Məhkəmə hakimindən prezidentə şikayət olundu... - Müraciət
Tarix: 1-11-2018, 09:13 | Çap et
Rubrika.Az saytında 8 oktyabr 2018-ci il tarixində Maşallah Bayramov və Cəmil Ələkbərovun müraciəti əsasında “Həkimlə hakimin iş birliyi” başlıqlı yazı dərc olunmuşdu. Bir daha xatırladaq ki, şikayət məktubunda C. Ələkbərov bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldığını, bunun faktlarla tam sübuta yetirilməsinə baxmayaraq, məhkəmənin işi birtərəfli apardığını, onu aldadan şəxsləri müdafiə etdiyini bildirir. C. Ələkbərov bildirir ki, “Bakı Medikal Plaza” Klinikası baş həkiminin sabiq müavini Qasımov Feyzulla və onun oğlu-qanunsuz hüquq xidmətləri göstərən, özünü hüquqşünas kimi təqdim edən, əvvəllər də dələduzluğa görə həbs olunan, hal-hazırda Bakı Şəhər Baş Polis İdarəsində barəsində dələduzluq maddəsi ilə istintaq gedən Rafael Qasımov əvvəlcədən əlbir olaraq onu və atasını vakansiya elan olunan yüksək vəzifələrə işə düzəltmək adı ilə aldadaraq 50 min dollar pulu öz kabinetlərində ondan alıblar. Feyzulla Qasımov zərərçəkənlərin etimadını qazanmaq üçün “əlim hər yerə çatır, Səhiyyə naziri ilə bağda tez-tez görüşürəm, oğlum Rafael hüquqşünas işləyir, sənədləşmə işlərində bizə kömək edəcək. Onun özünü də bu yaxınlarda icra başçısı qoyacaqlar, əmrin gözləyirik” deyərək onları aldadaraq əvvəlcədən planlaşdırılmış ssenari üzrə pullarını almışdır. Daha sonra zərərçəkənlər filmlərdə olduğu kimi növbəti aldatma səhnəsi ilə üz-üzə qalıblar. Özünü Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi Gülmirzə Poladov kimi təqdim edən şəxs Hüseyn Ələkbərova (C.Ələkbərovun atası) dəfələrlə zəng vuraraq Feyzullanın xahişi əsasında bu işlə məşğul olduğunu, nazirin də məsələdən xəbərdar olduğunu və bu yaxınlarda onları qəbul edəcəyini bildirib. F. Qasımov dəfələrlə onları nazirin qəbulu adı ilə Səhiyyə Nazirliyinə göndərib, lakin zərərçəkənlər saatlarla orda gözləməli olsalar da , sonra “nazirin qonağı var ,qəbul qaldı başqa vaxta” bəhanəsi ilə əliboş geri dönməli olublar. Lakin Gülmirzə Poladovun zəngləri və qurulan tamaşa nəticəsiz qalmayıb- zərərçəkənlər inanaraq 50 min dolları F. Qasımova veriblər. Pulu aldıqdan sonra G. Poladovdan zənglərin kəsildiyini görən zərərçəkənlər şübhələniblər və məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyinə gediblər. Bu zaman aydın olub ki, əslində onlara zəng edən heç G. Mirzəyev deyilmiş. “G.Poladovun otağına yaxınlaşıb hər dəfə bizə zəng olunan nömrəyə zəng vuranda telefonda cavab verənin əsl G.Poladov olmadığını başa düşdük. Çünki əsl G.Poladov otağında öz müavini ilə söhbət edirdi. Biz aldadıldığımızı anladıq. Məlum oldu ki, bizə G.Poladov adı ilə zəng vuran Feyzullanın hüquqşünas oğlu Rafael Qasımovdur. İfşa olduqlarını görən dələduz ata-bala yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başladılar.” Zərərçəkənlərin şikayəti əsasında Xətai RPİ-də cinayət işi başlansa