ləğv etməsi, dövlət strukturlarında ixtisarlar aparması əlbəttə, təqdirəlayiq haldır. Çünki heç bir səmərəsi olmayan, oxşar funksiyaları yerinə yetirən qurumlar dövlət büdcəsini talamaqla məşğul idilər. Minlərlə adam səmərəli bir işlə məşğul olmadığı halda büdcədən maliyyələşirdi. Bu problem həll olunsa da, buna bənzər problemlər hələ də qalmaqdadır. Belə ki, bir çox dövlət qurumları, səhiyyə, təhsil, mədəniyyət və s. strukturlarda hələ də adı ştatda gedən, amma özü evə oturan minlərlə adamlar var. Onların adına maaş yazılır və həmin qurumların rəhbərləri tərəfindən mənimsənilir ki, nəticədə dövlət büdcəsinə milyonlarla manat ziyan dəyir. Biz bu yazıda belə faktlardan biri hqqında bəhs edəcəyik. Söhbət Gəncə Şəhər Filarmoniyasındakı maxinasiyalardan gedir. Bu quruma Xalq artisti, tanınmış müğənni Şahnaz Haşımova başçılıq edir. Qeyd edək ki, Gəncə Şəhər Filarmoniyasının ali təhsili olmayan direktoru Şahnaz Haşımovanın adı qabaqcıl mədəniyyət işçisi kimi Prezident təqaüdçiləri siyahısına salınıbb. Ali təhsili olmayan və uzun illər ərzində Gəncə Filarmoniyasına direktorluq edən (yiyələnən desək, lap yerinə düşər) Şahnaz Haşımova, bu gün gah özünü Elmar Vəliyevin qohumu kimi təqdim edir, gah da “daydayı”sının Mədəniyyət və Turizm Nazirliyində əsas fiqurlardan biri hesab olunan Ədalət Vəliyev olduğunu açıq deməkdən də çəkinmir. Görün, bu qurumda nələr baş verir? Hər il maaş kartları dəyişən ərəfədə Şahnaz Haşımova yay məzuniyyət günlərinin hesabına həddi-hüdudu bilinməyən maliyə maxinasiyası edir. Bu bir yana, mövcud qanunvericiliyə zidd olmasına baxmayaraq, filarmoniya direktorunun bütün ailə üzvləri elə adı çəkilən filarmoniyada stat cədvəli üzrə vəzifə daşıyırlar. Şahnaz Haşımova bütün yaxın çevrəsini işə götürməklə, sanki “ailə ansamblı” yaradıb. Həmin şəxslər işə gəlməsələr də, heç bir söz-söhbət olmadan maaşlarını ala bilirlər. Müharibə gedən bir ölkədə görünür hərə bir yolla büdcəni talayır ki, Haşımova da həmin şəxslərdən heç də geridə qalmır. Etibarlı mənbədən "Gündəm Xəbər"ə daxil olan məlumatda deyilir , artıq uzun illərdir ki, Gəncə Dövlət Filarmoniyasında yay mövsümü ərəfəsində məzuniyyət bitdikdən sonar - avqustun 12-13-dən sentyabrın 1- nə, yəni filarmoniyanın fəaliyyəti başlayana qədər 18 iş gününə olan maaşları işçilərin özləri deyil, filarmoniyanın direktoru, Prezident təqaüdçüsü Şahnaz Haşımova alır. Öze də bu maliyyə maxinasiyası uzun illərdir ki, davam edir. Kart sistemi tətbiq olunana qədər əvvəl maaş cədvəli ilə maaş alan zamanlarda olduğu kimi, indi də yayda məzuniyyət ərəfədə, yəni maaş kartları dəyişən ərəfədə 18 günlük maaş cədvəli tutulsa da, həmin maaşı istirahətdən qayıdan işçilər deyil, məlum olub ki, filarmoniyanın direktoru mənimsəyirş. Bu il artıq bu "əməliyyat"ın Mədəniyyət və Turizm Nazirliyinin diqqətini çəkməsindən duyuq düşən xalq artisti Şahnaz Haşımova daha bir cinayətə əl atıb. Belə ki, istirahətdən qayıdan işçilərin gizli zərfdə gələn maaş kartları onlara direktor tərəfindən zərfsiz qaytarılıb. Kartlardakı pullar isə rəhbərlik tərəfindən əvvəlcədən çıxarılıb. Bir neçə işçinin telefonlarına Kapital Bankdan gələn SMS baş verən olayın üstünü açıb. Sudan bütün zamanlarda quru çıxmağı bacaran filarmoniya direktoru işçilərin suallarına cavab olaraq, deyib ki, “texniki işçilərin maaşları səhv olaraq sizin kartlara oturdulduğundan kartlardan pulu çıxarıb banka qaytardım”. Beləliklə, bu dəfə də Gəncə Filarmoniyasının direktoru yenicə Prezident təqaüdünə layiq görülən, xalq artisti Şahnaz Haşımova, gizli zərfləri açaraq çıxardığı məbləği ört-basdır edərək yeni bir cinayətə imza atıb. Maraqlıdır, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin bu maxinasiyalardan xəbəri varmı? Xəbəri yoxdursa, yəqin ki, bu yazıdan sonar xəbəri olacaq. Bəs bu qanunsuzluqla bağlı tədbir görüləcəkmi? Hər halda ümid edirik ki, Mədəniyyət və Turizm naziri də Gəncə Filarmoniyasında baş verən bu və digər qanunsuzluqların üzərindən sükutla keçməyəcək.DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|