Balakəndə bala-bala xırıd edilən büdcə pulları - Yeyinti ittihamı...
Tarix: 22-10-2015, 08:51 | Çap et
Cumhuriyyət. az olaraq son vaxtlar Balakən rayonundakı məmur özbaşnalıqları barədə silsilə yazılar dərc edirdik. Dəyərli balakənlilərin nə deputatlığa namizəd sarıdan, nə də ki, icra başçısı sarıdan bəxtləri gətirməyib. Elə bu üzdəndir ki, Balakən respublikanın digər rayonlarından mütləq mənada fərqlənir. Çünki Balakən Azərbaycan qanunları ilə deyil, cəngəllik qanunları ilə idarə olunur. Çünki Balakəndə milli adət-ənənələrə sadiqlik nümayiş etdirən vəzifə və səlahiyyət sahibləri yox dərəcəsindədir. Çünki Balakənə İslam Rzayev kimi feodal təfəkkürlü şəxs rəhbərlik edir. Əslində İslam Rzayevi yönəldənlər də az deyil. Yazılarımızın birində qeyd etmişdik ki, Balakən şəhər nümayəndəliyinin sədri Telman Bayramov rayonda özünü hakimi mütləq kimi aparır və çəkinmədən bəyan edir ki, İslam Rzayev onun bir sözünü iki etmək qüdrətində deyil. Olsun belə. Ancaq indi icra hakimiyyətindəki mənbənin cumhureiyyet.az-a bildirdiyinə görə, bəs deputatxanaya namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin söhbəti gündəmə çıxdıqdan sonra Telman Bayramovun gəmiləri suda qərq olub. Görəsən niyə? Aha burada haşiyədən bir qədər kənara çıxaq. Xalqımızın çox gözəl atalar sözləri var. Məsələn, nə tökərsən aşına, o da çıxar qaşığına. Yaxud nə əkərsən, onu da biçərsən. Belə görünmürmü ki, son vaxtlar yaşananlar o deməkdir ki, artıq yaxınlarda Telman Bayramov vaxtı ilə əkdiyini biçəcək? Yaxud belə görünmürmü ki, vaxtı ilə hörmətli Telman müəllimin aşına tökdükləri az sonra qaşığına çıxacaq? Balakəndə hamı deyir ki, Nəsib Məhəməliyevin Balakənə qayıdışı, Telman Bayramovun sonudur. Nə isə əsas məsələdən yayınmayaq. Balakən təhsilində yaşananlar barəsində xeyli söz-söhbətlər dolaşırdı. Burada sabiq müdir Mahir Dıbırovu yıxıb sürüyür, sanki onun rayon təhsilini çökdürdüyünü ağız dolusu ilə danışmaqdan yorulmayan bir sıra qruplar fəaliyyət göstərirdilər. Əslində isə həmin adamlar rayon icra hakimiyyətindən idarə olunurdu. Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, məqsəd diqqəti əsas nöqtədən yayındırmaq idi. Bu mücadilədə icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini xanım Nəzakət Rüstəmova daha fəallıq edirdi. Ancaq onun fəaliyyəti həmişə olduğu kimi görünməyəcək qədər ehtiyatlı və saman altdan su yeridir məsəlindəki kimi idi. Ancaq həqiqət budur ki, İsmayıllıdan Balakəndə baş verənlər daha şəffaf və aydın görünür. Nəzakət xanımı başa düşmək olar. Axı onun rəhbərlik etdiyi sahədə olduqca rəzil və biabırçı olaylar baş vermişdir. Elə buna görə də xanım müavin bütün potensialını işə salmaqla baş verənləri gizlətmək strategiyasını qurmaq istəyirdi ki, cumhuriyyət. az-ın mərdimazar redaktorunun nəzərləri onu cəlb etdi. İcra başçısı İslam Rzayevin dövründə təhsil müdiri təyin olunmuş Mahir Dıbırov, həm də başçının ən sadiq və yaxın dostu sayılırdı. Rayona təşrif buyurmuş istənilən ranqlı qonaqların yola salınması missiyası Mahir müəllimə həvalə olunmuşdu. Təhsil müdiri həm də İslam Rzayevin yağlı tikəsi hesab edilirdi. Təhsil ən böyük müəssisə olmaqla yanaşı icra başçısnın gəlir katyolu hesab edilirdi. İslam Rzayev üçün lazım olan rayon təhsilinin inkişafı deyil, təhsildən ona su kimi axan pullar idi. Balakən təhsilinə birbaşa cavabdeh şəxs sayılan icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova da qollarını çırmalayıb başçı və müdir ilə pul qazanmağa girişmişdirlər. Bu üçlüyün ən uğurlu addımları bu oldu ki, müdir Mahir Dibirov təhsil nazirliyinin atestasiyasından keçməyən, nazirliyin xəbəri olmadan Balakən şəhər və kənd məktəblərinə 160-170 nəfəri müəllim kimi işə götürdü. İşə götürülən şəxslərdən Mahir Dıbırov 2000-3000 və daha yuxarı məbləğlərdə pulu alaraq həşəmətli başçı İslam Rzayevə təhvil verdi. Düzdür bu puldan həm müdirin, həm də xanım müavin Nəzakət Rüstəmovanın da yetərincə payı ayrılıb onlara verilib. Çünki bu qayda ilə belə də olmalı idi. İslam Rzayevin pula hərisliyi güclü olsa da o etdiyi qeyri-qanuni cinayət tərkibli işlərə tək girişmir. O, mütləq bu oyunlara özü ilə ortaq da əlavə edir. Rayonda qeyd edilən əməlliyatların qurbanı olmuş bir qrup müəllim və müəllimə cumhuriyyət. az-a yazaraq bildirilər ki, müdir Mahir Dıbırov işə götürdüyü şəxsləri birinci il labarant və sair kimi sənədləşdirir və sonrakı il onları dərs saatı ilə təmin edirdi. Son vaxtlar başçı və müdir Mahir müəllimin aralarında yaranmış problemlər də pul üstündə olmuşdur. Hörmətli başçı araşdırıb görüb ki, sən demə Mahir Dıbırov ona atır. Yəni yığılan məbləği az göstərərək başçıya təqdim edir və oradan da öz payını almaqla yekunda həm İslam müəllimdən, həm də Nəzakət xanımdan daha çox pul əldə edir. Başçı bu xəyanətə görə Mahir Dıbırovu bu ilin yay aylarında rayon təhsilində maliyyə nazirliyinin yoxlaması vaxtı işdən kənarlaşdırılması istəyinə nail olur. Balakən təhsili müdirinin səlahiyyətlərini müvəqqəti icra edilməsi üçün şöbənin baş məsləhətçisi Vahid Əliyevə həvalə edildi. Mənbə cumhuriyyet.az-a bildirir ki, Vahid Əliyev Balakən təhsilində rüşvəti, korrupsiyanı çiçəkləndirən bir şəxs olub. Bu ilki maliyyə yoxlaması sübut etdi ki, bir tədris ilində Vahid Əliyevin fəaliyyəti nəticəsində qanunsuz olaraq 153-dənə formal qrup və dərnəklər açılaraq, dövlət büdcəsindən külli miqdarda maliyyə vəsaitləri mənimsənilmişdir. Əlbəttə ki, bu vəsaitlər müdir, icra başçısı və müavini Nəzakət xanım tərəfindən mənimsənilmişdir. Hazırda belə bir şəxsə rayon təhsilinin tapşırılması intihara bərabər sayılmalıdır. Əgər İslam Rzayev dövləti sevir və ona etimad göstərib bu vəzifəyə təyin edən prezidentə sadiqdirsə onda yarım milyon maliyyə vəsaitlərinin mənimsənildiyi üzə çıxdığı halda nədən prokurorluq orqanlarına işin araşdırılıb günahkarların cəzalandırılması göstərişini vermədi? Çünki özü və müavini də bu işə şərikdirlər. Görüntü üçün Mahir Dıbırovu işindən uzaqlaşdırdı, ancaq günü bu gün də onu göz bəbəyi kimi qoruyub himayə edir. Çünki iş istintaqa keçsə Mahir Dibirov onu da, xanım müavini də ələ verəcək. Əslində Mahir Dıbırovu bu işə elə İslam Rzayevin özü sövq edib. Başçı həm Nəzakət Rüstəmovanı, həm də Mahir Dıbırovu arxayın edib ki, arxanızda durmuşam dağ kimi, işinizdə olun. Ancaq bu günlərdə İslam Rzayevin 9-aylıq hesabatında çıxışında yarpaq kimi əsməsi, çənəsinin yüz yerə əyilməsi heç də onun adları çəkilən şəxslərin arxasında dağ kimi dayandığından xəbər vermədi. Amma yaxın günlərdə bu məsələnin açılacağı, ictimailəşəcəyi an İslam Rzayev həm Mahir Dıbırovu, həm də xanım müavinini meydanda tək qoyacaq. Nədir həmin ictimailəşdirilməli olan məsələ? Deməli qeyd edildiyi kimi müdir Mahir Dıbırov tərəfindən qeyri-qanuni olaraq işə götürülmüş müəllim və müəllimələr yenidən atestasiya adı altında rayon icra hakimiyyətinə çağırılır. İcra başçısı müdir əvəzi Vahid Əliyevə tapşırıb ki, siyahıda adları olan şəxslərə dərs saatı verməsin. Həmin şəxslər üç-üç, beş-beş icra hakimiyyətinə gəlirlər. Onları xanım müavin Nəzakət Rüstəmova kabinetində qəbul edir və güya ki, atestasiya edir, yəni yenidən hər birindən 2000-3000 min manat rüşvət alır və İslam Rzayevə məruzə edir. İslam Rzayev də zəng edir və müdir əvəzi Vahid Əliyevə filankəslər atestasiyadan uğurla keçdilər, öz payını da al və onlara dərs saatı ver. Cumhuriyyət. az-a müraciət edən müəllimlər qeyd edirlər ki, onların bu kompaniyasına Nizami adına şəhər məktəbinin də müəllimləri qoşulacaqlar. Bu məsələ ilə bağlı mənbə cumhuriyyət. az-a 40 saniyəlik videogörüntü də təqdim edəcəyini bildirir. Azərbaycanda hazırda korrupsiya və rüşvətə qarşı cənab prezidentin rəhbərliyi altında mübarizə gedir. Son günlər Mtn nazirinin və bir sıra generalların həbsi onu göstərdi ki, dövlət başçısı belə məmurları bağışlamaq niyyətində görünmür. Ona görə də hesab edirik ki, Balakən rayonunda icra başçısı səviyyəsində həyata keçirilən bu iyrəncliklər yaxın zamanlarda öz hüquqi qiymətini alacaq. Məsələni diqqətdə saxlayacayıq. Bizi izləməyi unutmayın. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq. Elçin İsmayıllı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
|