da cinayətkarlara qarşı heç bir tədbir görülməmiş, onlar azadlıqda qalmağa davam ediblər. Heç bir tədbir görülmədiyi üçün bu dəfə C. Ələkbərov Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edib, 2 dəfə özünün, müavinlərinin qəbulunda olub. Nəticədə iş Xətai RPİ-dən alınaraq Bakı şəhəri Baş Polis İdarəsinə verilib. Müstəntiq Rauf Məmmədov işə yenidən baxaraq cinayəti tam sübuta yetirib və Feyzulla Qasımov həbs olunub. İşin ssenari üzrə getmədiyini görən dəstənin başqa bir üzvü prosesə qoşulub. “Feyzullanın kürəkəni, BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, professor Məhəmməd İmanlı prosesə qoşuldu. Məhəmməd İmanlı Bakı Şəhəri Baş Polis İdarəsinə gələrək müstəntiqin yanında cinayəti etiraf etdiyini və dəymiş 50 000 dollar ziyandan 20000 AZN ödəmək istədiyini, qalan pulu isə 1 aya ödəyəcəklərinə dair yazılı iltizam verdi. Nəticədə mən Feyzulla Qasımovun ev dustaqlığına buraxılmasına etiraz etmədim və o ev dustaqlığına çıxdı.”-deyə C. Ələkbərov bildirir. F. Qasımov ev dustaqlığına çıxdıqdan sonra pulu ödəməkdən qəti şəkildə imtina edir. Məhəmməd İmanlı isə bildirib ki, “Feyzullanı türmədən çıxarmaq üçün belə etdik, sənə veriləsi pul yoxdur. Get bildiyini elə.” Şikayətçilər bildirir ki, ibtidai istintaq zamanı işin məhkəməyə getməməsi, həmçinin Feyzulla Qasımovun guya adına xələl gəlməməsi üçün onlara F. Qasımovun kürəkəni Məhəmməd İmanlı və oğlu Qasımov Rafael tərəfindən 30000 AZN pul ve mülki qaydada borc müqaviləsi təklif olunub. Onların növbəti ssenarisinə görə bu yolla cinayət işi polis idarəsində xitam olunmalı idi. Lakin bu dəfə zərərçəkənlər növbəti tələyə düşmür və qurama borc müqaviləsini imzalamaqdan imtina edərək pulun tamamını- 57552 AZN-i tələb edir. C. Ələkbərov bildirir ki, bu dəfə ona təzyiqlər etməyə başlayıblar: “Razı olmayacağım təqdirdə bu 30000 AZN - i hansı hakimin qarşısına qoysalar Feyzullanı təmizə çıxaracağını, onların sözü ilə desək " açıb buraxacağını" dedilər. Şikayətçilər Cəmil Ələkbərov və Maşallah Bayramov bildirir ki, Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə artıq bir ilə yaxındır ki, işə baxılsa da proses artıq demək olar ki, heç kəsə məlum olmayan səbəblərdən qəsdən uzadılır, süründürməçilik baş alıb gedir. Məhkəmə artıq yekunlaşsa da 2 aydır ki, çıxışlar mərhələsi uzadılır. Artıq dövlət ittihamçısı çıxış edərək dələduzluq faktının dəlillərlə sübuta yetirildiyini bildirərək 6 il həbs cəzası tələb edib. Lakin, məhkəmə prosesi “ötür-ötür” oyununa çevrilib, hər dəfə bir bəhanə ilə məhkəmə prosesi təxirə salınır. “Süründürməçilik artıq bizi cana gətirib. Artıq bizdə belə qənaət yaranıb ki, Rafael Qasimovun mənə dediyi “Cəmil 30000 manat pulu götürüb bizdən əl çək, Məhəmməd İmanlı professordu, məhkəmə işçiləri hamısı onun tələbələri, dostlarıdır. Bu pulları hansı hakimin "qabağına atsa" atamı buraxacaq” sözləri içimizdə çox ciddi şübhələr yaradır. Çünki, dələduzluq