Təhsil nazirliyi bu məsələyə diqqət ayırmalıdır... - İTTİHAM
Tarix: 25-12-2020, 10:21 | Çap et
Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanova ilə bağlı aktualxeber.az-ın redaksiyasına daim çoxsaylı şikayətlər daxil olur. Məktəbdə dərs bölgüsü, XI sinif şagirdlərinə attestatların verilməsi, ibtidai təhsil mərhələsini başa vuran V siniflərə fənlər üzrə “ən yaxşı müəllim” seçimi və X-XI sinif şagirdlərinin tədris ili boyu ərzində dərsə davamiyyətinə “göz yummaq”, sevmədiyi işçilərin haqqında şər-böhtan dolu ittihamların yazılması, aktlaşdırılması və aktın təsdiqi üçün digər işçilərə məcburi imza çəkdirməsi, həmçinin,əsasən, yuxarı sinif şagirdlərinin yeni tədris ilində “Virtual məktəb” platformasında gündəlik dərslərə qoşulmamaq üçün direktorla valideynlər arasında olan bütün “razılaşma”lar müəyyən pul qarşılığında icra olunur. 01.05.1955-ci ildə anadan olmuş Qənirə xanımın vəzifədə çalışmanın yaş həddinin başa çatmasına baxmayaraq təhsil sahəsində göstərdiyi “nailiyyətlər”ə və himayədarlarına görə əmək müqaviləsi hələ bir il də uzadılıb. Q.Sultanova məktəbin kollektivi arasında tez-tez “Mən hələ 5 il bu məktəbdə direktor olacağam. İşimi aidiyyatı instansiyalarla “həll edib” gəlmişəm” deməyi xoşlayır. Aktualxeber.az saytında dərc olunan yazılarda 144 saylı məktəbin direktoru Qənirə Sultanovanın qanunsuz hərəkətləri barədə mütamadi olaraq oxucularımıza məlumatlar veririk. Sonuncu dəfə Q. Sultanovanın Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədovun tapşırığı ilə müəllimləri məktəbə çağırtdıraraq onlardan güya “100 manatın yığılmaması” barədə izahatlar da yazdırdığından yazmışdıq. Q.Sultanova 144 saylı tam orta məktəbdə çalışan 50 müəllimdən yığılan 5 min manat vəsaitdən cəmi-cümlətanı 1700 manat pul əsgərlərə xərcləyərək qalan məbləği özü mənimsəyibmiş. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün sözü gedən məktəbdə olmuşuq. Məktəbin direktoru Q.Sultanova açıqlama verməkdən imtina etsə də, müəllimlərin bu karantin dövründə həqiqətən məktəbə gəlmələrini özümüz görmüşük. Məktəbə nə üçün gəldiklərini soruşduqda isə “direktor deyib ki, təcili məktəbə gəlin!” cavabını da eşitmişik. Hətta gözdən pərdə asmaq üçün məktəb direktoruna şifahi töhmət verilməsindən də xəbərimiz var… Bu günlərdə Baki Şəhər Təhsil İdarəsi aktualxeber.az saytının internet ünvanına məktubla müraciət edərək, sözü gedən məktəbdə yoxlama aparıldığını, deyilən faktlara rast gəlinməməsi barədə məlumat verib. Biz zatən özümüz də qeyd etmişdik ki, yoxlama üçün məktəbə göndərilən Tural Həsənov, Bakir Məmmədov direktorun yaxın adamları, keçmiş iş yoldaşları və konkret olaraq himayədarlarıdır. Bu səbədən, Bakı Şəhər Təhsil İdarəsinin bu cür tələsik 3 cümləlik cavabı bizi qane etmir. Hər halda Qənirə xanımın qanunsuz əməlləri barədə dəqiq məlumata malik olduğumuzu bildiyi üçün ümid edirik ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni təyin edilmiş müdiri Mehriban Vəliyeva 144 saylı məktəbin direktorunun qanunsuz əməllərinə laqeyd qalmayacaq. Çünki Mehriban xanımın akademik Zərifə Əliyeva adına liseyin direktoru kimi təqdirə layiq fəaliyyəti bizə belə düşünməyə ümid verir. Məsələni nəzarətdə saxlayacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
|