Təhsil sistemində ciddi islahat gözlənilir... - Kimlər "vurulacaq"?
Tarix: 26-01-2019, 11:35 | Çap et
Məlum olduğu kim yeni il tətilindən sonra ali məktəblərdə və kolleclərdə qış imtahan sessiyalarına start verilib. O da sirr deyil ki, qış sessiyaları bir çox təhsil ocaqlarında həm də pul yığımı kompaniyası xarakteri daşıyır. Məhz buna görə Ceyhun Bayramov nazirlik fəaliyyətinin başlanğıcında adının bu kimi əməllərdə hallanmaması üçün Ali təhsil müəssisələrinin rəhbərlərinə və kollec direktorlarına ciddi tapşırıqlar verib. Son dövrlər bir çox Ali təhsil müəssisələrində bu kimi halların qarşısının alınması yönündə ciddi tədbirlər görülsə də, problemin birdəfəlik çözümünə hələ tam nail olunmayıb. Hazırda pul yığımı kompaniyası daha çox gözdən, könüldən uzaq, hələ də müasir texnologiyalarla tam təchiz edilməmiş əyalət tipli kolleclərdə daha çox özünü biruzə verməkdədir. Həm bu, həm də sözegedən əyalət təhsil müəssisələri rəhbərlərinin uzun müddətdir ki, bir vəzifəni daşıması səbəbindən yayılan xəbərlərə görə,Təhsil naziri Ceyhun Bayramov bir neçə təhsil müəssisəsinin rəhbərini qış imtahan sessiyası müddətində tutduqları vəzifədən kənarlaşdırmağı planlaşdırır.
Tutduqları vəzifədən çıxarılacağı gözlənilən təhsil müəssisələri rəhbərlərinin siyahısına aldığımız son məlumatlara görə Ceyhun Bayramov bir neçə əlavələr də edib. Bu əlavələr qış imtahan sessiyalarının gedişində yaranmış narazılıqlardan sonra edilidiyinin bildirən məlumatlı şəxsin sözlərinə görə dəyişikliklər artıq qaçılmazdır. Bunlar kimlərdir? Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev, Azərbaycan Dövlət Humanitar və Texniki Kollecin direktoru Rüxsarə Əliyeva eləcə də Gəncə Dövlət Regional Kollecin direktoru Fəxrəddin Zeynalov, Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucov və Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun adı siyahıda birincilər sırasındadır.
Verilən məlumatlara görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev də işinin öhdəsidən lazımınca gələ bilməyənlər siyahısındadır. Kollecdə hər şey, kurs işləri və təcrübə sənədləri də müəyyən vəsaitlər hesabına başa gəlir. Qeyd edilir ki, 50 manatdan aşağı kurs işi və təcrübə sənədi qiymətləndirilmir. İmtahan sessiyası bir tələbəyə 400-600 manata başa gəlir. Məlumata görə, kolecdə rüşvətin yığılması işində hər yerdə olduğu kimi sinif nümayəndələri vasitəçi rolu oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də ümumi məbləğdən paylarına düşəni götürüb qalan hissəni şöbə müdirlərinə verirlər. Namiq Ağamalıyevin Memarlıq və İnşaat Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru İsrafil Məmmədovla yaxın münasibətləri görəsən nazirin siyahısından çıxmağa kömək edəcəkmi? Deyilənlərə görə bir neçə il öncə sözügedən kollecdə müavin olmuş Namiq Ağamalıyevin bu vəzifəyə təyinatında da prorektorun köməyi olub.
Azərbaycan Dövlət Humanitar və Texniki Kollecin direktoru Rüxsarə Əliyeva isə digər direktorllardan fərqli olaraq kollec rəhbərliyinə qalmaqallarla gəlib. Xanım Əliyeva sabiq nazir Mikayıl Cabbarovla kəllə -kəlləyə gələrək törətdiyi qanunsuzluqları bu gün də davam etdirməkdədir. Bu təbii ki, Rüxsarə Əliyevanın deyil, onu himayə edənlərin gücüdür.Verilən məlumata görə Humanitar və Texniki Kollecində də digərlərində olduğu kimi, imtahan sessiyası dövründə tələbələrdən pul yığılır, imtahanlarda tapşırıq adi hala çevrilib. Bunlar azmış kimi Rüxsarə Əliyeva həm də bir sıra qanunsuzluqlara imza atmasını sığortalamaqla da məşğul olur. Rüxsarə Əliyevanın fəaliyyətindəki bir sıra nöqsanlar başqa bir araşdırma tələb edən məqalənin mövzusu olduğundan hələlik üstündən sükutla kecməyi lazım bilirik.
Gəncə Dövlət Regional Kollecində bazar qanunlarının hökm sürdüyünü bildirən məlumatlı mənbələrə görə, sözügedən təhsil müəssisəsində semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər. Buna görə də semestri yaxşı göstəricilərlə başa vurmaq istəyən tələbələr mütləq tələb olunan məbləği verməli olurlar. Əks təqdirdə kollecin direktoru müəllimlər, onlar isə öz növbələrində tələbələr üçün arzuolunmaz problemlər yaradirlar. Qeyd etmək lazımdır ki, bu münasibətlər Gəncə Dövlət Regional Kollecində yeni formalaşmayıb. 2012-ci ildən bu təhsil müəssisəsinə rəhbərlik edən Fəxrəddin Zeynalov direktor təyin olunduğu ilk gündən kollecin bütün “gəlir qaynaqlarını” ciddi nəzarətə götürüb. Yaşı artıq yetmişə yaxınlaşan Fəxrəddin Zeynalov da güman ki, kollec rəhbərliyində son günlərini saymaqdadır.
