İsmət Abasova qarşı şok faktlar - Keçmiş nazir hətta Kredit İttifaqları Fondunu da mənimsəyib - İTTİHAM
Tarix: 21-02-2014, 08:48 | Çap et
DİA.AZ: - Redaksiyamıza kifayət qədər ilginc faktların yer aldığı bir məqalə göndərilib. DİA.AZ olaraq kənd təsərrüfatı sistemində baş verən bir çox maxinasiyalarla bağlı bilgilərdən bəhs edən həmin məqaləni diqqətinizə təqdim edirik:
“Son bir ayda Sizin saytınızda “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyi (AKİA) və “İcraçı Kredit Agentliyi” MMC BOKT (İKA) haqqında məqalələr ilə tanış oldum və bu təşkilatların onlar haqqında yazılanları yalan, böhtan, şər və qərəzli bir informasiya olduğunu bəyanat şəklində digər portallarda təkzib etdiklərinin də müşahidəçisi oldum. (http://qafqazinfo.az/xeber-kredit-tkilat-byanat-verdi-t75679.html) Hazırda Azərbaycan Respublikasının bir vətandaşı kimi bu iki təşkilatda olub keçənlər barədə həqiqətləri Respublikanın bütün vətəndaşlarını məlumatlandırmaq istərdim.
Həmin “Bəyanat”ın ilk iki abzasında el arasında Bəy Tərifi kimi adlanan deyimdən istifadə edərək həqiqətləri qeyd etmişlər. Amma bu bəy tərifinin AKİA və İKA-nın ilk 7 (yeddi) illik fəaliyyətini əhatə etdiyi müşahidə olunur, nədənsə son dörd illik fəaliyyətindən heç bəhs edilmir. Arif Əliyevin və Ayaz Quliyevin bu təşkilatlara “rəhbərlik” etdiyi dövrlərdən. Təşkilatın fəaliyyətinin ilkin dövründə olan inkişafı müşahidə edən sabiq Kənd Təsərrüfatı naziri İsmət Abasov İKA-dan müəyyən haqlar tələb etməyə başladı. İKA-nın sabiq rəhbəri Məcid Əsədov və sabiq kredit meneceri Məmməd Hüseynov bir çox qeyri-peçəkar kredit ittifaqlarının (“İlham” Kİ və “Araz” Kİ) rəhbərlərini aldadaraq müxtəlif adlar altında kredit ayıraraq pulları mənimsəyib müyyən qismini sabiq nazirə çatdırırdılar. Bu kredit ittifaqlarında külli miqdarda gecikmələr yarandıqda Məcid Əsədov və Məmməd Hüseynov işdən uzaqlaşmaq qərarına gəldilər. Məcid Əsədova dayılıq edən Texnika Bankın sabiq Müşahidə Şurasının sədri Etibar Əliyev Məcid Əsədovu Kredaqro BOKT-a rəhbər, Məmməd Hüseynovu isə həmin təşkilata filial müdiri təyin etdi. Məmməd Hüseynovun doğmaca dayısı Arif Əliyev isə hər kəsə söylədiyi kimi İsmət Abasova 40000 manat pul verərək və sabiq nazirə aylıq haqqı Məcid Əsədovdan da artıq məbləğdə verəcəyinə söz verərək İKA-nın baş direktoru vəzifəsini əldə edə bildi. Sonra isə Kredit İttifaqlarına hədə qorxu gələrək İKA-nın 100% təsisçisi olan AKİA-da nazirin göstərişi ilə müəyyən dəyişikliklər edərək öz yaxın adamları olan Ayaz Quliyevi AKİA-ya sədr təyin etdilər. Ayaz Quliyevin əli ilə yeddi kredit ittifaqlarının (“Aşıxlı” Kİ, “Aran” Kİ, “Tərəkəmə” Kİ, “Hindarx” Kİ, “Ləman” Kİ, “Astanlı” Kİ, “Masallı” Kİ) köməkliyi ilə AKİA-da qondarma Ümumi Yığıncaq təşkil edərək İKA-nın təsisçiliyini Arif Əliyevə verdilər. Bütün bunları sistemli şəkildə qruplaşdırdıqları kimi İKA-nın dövriyyəsində olan Dünya Bankı tərəfindən ayrılan 18 milyon ABŞ dolları vəsaiti bir qrup yuxarıda adları çəkilən və digərləri kredit ittifaqları rəhbərlərinə təyinatsız paylanılaraq mənimsənildi.
Arif Əliyevin bəyanatda dövlət büdcəsinə İKA və Kİ-lərdən külli miqdarda mənfəət və gəlir vergisi ödənildiyindən bəhs edir. Halbuki 14 milyon gecikməsi olan təşkilat ümumiyyətlə nəyinki mənfəət vergisi hətta gəlir vergisi vermək iqtidarında deyildir. Çünkü onların özlərinin də etiraf etdikləri kimi təşkilatda 14 milyon gecikmə vardır. Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi çərçivəsində Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) vəsaiti ilə Kİ-lərə ayrılan qısa müddətli kreditlər layihəsi 2012-ci il 29 fevral tarixində başa çatmışdır və nədənsə bu zamana kimi onlar kredit portfelində qalıq 14 milyon ABŞ dollar olduğu qeyd edirlər əgər kreditlərin müddəti qısa müddətli idisə, niyə görə bu 14 milyon dollar iki il müddətində Dövlət büdcəsinə geri qaytarılmamışdır. Çünkü Arif Əliyev İKA-da süni gecikmələr edərək Kİ-lərdən rüşvət alaraq onlara verilən kreditləri müxtəlif adlar altında restruktrizasiya və kapitalizaya adları ilə uzatmaqda davam edir. Nədənsə bu zamana qədər nə Mərkəzi Bank və nə də Vergilər Nazirliyi bu hadisələrə göz yumur.
Bəyanatda ən maraqlısı öz cinayətini dili ilə açıqlamasıdır. Dediyinə görə guya əldə olunan vəsaitləri kredit ittifaqları institutunun yaradılmasına sərf ediləcəyini göstərir. Kredit İttifaqları üçün 10 il bundan əvvəl yaradılması və inkişafı üçün nəzərdə tutulan xüsusi Kredit İttifaqı Fondu hal-hazırda mövcüd deyil. Çünki bu vəsait İsmət Abasovun göstərişi ilə Texnika bankın sabiq Müşahidə Şurasının sədri Etibar Əliyevin əli ilə mənimsənilmişdir. Bütün yuxarıda qeyd olunanların nəzarətdən kənarda qalması təəccüb doğurur. Halbuki Dünya Bankının Azərbaycandakı nümayəndəsi Rufiz Çıraqzadə və Layihənin rəhbəri Hüseyn Hüseynov Kİ Fondunda olan vəsaiti hara xərclənməsini və eyni zamanda yeni Kİ-lərin yaradılmasına nəzarət etməli idilər.
Arif Əliyev və Ayaz Quliyev ictimaiyyətə gülüş doğuran, saxta-yalan bəyanatlar verməkdənsə, İKA-da cinayət törədən Məcid Əsədov, bacısı oğlu Məmməd Hüseynov, dövlət orqanlarına saxta-yalan hesabatlar hazırlayan daxili auditor Vidadi Musayev və baş mühasib Tahirə Qurbanova, İsmət Abasova çamadan dolu pulları daşıyan Fəqan Əliyev, özünü İsmət Abasovun qohumu adlandıran Fatma Abbasova, yuxarıda adları çəkilən cinayətkar kredit ittifaqlarının rəhbərləri və Salyanda bir qrup dələduzların əli ilə etdiyi cinayətkar əməlləri haqqında açıqlama versin”.
Bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|