Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                 

Arif Əsgərovun baldızı və bacanağı ondan prezidentə şikayət etdi – MƏTN
Tarix: 4-01-2017, 09:04 | Çap et
Arif Əsgərovun baldızı və bacanağı ondan prezidentə şikayət etdi
Bu günlərdə LEGİON-da “Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşı oğlu (və Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu) Qoşqar Zeynalov Rahib İsmayıl oğlu Hüseynovu və Emin İsmayıl oğlu Hüseynovu milyonlarla dolları “atmaq” ittihamı ilə həbs etdirib və indi qardaşlar təcridxanada saxlanılır. Rahib və Emin Hüseynovların vəkili Sevil Hacıyeva LEGİON-a bildirmişdi:

“Məsələ ondadır ki, istintaqa nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”.
Həmçinin, bu qalmaqalda sabiq ATU rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun da adı hallanır. Belə ki, o Emin İsmayıl oğlu Hüseynovun Vüqar Bağırov adlı şəxsə olan 3,5 milyon dollar borcunu onun ailəsindən alaraq yarısını mənimsəməkdə ittiham olunur. Emin Hüseynovun anası Lətifə Hüseynova LEGİON-a açıqlamasında Azər Əmiraslanovun o ərəfədə “qabağa düşdüyünü” təsdiqləyib: “2 il əvvəl “Banditizm”də Canpolad Daanovun kabinetində Azər Əmiraslanov kefli halda içəri girib məni təhqir etməyə başladı.Vüqar Bağırov özü mərifətli adamdır, Azəri sakitləşdirməyə çalışdı… amma Azər başladı ağzına gələni danışmağa. Bilinmir, içmişdi, ya çəkmişdi…

Müstəntiq əsəbiləşib onu otaqdan bayıra çıxardı. Bu məsələdə Azər Əmiraslanov qabağa düşmüşdü, oğlumuza hədə-qorxu gəlirdi ki, səni elə edərəm, belə edərəm. Sonra tez-tez onun köməkçisi Vüqar Cavadov bizə zəng edir, pulu tələb edirdi. Eminin Vüqar Bağırova borcundan 1 milyon 700 min dollardan çox pulu bizim sürücü aparıb Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadova verdi. Qalan pulu isə Azər Əmiraslanov qaynım Arif Əsgərovdan aldı. Sonra öyrəndim ki, Azər Əmiraslanov bu pulun böyük hissəsini mənimsəyib”.

2017-ci il yanvarın 3-də Rahib və Emin Hüseynov qardaşlarının vəkili Sevil Hacıyeva LEGİON-la əlaqə saxlayaraq, sözügedən qardaşların valideynləri Lətifə Hüseynova və İsmayıl Hüseynovun Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə müraciət etdiklərini bildirdi. Həmin müraciətin mətnini LEGİON oxucularına təqdim edirik:

Cənab Prezident! Siz güclü, əqidəli və iradəli bir Prezident olmaqla yanaşı, eyni zamanda öz vətənini, millətini, xalqını sevən prinsipial, adil və ədalətli bir ölkə rəhbərisiniz. Bildiririk ki, bilzim iki oğlumuz Rahib Hüseynov Və Emin Hüseynov 2016-cı ilin noyabrından bəri, qanunsuz olaraq, daha doğrusu, sifariş əsasında və məmur tamahlarına görə həbsdə yatırlar. İstintaq Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlər üzrə İstintaq Şöbəsində aparılır. Biz uzun illər Tovuz rayonunda sahibkarlıqla məşğul olmuşuq, öz zəhmətimizlə dolanmışıq. Ulu Öndərimiz Heydər Əliyev cənabları kənd təsərrüfatı mallarının sərgisində bizimlə görüşmüş və bizim “Arsenal” firmasının istehsal etdiyi kənd təsərrüfatı mallarını bəyənmişdir. Dövlətimizə və dövlətçiliyə sadiq olmuş, ölkə Prezidentinin ətrafında sıx birləşərək, apardığınız siyasəti dəstəkləmişik.