Göyçay İdarəetmə və Texnologiya Kollecinə gəlincə. Bu təhsil ocağına Xəlil Orcuov 15 ildən çoxdur ki, rəhbərlik edir. Gözdən, könüldən uzaq sözügedən kollecdə qanunsuzluğun bütün elementləri mövcuddur. Xəlil Orucov sözün həqiqi mənasında Kolleci bazara çevirib. Burada dərsə davamiyyətdən söhbət gedə bilməz. Bu təhsil ocağının verdiyi saxta diplomla müəllim işləyənlərin aşkar olması barədə dövrü mətbuat kifayət qədər yazıb. Kollec drektoru üçün tələblər bir gəlir mənbəyidir. Məlumatı redaksiyamıza verən mənbə onu da vurğulayıb ki, kollecdə semestr imtahanlarında hər tələbədən Xəlil Orucov 200 manat alır.Məlumata görə, direktor kollecə daxil olmaq istəyən hər tələbədən imtahandan əvvəl bazara çevirdiyi otağında 2 min 3 min manat pul alır.
Şirvan şəhərindəki Pedoqoji Kollecə rəhbərlik edən Balamirzə Məmmədovun da adı deyilənlərə görə bu siyahıdadır. Məlum olduğu kimi mərhum Müdafiə Sənayesi Naziri Yavər Camalovla və şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla qohumluq telləri Balamirzə Məmmədovun uzun müddətdir bu vəzifədə toxunulmazlığını təmin etmişdi. O, bu vəziyyətdən istifadə edərək, kollecə 15 ildən çoxdur ki, rəhbərlik edir və burada pulsuz bir tələbəyə də qiymət yazılmır. Balamirzə Məmmədov üçün ən sevincək aylar iyun və dekabr ayı hesab olunur. Bu aylarda onun əhval-ruhiyyəsi çox yaxşı olur, çünki tələbələrin semestr imtahanlarına “hazırlıq işləri” bu aylarda aparılır. Bu səbəbdən Balamirzə Məmmədov iyun və dekabr aylarını özü üçün ən uğurlu aylar hesab edir. Bu vəziyyətdən bezən tələbələr isə Balamirzə Məmmədovun “qayda-qanunlarına” artıq uyğunlaşdıqları bildirilir
Bu siyahıda adı olanlardan biri də Sumqayıt Dövlət Universitetrinə birləşdirilmiş Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyevadır. Məlumata görə Mətanət xanımım da bu vəzufədə uzun müddətdir çalışmasına səbəıb yüksək çinli qohumlarının böyük rolu olub. Deyilənlərə görə Mətanət Pirquleyevanın müavini Əsəd müəllim imtahan vaxtı tələbələrdən pul yığımını heç də çəkinmədən həyata keçirir ki, bu da qeyd etdiyimiz kimi arxayınçılığın əlamətlərindən biridir. Son məlumata görə Mətanət Pirquliyevə Təhsil Nazirinin intahanların şəffaf şəkildə aparılması barədə verdiyi göstərişdən sonra bu günlərdə gözdən pərdə asmaq üçün kollecdə imtahanların şəffaf keçirildiyini sübut etməyə çalışırmış kimi tədbir də keçirib.Amma müavin Əsəd müəllim arxada nə kimi işlərlə məşğul olduğunun bir tələbələr bilir bir də Mətanət Pirquliyeva. Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun da adı mətbuatda tez-tez çəkildiyindən nazirin siyahısına düşüb. Kollec Turizm Agentliyinin tabeçiliyində olan bir təhsil ocağı olsa da burada təhsilə nəzarət Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Ona görə də Əyyub Əyyubovun rəhbərlik etdiyi təhsil müəssisəsində baş alıb gedən özbaşınalıqlar, tələbələrin incidilməsi və yarıtmaz idarəçilik yeni naziri qane etmir. Yayılan məlumatlara görə Əyyub Əyyubov bu təhsil müəssisəsini ailə şirkətinə çevirib. Direktorun həyat yoldaşı Xanım Məmmədova Mingəçevir Turizm Kollecində fənn birliyinin sədri işləyir. Buradakı karyerasına, həyat yoldaşı ilə birlikdə 2003-cü ildən başlayıb. Əyyub Əyyubov kollecdə islahatlar adı altında, rüşvətin mərkəzləşdirilmiş qaydada toplanması mexanizmini qurub və bu işi Xanım Məmmədovaya tapşırıb. Kollecdə test komissiyası yaradılıb və imtahanlar güya test üsulu ilə götürülür. Kollecdə semestrin qiyməti tələbələrə 300 manata başa gəlir. Əgər tələbə digər fənlərdən imtahanları özü verib cəmi bir fəndən kəsilirsə bu ona baha başa gəlir.
Verilən məlumatlara görə adlarını çəkdiyimiz bu direktorlar artıq Ceyhun Bayramovun nəzarətindədir. Onların uzun illərdir tutduqları bu vəzifələrdə nə qədər qala biləcəklərinə də yaxın günlərdə, yəni qış imtahan sessiyaları bitdikdə aydınlıq gələcək. Onu da qeyd etmək istərdik ki, siyahıda hallanmayan bir necə başqa direktorların da adının olması istisna deyil. Odur ki yaxın günlərdə mövzuya bir daha qayıdacağıq. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|