Şəkidə məmurlar qanunları necə pozur... - GİLEY
Tarix: 12-12-2018, 09:08 | Çap et
Şəkidə 2011-ci ildə sahibkar Hikmət Səlimovun intiharı, daha sonra isə buna səbəb olan vəzifəli şəxslərin həbsi ilə nəticələnən qalmaqallı əmlak mübahisəsi bitmir. Həmin hadisələrdən sonra həbslər aparılsa da, görünən odur ki, hələ də əraziyə iddialı olanlar var.
Cebhe.info xəbər verir ki, Hikmət Səlimovun qohumu Əhmədov Əhməd Tələt oğlu hadisədən bir neçə il keçməsinə baxmayaraq, problemin hələ də qaldığını, həm özü, həm də ailəsinə ciddi narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, 1971-ci ildə Bakıda anadan olub. 1993-2000-ci illərdə polis orqanlarında işləyib. 2000-ci ildə polis orqanlarından ayrılıb və Müsavat Partiyasına üzv olmaq üçün ərizə verib. Daha sonra uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Yeni Yasamalda qapı-pəncərə sexi işlədib. Ancaq 2011-ci ildəki hadisədən sonra ailənin problemləri başlayıb.
Söhbət Şəkidə sahibkar Hikmət Səlimovun intiharından gedir. Belə ki, İcra Hakimiyyəti başçısının 29 mart 2003-cü tarixli sərəncamı ilə şəhər sakini Səlimova Elfanə Hikmət qızına ayrılmış 30 kvadratmetr ərazidə atası Səlimov Hikmət Əhməd oğlu tərəfindən sahəsi 46,1 kvadratmetr olan mağaza və 49,6 kvadratmetr talvar inşa edilib:
“Elfanə mənim qardaşımın həyat yoldaşıdır, torpaq sahəsi də faktiki olaraq onlara məxsusdur. 2011-ci ildə həmin ərazidə qanunsuz ticarətlə məşğul olduğunu əsas gətirərək mağaza sahibi, yəni qardaşımın qayınatası İnzibati Xətalar Məcəlləsinin 235-ci, həmçinin Şəki rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə həmin Məcəllənin 310-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsirli bilinərək 20 manat cərimələnib. Bundan sonra İcra Hakimiyyətinin vəzifəli şəxsləri mağazaya gələrək onun uçurulması barədə tapşırıq verib və tapşırıq icra olunub. Bundan sonra qardaşımın qayınatası özünü Kiş çayının üstündəki körpüdən ataraq intihar edib. Bu hadisə uzun müddət müzakirə mövzusu olub, mətbuat yazıb, televiziyalar çəkib”.
Həmin dövrdə hadisə ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda deyilir:
“3 fevral 2011-ci il tarixdə saat 10:00-da Şəki şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri - İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Qəhrəmanov Eldəniz İlham oğlu, Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin müdiri - şəhərin baş memarı Abdurahmanov Yusif Kamal oğlu xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində lazımi icazə almadan, şəhərsalma, tikinti normaları və qaydalarının ciddi surətdə pozulması ilə tikilmiş binaların, qurğuların, yalnız müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qəbul etdiyi qərar əsasında sökülməli olduğu halda, qeyd edilən tarixdə digər vəzifəli şəxslərlə birlikdə şəhərin Fuad Abdurahmanov küçəsində yerləşən Elfanə Səlimovaya ayrılmış ərazidə inşa edilmiş mağazaya gəlib. Vəzifə səlahiyyətlərini aşaraq müvafiq məhkəmə qərarı olmadan həmin mağaza və onun qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün Şəki Suvarma Sistemləri İdarəsinə məxsus, şəhər sakini Nəbiyev Qurbanəli Əsabəli oğlunun idarə etdiyi «Boreks 2102» markalı Az 55 T 579 dövlət qeydiyyat nişanlı traktor-ekskavatorla uçurulub-dağıdılması üçün qanunsuz göstərişlər verib”.
Baş Prokurorluğun məlumatında o da vurğulanıb ki, həmin tikililərin bir hissəsi uçurulub:
“Bununla da fiziki şəxsin konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozaraq, hakimiyyət orqanlarını nüfuzdan salmaqla, onların huquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulub. Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan barələrində 4 fevral 2011-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanılıb”.
Buradan da göründüyü kimi, Baş Prokurorluq tikilinin sökülməsində qanunsuzluğun olduğunu bildirib. Həmin ilin mayıda Şəki rayon İcra Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanova 1 il 6 ay, Yusif Abdurahmanova isə 11 ay şərti cəza verilib:
"Qardaşım və həyat yoldaşı bundan sonra müxtəlif dövlət orqanlarına şikayət etdilər. Daha doğrusu, şikayəti qardaşımın qayınanası edirdi, qardaşım onun şikayətlərinin yazılmasında kömək edirdi. Onunla bərabər bacanağı da fəaliyyət göstərirdi, ancaq 2013-cü ildə bacanağı Qafarov Kamran Nəriman oğlu avtomobil qəzasında öldü. Maşınının üstündən “Kamaz” keçmişdi. Bundan sonra qardaşım tək qaldı. Ərazini qardaşımdan istəyirdilər, ancaq buna baxmayaraq, ərazidən imtina etmədi. Saxta ittihamla həbs etdirmək istəsələr də, məhkəmə həbs qərarı çıxarmadı. 2017-ci ildə qardaşım Azərbaycanı tərk etdi. Ərazi üzərində sərəncam vermək hüququ indiyədək qardaşıma məxsusdur. Buna görə də onu tapmayanda mənə və böyük qardaşım Əhmədov Elxana müraciət olundu. Ancaq məlumdur ki, biz heç birimiz həmin ərazi ilə bağlı qərar verə bilmərik”.
Əraziyə iddalı olan şəxsin kimliyinə gəlincə, Əhməd Əhmədov bu barədə ona heç bir rəsmi məlumat verilmədiyini deyib:
“Ərazini almaq istəyirdilər, heç tanımadığımız adamlar vasitəçi düşürdü, başa sala bilmirdik ki, torpaqla bağlı bizim qərar vermək haqqımız yoxdur. Torpaq bizim yox, qardaşımızındır. Qardaşımız ölkədə deyil, bizə deməz ki, sizin nə marağınız var ki, etibarnamə alırsız? Böyük qardaşım Elxan Əhmədov bu təzyiqlərə dözə bilməyərək ürək tutmasından Mərkəzi Klinik Xəstəxanada bu ilin mayında vəfat etdi. Bundan sonra tanımadığım şəxslər təkrar-təkrar mənə müraciət etdilər ki, Azərbaycanda olmayan qardaşımın həmin ərazidən imtinasıyla bağlı ərizəsini alım və onlara təqdim edim. Ancaq qardaşım Azərbaycanda yaşamırdı, mənim onunla görüşmək, ondan razılıq ərizəsi almaq imkanım yox idi. Bu proseslər baş verəndən sonra Yasamal rayonunda olan seximin fəaliyyəti də dayandırıldı. Deyilənə görə, bunu Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdyev tapşırıbmış. Beləliklə sexim də əlimdən çıxdı, fəaliyyət imkanım tam məhdudlaşdırıldı. Halbuki həmin sex 2000-ci ildən mənə məxsus olub. Bir nəfər intihar etdi, neçə nəfər mühakimə olunaraq şərti də olsa cəza aldı, qardaşım ailəsiylə başqa ölkəyə köçdü, amma bir neçə kvadratmetr toprağı hələ də hansı yolla olursa-olsun, almaq istəyənlər var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
|