Cənab Prezident! Hazırda biz böyük bir haqsızlıqla üzləşmişik. Yüksək vəzifəli bir məmurun göstərişi ilə qondarma və saxta bir ittiham əsasında haqsız olaraq oğullarımız həbs olunmuşdur. Belə ki, onların həbsinin əsas səbəbi 2011-2013-cü ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində malların gətirilməsinə rəhbərlik etmiş Elnar Əsgərovun müxtəlif şəxslərdən yüksək gəlir vədilə yığdığı pulların bir hissəsini qaytara bilməməsi olmuşdur. Əslində həmin maliyyə planının başında QSC-nin ovaxtkı rəhbəri, hazırda Nəqliyyat Nazirliyinin birinci müavini olan Arif Əsgərovun oğlu Elnar Əsgərov və başqaları olmuş, gəlir və bütün yığılan pullar da onlara çatmışdır. Yəni, bizim övladlarımız da o vaxt orda bir işçi kimi işləmişdi. Övladlarımız alınan pulların nə qədərinin qaytarılması barədə məlumatı olmamışdır.

Arif Əsgərovun qurduğu iri maliyyə planında Emin və Rahib Hüseynov qardaşları qurbandır. Elnar Əsgərov özünün açdığı bir neçə şirkət vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-yə müxtəlif avadanlıqlar satır, bununla da, heç bir tender keçirmədən, dövlətin sifarişlərini “əvəzedilməz” icraçısına çevrilmişdi. Bu yolla, Arif və Elnar Əsgərov külli miqdarda vəsati dövlətdən alıb öz ciblərinə qoyublar.

Bütün pullar Elnar Əsgərova çatdığı halda, 2013-cü ildən bəli borclular Rahib və Emin Hüseynovlardan pul tələb etmiş və övladlarımız böyük çətinliklə tələb olunan məbləğlərin böyük hissəsini qaytarmışdır. Lakin Elnar Əsgərov müxtəlif şəxslərdən pul götürmək üçün Rahib və Emini göndərdiyinə görə, hüquq mühafizə orqanlarının hədəfində məhz övladlarımız qalmış, özü isə atası Arif Əsgərovun əlaqələri sayəsində məsuliyyətdən qaçmışdır. Bunu bütün zərərçəkmişlər də təsdiq edir, hamı da bildirir ki, onlar kim idi ki, biz ona pul verək və onlardan faiz alaq. Yəni hal- hazırda Rahib və Emin Hüseynovdan şikayət edən Qoşqar Tofiq oğlu Zeynalov yüksək vəzifəli məmurun oğlu və yüksək vəzifəli məmurun qohumudur.

Həmçinin, Arif Əsgərov ilə də yaxın qohumluq əlaqələrindədir və yerlisidir. Qoşqar Zeynalov Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu, DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşı oğludur. Eyni zamanda, Qoşqar Zeynalov DİN Baş DYPİ-də işləyir. Yəni həmin illərdə cəmi 30 yaşı olan Qoşqar Zeynalov guya 7 milyon pulu faizə vermiş, yəni gəlir əldə etmək məqsədi ilə həmin vaxt “Azərbaycan Dəmir Yolları” Qapalı səhmdar Cəmiyyətinin rəisi Arif Əsgərovun oğlunun rəhbərliyi altında işləmiş Rahib və Emin Hüseynova vermiş və həmin şəxslər də “Azərbaycan Dəmir Yolları” Qapalı səhmdar Cəmiyyətinə malların gətirilməsi üçün pulları alıb Elnar Əsgərova və onun ailəsinə vermişlər.

İndi isə Qoşqar Zeynalov və Elnar Əsgərov öz aralarında razılaşaraq, Rahib və Emin Hüseynovu tutdurublar. Qoşqar Zeynalov hazırda bizim övladlarımızdan 3 milyon ABŞ dollarından çox pul tələb edir. Biz istintaq zamanı da müstəntiqdən soruşduq ki, Qoşqar Zeynalov DİN orqanlarında işlədiyi halda, o qədər vəsaiti hardan və necə əldə edib? Lakin bu suallarımız cavabsız qaldı.

Möhtərəm Prezident İlham Əliyev! Siz daim iclaslarda rəhbər vəzifələri tutan şəxslərin fəaliyyətini sərt şəkildə tənqid etmiş və onlara düzgün işləmələri barədə tapşırıqlar vermişsiniz. Son çıxışlarınızın birində dövlət büdcəsinə ziyan vuran şəxslərin kimliyindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdiniz.

