“AZFEN-TEKFEN” şirkətinin fəhlələrini əlavə iş görməyə məcbur edirlər? - NARAZILIQ VAR...
Tarix: 31-10-2015, 13:25 | Çap et
28 okytabrda Şahdəniz-2” layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı olan ayrı-seçkiliyə etiraz olaraq bu günlərdə aksiya keçiriblər. Bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansı rəhbərliyi müdaxilə etdikdən sonra fəhlələri sakitləşdirmək mümkün olub. Xəbərə görə, aksiya ilə bağlı SOCAR təmsilçiləri fəhlələrin iş yerinə gələrək şirkət rəhbərliyi ilə görüşüblər. M.Qəhrəmanlı fəhlələrin dünən işə buraxılmadıqlarını, araşdırma getdiyi üçün çərşənbə günü də işə buraxılmayacaqlarını söyləyib. Komitə sədrinin sözlərinə görə, fəhlələrin etirazına səbəb Cem adlı (soyadı bilinmir, dəqiqləşdirə bilmədik) türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə münasibətdə yol verdiyi kobudluq və ayrı-seçkilikdir. M.Qəhrəmanlı TEKFEN-AZFEN Alyansının “Şahdəniz-2” layihəsində BP-nin tərəfdaşı kimi çıxış etdiyi üçün baş verən hadisəyə görə BP-nin də məsuliyyətli olduğunu deyib. Bundan əlavə, komitə sədri Dövlət Neft Şirkətinin də məsuliyyəti olduğunu xatırladaraq qurumu nəzarəti həyata keçirməməkdə ittiham edib. (contact.az) Məsələ ilə bağlı neft və qaz sənayesi işçiləri həmkarlar komitəsinin rəhbəri Cahangir Əliyev qafqaznews.org-a bildirib ki, onun təşkilatı fəhlələrin narazılığının səbəbini araşdırır: “Yeni rəhbərlik fəhlələrin çay fasiləsini ixtisara salıb. Rəhbərilik nizam-intizam yaratmaq istəyir. Bu isə narazılıq yaradır. Biz işin araşdırılmasına tapşırıq vermişik”. Mövzu ilə bağlı Mirvaскачанные файлыri Qəhrəmanlı qafqaznews.org-a bildirib ki, mən Cahangir Əliyevə məsləhət görərdim ki, kabinetindən çıxıb fəhlələrlə görüşsün: “ Yeni rəhbərlik fəhlələrin hüquqlarını pozur. Əlavə iş görülməsini tapşırsa da əlavə əmək haqqı vermir. Əvvəllər fəhlələrə 2 saatdan bir 15 dəqiqə dincəlmək imkanı verilirdi. Hazırda bu ləğv olunub”. contact.az-ın məlumatına görə, SOCAR-ın əməkdaşları narazılığı aydınlaşdırmaq üçün araşdırma aparıblar. Məsələ ilə bağlı SOCAR-ın fikrini öyrənməyə çalışsaq da qurumdan imtina etdilər. Biz baş verənlərlə bağlı Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin fikirlərini öyrənməyə çalışdıq. O, qafqaznews.org-a bilıdirdi ki, Milli Məclisə seçkilərlərlə bağlı hazırda Naxçıvandadır: “ Mən vəziyyəti araşdırıb sizə məlumat verəcəm”. Neft və qaz sənayesi işçiləri həmkarlar komitəsinin sosial şöbəsinin müdiri Ramil Əliyev isə bizə bildirdi ki, ARDNŞ-nin və ona məxsus qurumların hamısında həmkarların özək təşkilatları var: “ Bu qurumlar kollektivlə müqavilə bağlayır. Sonra biz onları qeydiyyatdan keçiririk. “TEKFEN-AZFEN”in həmkarları bizim komitədə qeydiyyatdan keçməyib, biz onların işinə qarışa bilmərik. Həm də əcnəbi şirkətlərin işçilərinin çoxu həmkarların üzvü deyil”. Belə olan halda görəsən hansı əsasla məsələni araşdırmaq üçün göstəriş verib..? Suala cavab tapmaq üçün yenidən Cahangir Əliyevlə əlaqə yaratmağa çalışsaq da bu mümkün olmadı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
|