"Muğanbank" vətəndaşın başına necə oyun açıb... - Prezidentin problemli kreditlərlə bağlı fərmanından nəticə çıxarılacaqmı?
Tarix: 6-03-2019, 09:13 | Çap et
Bu günlər banklar və vətəndaşlar arasındakı münaqişəli münasibətlər diqqət mərkəzindədir və cəmiyyət tərəfindən ciddi müzakirə olunur. Dövlət başçısının verdiyi sərəncamlar əsasında vətəndaşların illərlə yığılıb qalan problemlərinin taleyinə nəhayət bir aydınlıq gətirilib və verilən göstərişlərə görə problemli kreditlər vətəndaşların maraqları çərçivəsində həll olunmalıdır. Banklarda problemli kreditlər şöbəsinin olduğu hər kəsə məlumdur. Bəs, bank vətəndaşa problem yaradanda necə olmalıdır? Moderator.az-a ünvanlanan şikayət məktubundan çıxışı edərək nəzərinizə çatdırılan məsələnin kökündə də məhz bankın vətəndaşa yaratdığı problem dayanır.
“İstilik Sistemləri Servis Mərkəzi” MMM-in (İSSM-in) rəhbəri Rəcəbov Samir Sabir oğlu “Muğanbank” ASC-dən kredit götürmək məqsədilə, yaxın münasibətdə olduğu Əliyev Allahverən Şükür oğluna məxsus olan iki daşınmaz əmlakı ipoteka kimi banka girov qoymuşdur. Samir Rəcəbov bundan əvvəl də “Muğanbank”dan sahibi olduğu başqa bir təşkilat “Aztexmontaj” MMC üçün kredit götürmüşdü. Bir müddət keçdikdən sonra Samir Rəcəbov kreditləri ödəmək imkanını itirib və bank “İSSM” şirkətinin kreditlərinə görə Əliyev Allahverənin əmlaklarına tutma yönəltmək qərarına gəlib. Əliyev Allahverən girovda olan şəxsi mülklərini xilas etmək üçün 155.000 ABŞ dolları və ya 234 930 manat pulu “İSSM”-in mühasibi Hüseynov Şahin Ələkbər oğlu və yaxın qohumu Əliyev Coşqun Tofiq oğlu vasitəsilə “Muğanbank”a çatdırıb. 19.07.2016-cı il tarixində “Muğanbank”ın əməkdaşları pul vəsaitini qəbul etdikdən sonra iş gününün sonu olduğunu bəhanə gətirərək, ödəniş qəbzinin sabah veriləcəyini bildirib. Səhərisi gün qəbzin arxasınca gələn şəxslərə bank əməkdaşları bildirib ki, Samir Rəcəbovun “Aztexmontaj” üçün götürdüyü kredit girovsuz olduğundan, vəsait “İSSM” MMM-in deyil, “Aztexmontaj” MMC-nin kreditinə mədaxil edilib. Bununla da bank öz iradəsinə uyğun olaraq Əliyev Allahverənin pulunu, Samir Rəcəbovun adına olan başqa bir şirkətin, başqa bir kreditinə silib. Yəni vəsait təyinatına uyğun olaraq “İSSM”-in deyil, “AzTexMontaj”-ın hesabına yönəldilib. Dəfələrlə bu barədə banka etiraz edilsə də, ödənişin düzəliş edilərək təyinatına uyğun istifadəsi mümkün olmayıb. Daha sonra bank ipotekaları ələ keçirmək üçün məhkəməyə müraciət edib və Əliyev Allahverənin iştirakı təmin edilmədən, “Muğanbank”ın xeyrinə qətnamə çıxarılıb.