Təəssüflər olsun ki, ölkə büdcəsinə ziyan vuran şəxslər azadlıqda gəzir, bizim günahsız övladlarımız isə həbsdə yatır. Belə ki, Arif Əsgərov Dəmir Yolları QSC-yə rəhbərlik etdiyi vaxtlarda ondan xəbərsiz və icazəsiz dəmir yolu təsərrüfatına çöp də olsa alınmayıb. Hazırda nəqliyyat nazirinin müavini işləyən məmur ölkənin bütün dəmir yolu təsərrüfatının təchizat işlərini oğluna həvalə etmişdi. Ən böyük qanunsuzluq faktı da elə budur. Əgər istintaq tədbirləri obyektiv şəkildə aparılsa, onda ilk olaraq, onlar barəsində həbs qətimkan tədbiri seçilməlidir. Ona görə ki, bütün bu işlərin səbəbkarı məmurun oğlu Elnar Əsgərov idi. Belə ki, həmin pullar şikayətçilərdən Dəmir yol İdarəsinə mal gətirmək üçün yəni rezinlər, akumlyatorlar, pastellər, dəsmallar, və s.

Mallar gətirilməsi üçün Elnar Əsgərovun rəhbərliyi altında yığılmış və bu işlərə nəzarəti Elnar Əsgərov və ailəsi rəhbərlik etmişdir. Nəyə görə Arif Əsgərovun oğlu Elnar Əsgərov milyonluq mülklərdə oturub rahat yaşamalıdır? Heç bir günahı olmayan Emin və Rahib Hüseynov isə həbsdə yatmalıdır. Hesab edirik ki, “Azərbaycan Dəmir Yolları” QSC-də aşkarlanmış yeyinti faktı ilə bağlı ətraflı araşdırma aparmalıdır.

Həmin vaxt malların gətirilməsi və hansı şirkətlər tərəfindən gətirilməsi barədə müqavilənin surətini də təqdim edirik. Guya bizim övladlarımız həmin milyonları vermiş şəxsləri aldadaraq, külli miqdarda pulunu əlindən almaqla, onlara qarşı dələduzluq etmişdir. Halbuki, həmin şəxslər Elnar Əsgərova verdikləri milyonların əvəzinə milyonlarla faiz almış, həmin pulların müqabilində də dəmir yoluna mallar və avadanlıqlar gətirilmiş və ucuz alınan mallar baha qiymətə qeydiyyatdan keçirilərək, büdcədən pullar silinmişdir.

Rahib və Eminin vəkili Sevil Hacıyeva tərəfindən istintaqa işin düzgün araşdırılması üçün istintaqa cəlb olunmalı şəxslər barədə və digər vəsatətlər müstəntiq tərəfindən nəzərə alınmır, təmin olunmur. Və övladlarımıza ittiham verilmə göstərişinin yüksək çinli məmurdan gəldiyini bildirməklə, onlara qarşı qondarma, heç nə ilə təsdiq olunmayan, sübuta və fakta söykənməyən, mənbəyi və təsdiqi olmayan ittiham verilmişdir. Qoşqar Zeynalovdan pulunun mənbəyi öyrənilməyib və araşdırılmayıb.

Cənab Prezident! Xahiş edirik, Rahib və Emin Hüseynov qardaşları barəsində məmur göstərişi ilə qondarma ittiham əsasında təşkil edilmiş cinayət işini xüsusi nəzarətə götürəsiniz. Cinayət işinin qanuni və obyektiv araşdırılmasını, qanunla qorunan hüquq və azadlıqlarımın pozulmasının qarşısının alınmasını, haqqın və ədalətin bərpa olunmasını təmin edəsiniz. Onların barəsində olan cinayət təqibinin xitam olunmasına və qanunsuz həbsdən azad olunmalarına köməklik göstərəsiniz. Bizi məmur haqsızlığından və məmur özbaşınalığından xilas edəsiniz. Eyni zamanda, Arif və Elnar Əsgərovların da məsuliyyətə cəlb olunacağına, övladlarımızı qurban verməklə həyata keçirdikləri maxinasiyalara görə onların da qanun qarşısında cavab verəcəklərinə ümid edirik. Biz inanırıq ki, Siz məsələni nəzarətə götürdükdən sonra, bu haqsızlıq və ədalətsizlik qısa müddətdə aradan qalxacaq.

Hörmətlə, İsmayıl Hüseynov Lətifə Hüseynova

LEGİON


Arif Əsgərovun baldızı və bacanağı ondan prezidentə şikayət etdi
Arif Əsgərovun baldızı və bacanağı ondan prezidentə şikayət etdi
Arif Əsgərovun baldızı və bacanağı ondan prezidentə şikayət etdi








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Bu gün, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Bu gün, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Bu gün, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Bu gün, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru