"Bir neçə dəfə məktub ünvanlamışdım..." - GİLEY
Tarix: 8-02-2019, 09:19 | Çap et
1993-cü ildə Cəbrayıl rayonu erməni faşistləri tərəfindən ələ keçirildikdən sonra, öz doğma yurd-yuvasından qaçqın düşən və ötən illər ərzində qeyri-adi bacarığı ilə “Yunan Roma Güləşi” üzrə Avropa çenpionu, üç dəfə Avropa üçüncüsü, bir dəfə dünya üzrə bürünc mükafatçısı, üç dəfə Azərbaycan çenpionu, hətta mərhum prezidentimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl qranpili” turnirinin bürünc mükafatçısı olan Babaşov Xurşud Gəray oğlunun həyat və fəaliyyəti, əldə etdiyi bir çox uğurları haqda açıqlama dərc etməyi, onunla bağlı lazımi məlumatları hər kəsin diqqətinə çatdırmağı, sanki özümüz üçün borc bildik.
Onu da bildirək ki, adı çəkilən bu şəxs keçirilən idman yarışlarında dəfələrlə Azərbaycan Respublikasının üçrəngli bayrağını yüksəkliklərə qaldırıb və erməni güləşçilərini məğlub edib. Əldə etdiyi uğurlarına görə, hətta Xurşud Babaşov bir neçə dəfə ölkə rəhbəri cənab İlham Əliyevlə görüşə bilib. Hal-hazırda o, Gənclər və İdman Nazirliyi tərəfindən “İdman ustası” fəxri adına layiq görülüb və respublika yığma komandasının da üzvüdür.
Gənc çağlarında ikən ömür yollarına köçkünlük həyatı yazılan bu şəxs və ailə üzvləri, 1993-cü ildə, 1994-cü ilin bir neçə ayı ərzində İmişli rayonu ərazisindəki çadır şəhərciyində yaşamağa məcbur olurlar. 1994-cü ilin sonlarında isə, Babaşovlar ailəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, bina-1, mən-33 ünvanında müvəqqəti məskunlaşırlar. Elə ki, onların məskunlaşdıqları ev sahibinin övladları böyüyür, o halda Xurşud Babaşovgilin 15 nəfərlik ailə üzvüləri reallığı görüb, məskunlaşdıqları mənzildən çıxırlar. Bu gün onların yaşamaq üçün mənzilləri yoxdur və belə bir səbəblər üzündən də, hal-hazırda Babaşovlar ailəsi Suraxanı rayonu ərazisindəki neft buruqlarının arasında, hansı ki, heç bir şəraiti olmayan yöndəmsiz bir yerdə yaşamaq məcburiyyətində qalıblar. Belə bir naliyyətlər əldə edən idmançının yaşadığı kiçik daxmada heç bir şəraitin olmaması, bu gün onun gələcək karyerasına ciddi zərbələr vurmaqdadır.
Bəli, bu gün o, 15 nəfərlik ailə üzvləri ilə birlikdə çətin durumda yaşayır və belə bir acınacaqlı durumdan xilas olmaq üçün, media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə müraciət edir. Adı çəkilən şəxs müraciətində bildirir: “Cənab Prezident! Mən bu gün xalqımı, dövlətimi varlığımdan da daha çox sevirəm. Həmişə çalışmışam və bundan sonra da çalışacağam ki, müstəqil Azərbaycanımızın adını daha uca zirvələrə qaldırım, üçrəngli bayrağımızın ən yüksək tribunalarda dalğalanmasına səbəb olum. Düzdür, bunlar mənim gələcək arzularımdır. Amma, bunları gələcəkdə həyata keçirmək üçün, bu gün lazımi şəraitim yoxdur. Ona görə də istərdim ki, indiyə kimi əldə etdiyim uğurlarımı nəzərə alıb, mənə lazım olan köməkliyinizi göstərəsiniz ki, gələcəkdə yeni-yeni uğurlarımı əldə edə bilim. Belə bir səbəblər üzündən də, bu yöndə xahişimi Sizə çatdırmağı özüm üçün borc bilirəm.
Cənab Prezident! Məlumat üçün Sizə onu da bildirim ki, Əli Həsənov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən vaxtlarda, mənzilə olan ehtiyacımızın ödənilməsi ilə bağlı bir neçə dəfə məktub ünvanlamışdım. Təəssüflər olsun ki, yazdığım məktublara adı çəkilən qurumdan rəsmi cavablar əldə etsəm də, son anda mənzilə olan ehtiyacımız ödənilmədi. Belə bir halın varlığı bu gün həm mənim, həm də ailə üzvlərimizin çoxsaylı problemlərlə üz-üzə qalmasına səbəb olur. Düşünürəm ki, gələcəkdə yeni-yeni uğurlara qovuşmağım üçün, mənə lazımi şəraitin yaradılması məqsədilə aidiyyəti üzrə lazımi tapşırığınızı verəcəksiniz. Mən Sizin atacağınız müdrik addımlara inandığım üçün, media vasitəsilə belə bir müraciətimi dərc etdirmək qərarına gəldim.
Onu da qeyd edim ki, Siz Milli Olimpiya İdman Komitəsinin prezidenti olduğunuz vaxtdan Azərbaycan idmanı yeni bir mərhələyə qədəm qoydu. Buna da əsas səbəb, məhz Sizin idmançılara göstərdiyiniz diqqət və qayğının varlığı oldu. Belə bir diqqət qayğının varlığını hiss edən hər bir idmançıda yeni bir ruh əmələ gəldi ki, bu da hər kəsin gələcək karyerasına olduqca təsir etdi. Sevindirici hal odur ki, Azərbaycan imançılarına bəslənilən münasibət bu gün hər kəsin gözü önündədir. Bu yöndə atılan hər bir addım, məhz ölkəmizə yeni-yeni uğurlar gətirməyə imkan verir. Sözsüz ki, bu cür yanaşmaların varlığında Azərbaycan Respublikasının birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri var. Mən də bir idmançı olaraq belə bir yanaşmaların varlığını görüb qürur hissi keçirirəm və gələcəyə olan ümidlərim birəbeş artır. Sözsüz ki, əldə etdiyimiz hər bir uğur müstəqil Azərbaycanımızın dünyada daha çox şan-şöhrət tapmasına və tanınmasına səbəb olur”. GundemXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|