Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                 

Fazil Məmmədovun çevrəsində çaxnaşma - ölkədən çıxardığı pullar sabiq nazirdən geri istənilir
Tarix: 26-12-2017, 08:36 | Çap et
Fazil Məmmədovun çevrəsində çaxnaşma
Sabiq vergilər naziri Fazil Məmmədovun yüksək vəzifə tutarkən topladığı var-dövlətin əlindən çıxarılması prosesi başlanıb. Onun yaxın çevrəsindən olan şəxslər vasitəsilə xaricdə qurduğu biznesə dair materialların ictimailəşməsindən sonra Azərbaycanda F.Məmmədovun özünə, yaxın qohumlarına və adamlarına məxsus olan daşınar və daşınmaz əmlakların əl dəyişiminə start verilib. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır.

Əldə etdiyimiz məlumata görə, qeyri-rəsmi şəkildə sabiq nazirin vəsaiti, maddi dəstəyi ilə yaradılan obyektlərdə də eyni vəziyyət hökm sürməkdədir. F.Məmmədovun özü üçün də gözlənilməz olan işdən çıxarılma qərarının onun yaxın çevrəsində əməlli-başlı şok effekti yaratdığı deyilir.

Qeyd edək ki, F.Məmmədovun vəzifədən alınması 2015-ci ildə “MTN işi” üzrə həbslər və istintaq başlanan zaman ən çox müzakirə olunan məsələlərdən biri idi. Xüsusilə sabiq nazirin “MTN çetesi” ilə əməkdaşlıq edərək, bir çox imkanlı iş adamlarının maliyyə göstəricilərini soyğunçu dəstəyə verilməsinə şərait yaratdığı aşkarlandıqdan sonra bu müzakirələr genişlənmişdi. Həmin zaman F.Məmmədovun da postunu itirəcəyi gözlənilirdi. Hətta bir müddət onun özünün də sərəncam gözləyərək işə çıxmadığı deyilirdi. Lakin zaman keçdikcə bu müzakirələr səngidi. F.Məmmədov da kreslosunda qalacağına arxayın olaraq işə çıxmağa başladı. Beləliklə də sabiq nazir və çevrəsi Azərbaycandakı var-dövlətini nəinki kənara çıxarmağa çalışmadı, əksinə, bir sıra istiqamətlərdə sərmayə qoyuluşlarını da davam etdirdi.

Üstündən 2 il keçdikdən sonra F.Məmmədov üçün tamamilə gözlənilməz anda vəzifədən alınması nəticəsində həm onun özünün, həm də yaxınlarının illər boyu qamarladıqları varidatın xeyli qismi Azərbaycanda qalmış oldu.

Bununla belə, uzun illər boyu sahibkarların başı üzərində “Domokl qılıncı” rolunu oynayaraq, onlardan külli miqdarda rüşvət toplayan F.Məmmədovun iri həcmdə vəsaitləri ölkədən kənara çıxarmağa nail olduğu deyilir. Bu vəsaitin 1 milyard dollar həcmində olduğuna dair məlumatlar yayılmaqdadır.

Eyni zamanda verilən məlumatlara görə, 2015-ci ildə “MTN işi” başlandıqdan sonra F.Məmmədova bir sıra rayonlarda həyata keçirilən böyük layihələrin maliyyələşdirilməsi həvalə edilib. Bunlardan biri kimi Şəmkirdə yaradılan aqroparkın adı hallandırılır.

Qeyd edək ki, təməli 2014-cü ildə qoyulan “Şəmkir Aqroparkı”nın ümumi dəyəri 100 milyon manatdan çoxdur. Aqroparkda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.

Bu ilin avqustunda Aqroparkın Logistika Mərkəzi istifadəyə verilib. Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur.

Aqroparkın “Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib.

Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.

Verilən məlumata görə, aqroparkın yaradılması üçün əsas xərclərin böyük əksəriyyətini məhz F.Məmmədov maliyyələşdirib. Bundan əlavə, F.Məmmədovun icra başçılarını himayə etdiyi bir neçə rayonda da dövlətin zəruri saydığı mühüm layihələrin maliyyələşdirilməsinə cəlb olunduğu deyilir. Vəzifədən çıxarılmasının gözlənilməzliyi nəticəsində F.Məmmədov və çevrəsinin əllərində olan nağd vəsaitlərin əhəmiyyətli hissəsini ölkədən çıxarmağa fürsət tapmadığı qeyd olunur. Ölkə dışına daşıya bildiyi pulları isə geri qaytarması üçün ona vaxt verildiyi deyilir.

Maraqlıdır ki, ekspertlər ayrı-ayrı məmurlar tərəfindən korrupsiya və rüşvət yolu ilə əldə olunaraq Azərbaycandan çıxarılan pulların hüquqi yollarla geri qaytarılmasının çox çətin, əksər hallarda isə mümkün olmadığını qeyd edirlər. Bu kimi proseslərin bəzən on illərlə vaxt apardığına dair dünya təcrübəsi də mövcuddur. Xatırladaq ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov postunu itirməzdən əvvəl bir sıra səlahiyyətləri əlindən alınmışdı. Gözdən düşdüyünü görən Z.Məmmədovun övladları və digər yaxınları vasitəsilə iri həcmdə vəsaitlərini ölkədən çıxarmağa nail olduğu deyilir. Verilən məlumatlara görə, məhz F.Məmmədovla bağlı eyni halın təkrarlanmaması üçün onun vəzifədən alınması qərarı gözlənilmədən həyata keçirilib.

Belə gözlənilməzlik sabiq vergilər nazirini ağır durumla üzləşdirib. Onun bu səbəbdən içkiyə meyl etməyə başladığı da yayılan məlumatlar sırasındadır.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru