Beynəlxalq Bank rəhbərliyində sensasion dəyişikliyin pərdəarxası - İDDİA
Tarix: 16-03-2018, 08:21 | Çap et
Beynəlxalq Bankın rəhbərliyində sensasion dəyişiklik baş verib. Belə ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Beynəlxalq Bankın rəhbərliyinə gətirilib. Martın 14-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov Müşahidə Şurasının (MŞ) yeni üzvləri təyin olunublar.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Bəs görəsən, ABB-də baş verən bu dəyişikliklərin səbəbi nədir?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu proses özəlləşdirməyə hazırlığın bir mərhələsidir: “Təsadüfi deyil ki, Müşahidə Şurasının sədri vəzifəsinə Şahmar Mövsümov təyin olundu. İndiyə kimi həmişə Müşahidə Şurasının sədri Maliyyə Nazirliyindən olurdu. Maliyyə Nazirliyi reallıqda çox qısa müddətdə, yalnız Elmar Məmmədovun İdarə Heyətinin sədri olduğu dövrdə banka tam nəzarət edirdi. Xalid Əhədov isə daha çox Maliyyə Bazarlarına Nəzarət Palatasına tabe idi.
Şahmar Mövsümov beynəlxalq maliyyə qurumları ilə danışıqlar apara bilən məmur kimi tanınır. Bunu nə dərəcədə bacarıb-bacarmaması başqa bir söhbətin mövzusudur. Amma belə bir imici formalaşıb. Hazırda Neft Fondunda da elə bir gərgin iş yoxdur, gələn neft pulları toplanır. Bəzi iddialar var ki, Müşahidə Şurasının sədri vəzifəsinə Neft Fondunun icraçı direktorunun təyin olunmasının səbəbi DNF-nin Beynəlxalq Bankda 1 milyard dollar depozitinin olmasıdır. Ancaq bu depozit, eləcə də ABB-nin digər borcları dövlətin üzərinə keçib. Bunun heç bir təsiri yoxdur. Bu gün Beynəlxalq Bankın Neft Fonduna borcu yoxdur. Borc tam olaraq dövlətin borcudur".
Ekspertin fikrincə, Ş.Mövsümovun bankın real idarəçiliyinə təsiri olmayacaq: “Neft Fondunun Maliyyə Nazirliyi, MBNP, o cümlədən Mərkəzi Bank kimi gündəlik gərgin iş rejimi yoxdur. Bu səbəbdən də ona tapşırıq verilib ki, ABB-nin özəlləşdirilməsi üçün xarici investorlar tapsın, onlarla danışıqlar aparsın, cəlb etsin. Hazırda bu iş onun üzərinə qoyulub. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov çox təəssüf ki, bu bir il ərzində o qədər səhv buraxdı ki... Onu vəzifədən çıxartdılar və yerinə heç kimi təyin etmədilər. Faktiki olaraq, sadəcə, İdarə Heyətinin sədri vəzifəsini onun müavininə həvalə etdilər. Bu isə beynəlxalq maliyyə qurumları, xarici investorlar ilə danışıqların aparılmasını asanlaşdıracaq. Adətən beynəlxalq maliyyə qurumları, xarici investorlar hansısa ölkənin bankında səhm alanda İdarə Heyətinin sədri vəzifəsində kimin olacağına dair ciddi tələblər irəli sürürlər. Bir qayda olaraq elə əcnəbinin təyin olunmasını istəyirlər. Bəzən də yerli kadr olması ilə razılaşırlar, ancaq bu halda da kimin təyin olunmasını onlar seçirlər. Bu baxımdan İdarə Heyətinin sədri vəzifəsini vakant saxladılar ki, Şahmar Mövsümov üçün danışıqlar aparmaq asan olsun. Bu addımların əsas məqsədi odur. Xalid Əhədov özünü doğrultsaydı, bəlkə də o, bu işi axıra çatdıra bilərdi. Sadəcə, birmənalıdır ki, heç bir özünə hörmət edən beynəlxalq maliyyə institutu və ya investor belə aşağı səviyyədə, öhdəliklərin könüllü restrukturizasiyasını həyata keçirmiş İdarə Heyəti sədrinin olması ilə razılaşmayacaq. Xüsusən də Londonda məhkəməni uduzmaq da bir neqativ amildir, xarici investorlar Xalid Əhədovun olmasını istəməyəcəklər. Buna görə də onu vəzifədən uzaqlaşdırdılar. Onun Müşahidə Şurasında qalmasının səbəb isə odur ki, Xalid Əhədov sələflərindən fərqli olaraq, səriştəsiz olsa da, oğru, əliəyri deyil. Öz sahəsini müəyyən qədər bilən kadrdır. Ona görə də Müşahidə Şurasında saxlanıldı”.
Bankın sağlamlaşdırma prosesinin hansı mərhələdə olmasına gəlincə, hüquqşünas bildirdi ki, bankın kreditləri faktiki olaraq dövlətə verilib. Dövlət o kreditlərin pulunu banka verib və indi onların yığılması ilə “Aqrokreditbank” məşğuldur. Beynəlxalq Bankın ödəyə bilmədiyi kredit borclarını da dövlət ödəyib: “Artıq bunlar dövlətin problemidir, bankın heç bir borcu qalmayıb. Ötən il öhdəliklərin könüllü restruktruzasiyası əsnasında dövlət banka 5 milyard manat ”hədiyyə" etdi, yəni bankın o həcmdəki borclarını üzərinə götürdü. Faktiki bank 4 milyard manat irəli olmalı idi. Ancaq 2017-ci ili ban cəmi 804 milyon manat xalis mənfəətlə bitirib. 3 milyard manatdan çox pul yoxdur. Bəs qalan pullar hanı? Bu o deməkdir ki, bankda hətta Xalid Əhədovun dövründə də qeyri-sağlam idarəetmə olub ki, 3 milyard manat əriyib gedib. Bu baxımdan bankın problemli kreditlər məsələsi həll olundu, ancaq daxili idarəetmə səviyyəsi, maaşlar, xərclər baxımından optimal idarəetmə görmürük. Əmanətlərə gəlincə, bankın əmanət portfeli də ciddi zərbə gördü. Bu baxımdan bankı hələ sağlam hesab etmək olmaz".
İqtisadçının fikrincə, bu məsələ xarici investorlara da ciddi təsir göstərəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|