Rövşən Rzayevdən NARAZILIQ - Müraciət
Tarix: 22-11-2018, 08:31 | Çap et
DİA.AZ: - Bildiyiniz kimi son günlər gündəmi Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxardığı”na dair məlumatlar yazılır. Ehtimal edilir ki, bu məlumatlar sözügedən Komitəyə sədr təyin edilmiş Rövşən Rzayev tərəfindən mətbuata çıxarılır və məqsədli şəkildə eks Komitə sədrinin sorğu-suaa çəkilməsinə hesablanıb. Bəs yeni sədr nə ilə məşğuldur və qaçqın və məcburi köçkünlərə hansı diqqət və qayğını göstərir...?
DİA.AZ-a daxil olmuş məlumata əsasən Rövşən Rzayevin ətrafında olan şəxslər köhnə ənənəyə sadiq qalaraq mənzillə təmin edilməli olan şəxsləri “açıq bazar”a dəvət edirlər. İmkanı olanlar “haqqı” verib alır, olmayanlar da üz tutur ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ünvanına ki, onlara müvafiq köməklik göstərilsin. Nə vaxta qədər ölkədə müvafiq “Fərman və Qanunlar” rüşvət müqabilində işləyəcək, bunu söyləmək çox çətindir, amma hazırki şikayətdə olan durum belədir...
"Mən, Səfərov Elşən Allahverdi oğlu 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüşəm, 25 il ərzində ilk dəfə olaraq yeni mənzillə təmin ediləcəyimizlə bağlı müjdə aldım və ailə üzvlərimizlə həmin günü bayram olaraq qarşıladıq. Amma 3 gün sonra çox pərt və sarsılmış duruma düşdük. Sən demə yeni mənzilə köçürülməyimizlə bağlı “Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi”nin Binəqədi rayonu üzrə sektor müdiri Tağıyev İlqar Ağamalı oğluna yeni mənzilə köçürülmək üçün 5-10 min manat civarında rüşvət verilməli imiş. Mən və valideynim ona gücümüz çatan 1000 manatı təklif etdikdə o, bizə bildirdi ki, “həmin məbləğ çox azdır, özünüzü boşuna əziyyətə salmayın”. İlqar Tağıyevin birmənalı olan şifahi rədd cavabından sonra məcburiyyət qarşısında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi olaraq şikayət ünvanlamışıq. Amma hələ ki, müraciət ünvanladığımız orqan bu barədə araşdırma apararaq müvafiq qərar qəbul etməmişdir.
Bakı şəhəri, Dərnəgül qəsəbəsi, S. Bəhlulzadə küçəsi 23, bina 3, mənzil 130 ünvanında I qrup əlil qardaşım, həyat yoldaşım və 2 qız övladımla qəza şəraitində olan binada yaşayırıq. Keçən il Fövqəladə Hallar Nazirliyinin apardığı müşahidələrdə müəyyən olunub ki, bina ciddi qəzalı vəziyyətdədir, sakinlər təcili olaraq köçürülməlidir. Məhz bu səbəbdən yaşadığımız binanın sakinləri Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksinə köçürülməyə başlayıb. Bu günə qədər yaşadığımız binadan 91 ailədən bir neçəsi istisna olmaqla qalanları yeni mənzillərə köçürülüb. Mənə isə mənzil verilməməyin bəhanəsi bu cür qeyd olunub ki, siz növbəti komissiyada iştirak etməmisiniz. Doğrudur, növbəti komissiya vaxtı mən I qrup əlil qardaşımı İran İslam Respublikasına müalicə məqsədilə aparməşam. Amma bu komissiyanın müşahidə aparmasına əngəl ola bilməzdi. Çünki mənim ailə üzvlərim daimi olaraq göstərilən ünvanda yaşayırlar, digər tərəfdən binanın qəzalı olması hər kəs kimi bizim də həyatı təhlükəmizi artırır. Əminliklə deyirəm ki, şifahi və formal olaraq edilmiş imtinaya səbəb yalnız tələb olunan rüşvətin ünvanına çatdırılmamasıdır. Məhz bu səbəbdən biz bir neçə ailə olaraq qəzalı binada yaşamağa məcbur olmuşuq. 14 avqust 2018-ci il tarixdə komitə sədri Rövşən Rzayevin qəbulunda olaraq problemləri bildirsəm də, müsbət nəticə əldə edə bilməmişəm. Hansı ki, R. Rzayev problemlərin araşdırılaraq köməklik göstərəcəyini mənə vəd etmişdi. Görünür ki, Rövşən Rzayev də eks Komitə sədri Əli Həsənovun “ənənə”sini davam etdirir və kifayət qədər korrupsiya hüquq pozmalarına rəvac verir. Bu cür ittihamı əbəs yerə səsləndirmirəm. Belə ki, yaşadığımız qəzalı binada 91 qaçqın və məcburi köçkün ailəsi məskunlaşmış olsa da, siyahı üzrə həmin binadan 130-dan çox ailə “Qobu Park” yaşayış kompleksində mənzillə təmin edilib. Bu da o deməkdir ki, böyük məbləğdə pul müqabilində çoxlu sayda ailənin adı qəzalı binada qeydiyyata alınmaqla oradan köçürülmə təmin edilib. Yəni hesab edirəm ki, mənim haqqım başqalarına satılıb... Mən isə uşaqlığımdan məskunlaşdığım binada qalmağa məcbur olmuşam. Bu cür ayrıseçkiliyin bir adı var, ədalətsizlik! Bu cür ədalətsiz davranışı heç bir halda Komitə sədri Rövşən Rzayevə yaraşdırmıram, ən azından o uzun müddət Azərbaycan Respublikasının Ali Qanunverici orqanında millət vəkili olaraq çalışmış, xalqın mənafeyindən çıxışlar etmişdir. Bu cür təqdirdə o mənim, ailə üzvlərimin mövcud durumunu anlamalı və Qanunlara hörmətlə yanaşmalı idi. Media vasitəsilə ölkə Prezidenti Cənab İham Əliyevdən xahişim budur ki, yaşadığımız qəzalı binada yeni faciələr baş vermədən Rövşən Rzayevə öz tapşırıqlarını versin. Cənab Prezident ona tapşırıq versin ki, “Rövşən Rzayev Əli Həsənovdan bir çömçə artıq olub, dövlətə və vətəndaşlara yersiz problemlər yaşatmasın”".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
|