Təhsil Nazirliyinin ideyası nədən uğrusuz olacaq?.. - Ortaqlıq yaxşı şeydir, amma...
Tarix: 7-04-2018, 09:22 | Çap et
DİA.AZ: - Bir ara fasilədən sonra “Ortaq tarix” ideyası yenidən gündəmə gəlib. Bununla ba]lı yazılı və elektron mediada “Məktəblərdə “Ortaq türk tarixi” tədris olunacaq”, “Ortaq türk tarixi dərsliyinin yekun layihəsi qəbul olunub”, “Bütün şagird və tələbələrdə Turan tarixi və coğrafi şüurunu yaratmalıyıq”, “Ortaq türk tarixinin yazılması və tədrisi vacib olan məsələlərdən biridir” və s. bu kimi yazılar dərc olunur, fikirlər səsləndirilir. Hər şeydən əvvəl onu deyim ki, bu heç də yeni ideya və yeni məsələ deyil. Bildiyim qədər hələ bir neçə il bundan qabaq, daha dəqiq desək 2012-ci ilin mart ayında, sabiq təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyətilə görüş zamanı, ümumi təhsil sahəsində əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkmiş, hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirmişdi.
O vaxt ortaq dərslik ideyası söz xatirinə söz olaraq qalmışdı. Çünkı, bu yanaşma o zaman ciddi gəbul olunardı ki, ilk olaraq Türkiyə və Azərbaycan təhsil sistemlərinin yaxınlaşdırılması məsələsi gündəmə gətiriləydi. Sistemlərin yaxınlaşması dedikdə nəyi başa düşürük? Bu, o deməkdir ki, birincisi, Türkiyədə olduğu kimi biz də 12 illik məcburi təhsilə keçməliyik. İkincisi, orta təhsilin pillələrini Türkiyə ilə eyniləşdirməliyik. Üçüncüsü, tədris planlarımızı və təhsil proqramlarımızı Türkiyə ilə maksimum bir-birinə yaxınlaşdırmalıyıq. Yalnız, bu işlər görüldükdən sonra, ortaq dərsliklər haqqında söhbət gedə bilərdi. Özü də “ortaq” ifadəsini bütün dərsliklərə yox, ilkin olaraq ancaq təbiət-riyaziyyat fənləri üzrə dərsliklərə şamil etmək yolu ilə. Digər dərsliklərinsə yalnız bir-birinə uyğunlaşdırılmasından danışa bilərik.
Bununla belə onu xatırladım ki, Türk Şurası təhsil nazirlərinin 2014-cü il noyabrın 22-də Türkiyənin Əskişəhir şəhərində keçirdikləri toplantıda üzv ölkələrin məktəblərində tədris olunacaq ortaq tarix kitablarının hazırlanmasını qərara almışdılar. Kitabın yazılması üçün isə bütün üzv ölkələrdən- Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan ən yaxşı tarixçilər cəlb edilməklə komissiya yaradılmışdı. Kitabın yazılması təşəbbüsünü isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürmüşdü. Qazaxıstanın paytaxtı Astanada “Ortaq türk tarixi” dərsliyi üzrə işçi qrupun iclasında isə dərsliyin yekun layihəsi qəbul olunub və iclasın qərar protokolu imzalanıb.
Deyilənlərə və yazılanlara görə orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan dərslik XV əsrə qədərki dövrü əhatə edir və 7 əsas hissədən ibarətdir. İclasda tərəflər “Ortaq türk tarixi” dərsliyinin son layihəsi üzərində aparılan işlərdən razılıq ifadə ediblər. İşçi qrupun görüşünün nəticələrinə əsasən, iclasın qərar protokolu imzalanıb. Protokola görə, tərəflər dərslik layihəsinin 2018-ci ilin mart ayında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan TDƏŞ (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) Dövlət Başçıları Şurasının 6-cı Zirvə toplantısında dövlət rəhbərlərinə təqdim edilməsi məsələsində razılığa gəliblər. Toplantıda layihənin prezidentlər tərəfindən təsdiqlənəcəyi halda, türk dövlətlərində tədrisinə başlanılacaq. Növbəti mərhələdə türk tarixinin XV əsrdən müasir zamana qədər olan dövrünü əhatə edəcək dərsliyin hazırlanması nəzərdə tutulur.
Hətta belə qərara da gəlinib ki, əsasən, 1500-cü illərə qədər gələn ortaq tariximiz əvvəl “seçməli, sonra məcburi şəkildə oxudulacaq.” Eyni əməliyyat gələcəkdə coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq. Qərara əsasən bu kitablar Türk Akademiyası tərəfindən hazırlanacaq. Beləcə, uşaqlarımız ortaq tarix, coğrafiya və ədəbiyyatımızı birinci əldən tanıma fürsəti əldə edəcəklər.
Təhsil Nazirliyini mövqeyi is belədir ki, "Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər".
Peşəkar tarixçi olmadığımdan “Ortaq tarix” ideyasının reallaşdıralacağı halda tariximizin və təhsilimizin nə qazanıb, nə itirəcəyini bəri başdan deyə bilmərəm. Bunu “fundamental” tədqiqatlarla məşğul olan tarixçilərimiz deməlidir. Düzdür, ortaq türk tarixi dərsliyinin hazırlanması və türk dövlətlərində tədrisi məsələsi nə dərəcədə məqsədəuyğundur sualını cavablandıranlar da var: “Bu gün Avropa vahid məkanda fəaliyyət göstərir. Nəyə görə biz belə bir məkanı Turan dünyasında qurmayaq? Artıq bunun zamanı çoxdan çatmışdır. Buna gedən yol isə Ortaq tarixdən keçir!”
Nə demək olar, bəlkə də bu ortaq dərsliklərinmi deyək, kitablarınmı ərsəyə gətirilməsi, bizim dərs vəsaitlərinin hazırlanması ilə məşğul olan tarixçilərimizə və buna məsuliyyət və cavabdehlik daşiyan təhsil və nəşriyyat məmurlarımıza bir dərs oldu.
Nə isə... Biz də heç olmasa, müştərək bir yana öz doğma tariximizi və təhsilimizi dirçəltmək üçün nə isə edək. Bu şərtlə ki, bu “nə ısə” nəticəsində başqa “nə isə” lər yaranmasın. Necə ki, 8-ci sinif rus bölməsində Azərbaycan və Qarabağın tarixinin ayrıca kitablarla tədris olunması xeyli müddət müzakirə və mübahisə predmeti oldu...
Nadir Israfilov DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|