Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                 

"Tender Azər" müftə pendiri tələdən qıraqda da asanlıqla tapır... - Nazir müavininə korrupsiya ittihamı
Tarix: 23-12-2015, 08:37 | Çap et
"Tender Azər" müftə pendiri tələdən qıraqda da asanlıqla tapır...
Azərbaycanda tender saxtakarlığı korrupsiya hallarının içərisində ən populyarıdır desək, yanılmarıq. Korrupsiyanın bu növünün ən çox kök atdığı qurumlardan biri, bəlkə də birincisi isə Maliyyə Nazirliyidir. Məsələ ondadır ki, bu qurumun rəhbərindən daha çox onun müavini Azər Bayramovun adı korrupsiya hallarında çəkilir.
AFN.az-ı bununla bağlı məlumatlandıran mənbə A.Bayramovun hansı yollarla neqativ əməllər törətdiyini açıqlayıb. İqtisadçı ekspert olan həmsöhbətimiz deyir ki, tender müsabiqələrini saxtalaşdırmaqda, tenderlərdən gəlir götürməkdə tayı-bərabəri olmayan A.Bayramov məhz bu “məharəti”nə görə kluarlarda “Tender Azər” adlandırılır: “Bildiyiniz kimi, Azərbaycanda keçirilən tenderlərlə bağlı faiz söhbəti ən populyar əməldir. Tenderə çıxarılan xidmət və iş üçün müqaviləyə uyğun olaraq ayrılan vəsaitin bir hissəsi bəri başdan tenderi keçirənlər tərəfindən “qalib” şirkətdən alınır. “Dövlət satınalmaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən tender prosedurları zamanı verilmiş tender təklifi ilə əlaqədar satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında danışıqlar aparılmasına yol verilmir. Qanun yol vermir, amma reallıqda bunun tərsi baş verir. Dövlət satınalmalarında ən təhlükəli məqam da budur. Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi faizi kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün keyfiyyətsiz iş görür. Bunu sübut edən bir çox məqamlar var: məsələn, istifadəyə verildikdən qısa müddət sonra yolların, körpülərin bərbad hala düşməsi, çökməsi…”
Oxucularımız təbii olaraq sual ünvanlaya bilərlər ki, A.Bayramovun tenderlərlə nə əlaqəsi var? Məsələ ondadır ki, tenderlərin keçirilməsini reallaşdıran dövlət qurumu – Satınalmalar üzrə Dövlət Agentliyi məhz onun nəzarəti altındadır. Bunu da bizimlə söhbətində mənbəmiz bildirdi: “İskəndər Çəndirli agentliyə kağız üzərində rəhbərlik edir, əslində bütün prosesləri Azər Bayramov yönəldir. Bütün saxtakarlıq, korrupsiya hallarından başqa da, normal keçirilən və qazanılan dövlət tenderlərinin ən azı 10 faizi A.Bayramov vasitəsilə əvvəlcədən geri alınır. Əsasən Azər Bayramovun çətiri altında baş verən bu özbaşnalıqların nəticəsidir ki, adı olan və heç bir fəaliyyəti olmayan şirkətlər tenderlərdə “qalib” gəlir. Məsələn, yaxın illərdə Sabirabadda bir maraqlı tender keçirilmişdi: kanalizasiyanın təmiri ilə bağlı tenderin qalibi olan şirkətin nizamnamə fondu 6 manat, işçisinin sayı isə prezident olmaqla bir nəfər olub. Bir işçisi olan şirkətin tenderdə qalib gəlməsi çox şeydən xəbər verir. Əslində satınalma müqaviləsinin icrasını təmin etmək üçün qalib şirkətlərin müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı diqqətə alınmalı idi. Bunu qanunun 6-cı maddəsi tələb edir. Göründüyü kimi, buna da əməl edilmir. İşçisi olmayan şirkətlər layihəni həyata keçirərkən küçələrdən qeyri-peşakar insanları işə cəlb edirlər. Onlar ilə əmək müqavilələri bağlanmır və nəticədə işçilərə görə şirkətlər tərəfindən məcburi sosial sığorta haqları da ödənilmir. Bu azmış kimi, əmək haqqları nəzərdə tutulduğundan bir neçə dəfə az ödənilir. Məqsəd az xərclə daha çox qazanmaq hərisliyidir. Bu cür “ofşor” şirkətlərdən Azər Bayramovda da çoxdur.
Bir neçə adda saxta şirkət yaradan nazir müavini çoxlu sayda tenderlərin “qalibi” olur. Xüsusilə də ölkənin qərb regionunda reallaşdırılan layihələr məhz onun büdcəsinin artmasına xidmət edir. Azər Bayramovun Maliyyə Nazirliyindəki nazir müavini və baş xəzinədar kimi fəaliyyəti yalnız onun şəxsi mənafeyinə xidmət edir. O, vəzifə səlayihətlərindən istifadə edərək, ancaq özünə yaxın, şəxsən tanıdığı, dostları, qohumları və yerlilərini şəhər-rayon maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu zaman o nazir Samir Şərifova çatacaq payın üzərinə özünün şəxsi payını da qoyaraq öz niyyətini həyata keçirir. Dünyanın heç bir yerində elə bir sisitem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini həyata keçirsin, həm də ki, aparılmış xərclərin təftişini həyata keçirsin. Azər Bayramov çox ustalıqla Samir Şərifovun etibarını və etimadını qazanaraq həm ölkəmizin büdcə xərclərini aparır, həm aparılmış büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə də Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsədiyi vəsaitlərin üstünü ört-basdır edir.
Azər Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər-rayon icra hakimiyyətlərindən ya tamamilə, ya da qismən çıxarılaraq mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunub. Bu xərclər də əsasən Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlığı tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri Azər Bayramovun yerlisi, yaxın qohumu və dostu Nadir Qarayevdir. Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir “gestapo” rejimi hökm sürür. Tərtib olunan maliyyə sənədləri nə dərəcədə düzgün, qanuna uyğun olsada belə müəyyən etdikləri “taksa” ünvanına çatmalıdır. Əks təqdirdə, günlərlə, həftələrlə hətta aylarla belə təqdim olunan sədlərin icarsı yubadılır, süründürlməçiliyə yol verilir və nəticədə də taksanı ödəmədiyi üçün geri qaytarılır. Bu barədə səsini çıxartdıqda Azər Bayramovun qəzəbinə tuş gəlirsən.”
Mənbəmiz bir sıra konkret faktlar da təqdim edib. Həmin faktların doğruluğu tərəfimizdən araşdırıldıqdan sonra təqdim ediləcək.
P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru