MTN və rabitə “çeteləri” üzvlərinin həbsdən çıxmasının “sirri” - İDDİA
Tarix: 8-03-2018, 08:33 | Çap et
“MTN çetesi” və “Rabitə çetesi” adlandırılan dəstələrin həbsdə və istintaq altında olan üzvləri ilə bağlı məhkəmələrdə olduqca şübhəli proses gedir. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində başlanan və sonradan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçrayan həbslər illərlə fəaliyyət göstərən kriminallaşmış məmurların ifşası kimi başa düşüldü. Hazırda isə hər iki “çete”nin üzvlərinin törətdikləri cinayətlərə, dövlətə vurduqları və milyonlarla, bəzi hallarda isə milyardlarla ölçülən ziyanlara baxmayaraq yüngül cəzalarla yaxalarını kənara çəkmələri müşahidə edilir.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, hazırda baş verənlər olduqca müəmmalı bir prosesin görünən tərəfidir: “Görünür ki, Eldar Mahmudovun azadlıqda gəzməsinin baş verənlərdə rolu var. O, çöldə qalaraq komandasında olmuş, onunla işləmiş digər nazirliyin işçilərini də cəzadan azad etdirə bilir. MTN-in istintaq idarəsinin rəis müavini Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsi nə deməkdir? Bu, Eldar Mahmudovun təsir imkanlarının qalmasından xəbər verir. Onun dəstəsi bir-bir azadlığa çıxacaq, hətta bəzilərini əvvəlki vəzifələrinə də bərpa edə bilərlər”.
Ə.Zeynallı deyir ki, Azərbaycanda belə presedentlər var: “2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi işləmiş Könül Vəliyevanı həkimlərdən rüşvət yığdığına görə həbs etmişdilər. Hətta bir dəfə ”voronok"da (dustaq maşını- E.M.) Bakı İstintaq Təcridxanasına birgə gəlmişdik. O qadını 2 ayın içində Bakı Apelyasiya Məhkəməsi açıb buraxdı. Bir müddət keçəndən sonra həmin qadını Narkoloji Dispanserə baş həkimin müavini təyin etdilər. Yəni “MTN işi”ndə baş verən proseslər də eyni qəbildəndir. Eldar Mahmudovun azadlıqda qalması MTN-dəki mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərdiyini ortaya qoyur. Eldar Mahmudov komandasında olanları bu gün bir-bir çəkib həbsdən çıxarır. Həbsdəki generalların, polkovniklərin böyük sirlərə sahib olduqlarını da bilirik. Şantaj məsələləri var. Vüsal Ələkbərovun məhkəmədəki çıxışlarında da şantaj elementləri var. Bu gün bu adamların cəzalarının azaldılmasının sabah çox ağır nəticələri və fəsadları olacaq".
əvəz zeynallı ile ilgili görsel sonucu
Ə.Zeynallı deyir ki, hazırda baş verənlər cəmiyyətdə cəzasızlıq sindiromunun kök atmasına səbəb olacaq: “Yüzlərlə insanın haqqına girən, iş adamlarının milyonlarla manat, dollar vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstə üzvlərinə 3-5, maksimum 12 il cəza verilməsi və həmin cəzaların fantastik dərəcədə azaldılmasının ağır nəticələri olacaq. Hətta ictimai itaətsizliyə gətirib çıxara bilər. Cəza siyasətinin effektinin aradan qaldırılmasına səbəb ola bilər”.
Ə.Zeynallı deyir ki, Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə dövlətin iqtisadi qüdrətinə zərbə vurub: “Beynəlxalq Bank işi” üzrə zərər milyardlarla ölçülür. İş adamlarına dəyən zərbə haqda mətbuat yazıb. Bu adamlar cinayət edib gedib 5-10 il cəza alırlar. Cinayət yolu ilə əldə etdikləri pullardan verib həbs yerlərində bəy balası kimi yaşayırlar. Sonra Apelyasiya Məhkəməsi cəzalarını azaldır. İş Ali Məhkəməyə gedir. Oradan isə açıb buraxırlar. Adamlar oğurladıqları, talan etdikləri milyonları gizlətdikləri xarici ölkələrə çıxıb gedib orada firavan həyatlarını yaşayırlar. Cəza siyasətinin mahiyyəti itir axı! Ciddi bir cinayəti olmayan insanlara 10 ilə cəza verirlər və həmin cəzanı sona qədər çəkməsinə nəzarət olunur. 10 milyard oğurlayana da 10 il iş verirlər. Onlar isə pulunu verir və 2-3 ilə azadlığa çıxır. Bu halda cəza siyasətinin anlamı nə olur?"
Ə.Zeynallı deyir ki, bu gün baş verənlərin nəticələri çox ağır olacaq: “Normalda bu adamlar çox ciddi cəzalar almalı, çox ciddi şəkildə cəzalandırılmalı idilər. Cəmiyyətə ”bir daha belə qanunsuzluqlara yol vermək olmaz" anlayışı aşılanmalı idi. Cəzanın mahiyyəti budur. 100 milyonlarla büdcə pulunu oğurlayanları açıb buraxırlar. Təbii ki, bunun çox ağır bədəli olacaq, ictimai itaətsizliyə aparacaq. Sabah insanlar dövlət vəzifələrini ələ keçirib mümkün olan həvəslə, iradə ilə dövlətin büdcəsini talayacaq, vətəndaşların haqqını pozacaqlar. Tutulandan sonra isə bir qədər puldan xərcləyib həbsdən çıxacaq. Vətəndaşların hüquqları pozuldu və dövlətin pulları da qayıtmadı axı?! Cəza sistemi dəyişməlidir, yenidən qurulmalıdır. Əks halda, ortaya çıxacaq çetelərin yanında “MTN çetesi” və “Rabitə çetesi” toya getməli olacaq". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|