faktı təkzibolunmaz dəlillərlə sübuta yetirilsə də məhkəmə açıq aşkar qarşı tərəfi müdafiə edir, işi qəsdən uzadır. İşin bu qədər uzadılmasının bir tərəfi də odur ki, müddət F. Qasımovun həbs müddətindən gedir. Qeyd etdiyimi kimi, hakim Cavid Hüseynovun məhkəmə prosesinə müdaxilə edə bilməsək də açıq şəkildə prosesin uzadılmasını açıq büruzə verir. Məhəmməd İmanlı prosesin belə gedişatından “ilhamlanaraq” deyir ki, məhkəmədə tamamilə bəraət alacam, hətta Cəmilə verdiyim 20 min manatı da geriyə alacam. Onlar hər vasitə ilə şahidə təzyiq edirlər ki, öz ifadəsini dəyişsin. Şahidi dilə tutur, qorxudurlar ki, pulu F. Qasımova yox, Cavanşir adlı şəxsə verdiyini desin və bu yolla onu xilas etsinlər. Lakin, şahid faktı təkzib etmir və ifadəsini dəyişmir”-deyə şikayətçilər bildirirlər. Redaksiyamıza zərərçəkənlər tərəfindən təqdim edilən səs yazısında Məhəmməd İmanlının şahidi dilə tutması öz əksini tapıb. Səs yazısında M.İmanlı şahidə bildirir ki, F.Qasımovu xilas etmək üçün o, pulu Cavanşirə verdiyini desin. Şahid isə bildirir ki, F. Qasımovla görüşəndə o pulların məhz ona neçə dəfəyə, harada, necə verildiyini bildirəcək. Şahid israr edir ki, “mən əsl həqiqəti F. Qasımova deyəcəyəm ki, pul sənə verilib, harada verilib, necə verilib.” Səs yazısında M. İmanlı vaxtın daraldığını, F. Qasımovun xilasının məhz şahidin ifadəsini dəyişməyində olduğunu həyacanla bildirir. Şikayətçilər bildirir ki, onlar bu mütəşəkkil dəstənin heç də ilk qurbanları deyillər. Onların qurbanlarından biri də Vidadi Axundov olub. Onun şikayətindən sonra Rafael Qasımov Nəsimi RPŞ tərəfindən həbs olunub və dəymiş ziyanı ödəndikdən sonra ev dustaqlığına buraxılıb. Bu dəstənin daha bir qurbanı isə Dilqəm Eyvazovdur. Qeyd edək ki, onlar digər zərərçəkən Maşallah Bayramovun oğlunu Prezident Aparatına işə düzəltmək adı ilə 34.000 ABŞ dolları pulunu almışlar. Bu faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində istintaq gedir. Lakin şikayətçilərin bildirdiyinə görə, onlara məlum olmayan səbəbdən bu “istintaq işi” də uzadılır. “Biz ölkə başçısına, Birinci Vitse-prezident Mehriban xanıma, bütün hüquq-mühafizə orqanlarına müraciət edirik. Bu təhlükəli dəstəyə “dur” deyilməyənə qədər onların qurbanlarının sayı hər gün çoxalacaq. Hələ çox günahsız insanlar onların toruna düşərək qurban gedəcək. Yenə də qeyd edirəm ki, özləri dedikləri kimi artıq hakimlə də “anlaşmaya getməsi” bir insan olaraq mənim də içimdə şübhələr yaradır. Əks təqdirdə nədən sübuta yetirilmiş cinayət əməli C. Hüseynov tərəfindən aylardır ki, uzadılır. Bəlkə hakmiə bu qədər dələduzluq faktı azlıq edir, o yeni qurbanların olmasını da arzulayır. Xahiş edirik ki, məsələni nəzarətə götürəsiniz. Onların azadlıqda qalması neçə-neçə vətəndaşın növbəti “qurban” olması təhlükəsini yaradır!” deyə müraciət müəllifləri kömək istəyirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|