Qətnamədən apellyasiya şikayəti verilib. Araşdırmalar zamanı pulu banka ödəyən Əliyev Çoşqun Tofiq oğlunun və mühasib Hüseynov Şahin Ələkbər oğlunun etiraz və tələblərinə baxmayaraq, bank və onun işçiləri müxtəlif bəhanələr və yubatmalarla bu günə kimi “İSSM”-in adından ödənilən vəsaiti təyinatı üzrə düzəliş etməyib. Bununla da Əliyev Allahverən Şükür oğlunun zərərə düşməsinə səbəb olublar. Şikayətçinin iddiasına görə, hazırda bankın məqsədi Əliyev Allahverənə məxsus ipoteka ilə yüklü edilmiş əmlakları ələ keçirməkdir. Məsələ burasındadır ki, zərərçəkən Əliyev Allahverən 20 iyul 2016-cı il tarixdə, 155 000 (yüz əlli beş min) ABŞ dolları və ya 234 930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat vəsaiti “Muğanbank”a göndərməzdən əvvəl dəfələrlə telefon danışıqları aparmış, görüşlər keçirmiş və onun tərəfindən həmin məbləğdə ödəniş olarsa, “İSSM”-in kreditinə silinəcəyi və mülkiyyətində olan ipotekaların azad ediləcəyi barədə razılıq əldə etmişdir. Bankdan ipoteka krediti götürən, lakin bu gün ölkədə olmayan və konkret yeri bəlli olmayan Rəcəbov Samir Sabir oğlunun “Muğanbank”a ünvanladığı məktub da yuxarıda göstərilənləri sübut edir. Bundan əlavə “AzTexMontaj” şirkəti də banka rəsmi bildirir ki, Əliyev Allahverən tərəfindən göndərilən vəsait “İSSM”-in hesabına mədaxil edilməlidir.
Bundan əlavə təqdim olunan materiallardan məlum olur ki, “Muğanbank”ın birinci instansiya məhkəməsinə təqdim etdiyi arayış ilə, məhkəmənin sorğu əsasında əldə etdiyi hesabdan çıxarış üst-üstə düşmür. Bir neçə dəfə banka “İSSM” tərəfindən pul göndərilsə də, vəsait gizlədilib, daha çox əsas məbləğ və faiz əldə edilməsinə cəhd olunub. Birinci instansiya məhkəməsi qətnaməni arayış əsasında çıxarıb, hesabdan çıxarış əsasında isə bank tərəfindən pulların artıq hesablanması, ödənilən bir neçə vəsaitin mədaxildə nəzərə alınmaması üzə çıxıb. Bu gizlinlərə aydınlıq gətirmək üçün mühasibatlıq ekspertizasının təyin edilməsinə məhkəmənin lüzum görməməsi suallar yaradır.
Sorğu ilə əldə edilən sənədlərdən o da görünür ki, guya 20.06.2016-cı ildə “İSSM” adından banka Hüseynov Şahin Ələkbər oğlu 14850 manat ödəmişdir. Lakin ödəniş qəbzindəki imza Hüseynov Şahinin deyil. Hansı məqsədə görə bankın belə bir mədaxil etdiyi və ya pulun kim tərəfindən ödənildiyini gizlədilir. Eyni zamanda Hüseynov Şahin Ələkbər oğlunun imzası saxtalaşdırılır. Bu imzanın saxta olduğu adi gözlə o qədər açıq görünür ki, ekspertizaya belə ehtiyac qalmır. Amma, zərərçəkən mütləq belə bir ekspertizanın keçirilməsini məqsədəuyğun hesab edir ki, bankın növbəti yalanı və müştərilərini aldatması aşkar olunsun, eyni zamanda qeyri-qanuni hərəkəti sübut edilsin. Hazırda Bakı Apellyasiya məhkəməsində olan işin hərtərəfli, obyektiv və qanuni araşdırılmasına və ədalətli qərar qəbul edilərək Əliyev Allahverən Şükür oğlunun hüququnun bərpa ediləcəyinə ümid edilir.
Biz də -“Moderator.az” olaraq xalqın ali xidmətçisi kimi çıxış edərək cəmiyyətin ciddi rəğbətini qazanan ölkə başçısı İlham Əliyev səviyyəsində vətəndaşların banklar tərəfindən hüquqlarının pozulmaması, dollar ilə olan kreditlərin manat məzənnəsi ilə ödənməsi istiqamətində ciddi tədbirlər görülən vaxtda, “Muğanbank” ASC–nin bu şəkildə vətəndaşları incitməsini və müxtəlif qanunsuz yollara baş vurmasını doğru hesab etmir, ədalətin zəfər çalacağına ümid edirik. Redaksiyadan: Biz sadəcə vətəndaşın müraciətini ictimailəşdirərək problemin müvafiq qurumların diqqətinə çatdırılaraq ədalətli həlli üçün öz kiçicik töhfəmizi əsirgəmirik, biz bu münaqişədə tərəf deyilik və qarşı tərəfin də mövqeyini olduğu kimi təqdim etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
|