Bu böhranlı günlərdə daha çevik sosial siyəsətə ehtiyac var... - Səlim Müslümov da bir yandan narazılıq yaradır...
Tarix: 25-01-2016, 08:12 | Çap et
DİA.AZ: - Redaksiyamıza son günlər bəzi yerlərdə dolanışığın çətinləşməsi səbəbindən baş qaldıran etirazlar və bu etirazlara səbəb olan nədənləri təhlil edən məqalə göndərilib. Müəllifi Cavid Əliyev olan məqalənin DİA.AZ-a daxil olan mətnində deyilir:
“Rayonlarda etiraza qalxan insanların mütləq əksəriyyətinin şikayəti ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı idi. 2013-cü ildə ölkədə 150 min ailə ünvanlı sosial yardım alıb. Səlim Müslümov nazir olduqdan sonra yardım alan ailələrin sayı azalaraq 80 minə düşüb. 70 min ailə yardım almaqdan məhrum olub. Səlim Müslümov isə hər dəfə yardım alanların sayı filan faiz azaldı deyərək özünü reklam etdirməklə, Cənab Prezidentin yanında özünə xal toplamağa çalışırdı. Yardım alanların sayının azalmasını öz qəhrəmanlığı kimi qələmə verirdi. Nəticədə kasıb əhalinin yardımını kəsməklə onları ayağa qaldırdı. Bu isə birbaşa Cənab Prezidentə qarşı olmaq deməkdir.
Səlim Müslümov daha da irəli gedərək bəyan edirdi ki, əvvəllər yardım düşməyən adamlar da yardım alıb və mən bunu aradan qaldırdım. Şəffaflığı təmin etmişəm. Bununla ictimaiyəti çaşdırmağa çalışdı. Pafoslu danışıqları sayəsində bəzilərində o fikir yaranıb ki, doğurdan Səlim Müslümov bu sahədə rüşvəti aradan qaldırıb, şəffaflığı təmin edib. Hamı birmənalı bilməlidir ki, bu qətiyyən belə deyil. Əksinə, əgər əvvəllər sosial təminat idarələrində kasıb ailələrə 1 illiyə təyin olunan yardımın 4-5 ayını mənimsəyirdilərsə, Səlim Müslümov gələndən sonra 2 illiyə təyin olunan yardımın 9-10 ayı mənimsənilir. 2014-2015-ci illərdə ölkədə yardım alanların sayının az qala 50 faiz azalmasına baxmayaraq büdcədən ünvanlı yardıma ayrılan vəsaitlər nəinki azalmayıb, əksinə artıb. Səlim Müslümov bu sahədə baş verən maxinasiyanı gizlətmək üçün bəyan etdi ki, əgər əvvəllər 150 min ailənin hərəsinə 120 manat yardım verilirdisə, hazırda 80 min ailənin hərəsinə 155 manat yardım veririk. Burada Səlim Müslümovun əsas məqsədi ondan ibarət olub ki, az adama çox yardım verməklə işçiləri onlardan daha çox ayın yardımını mənimsəyərək nazirliyə ötürə bilsinlər. Rüşvəti az adamdan alaq, amma çox alaq. Belə olan halda bundan daha az adam xəbər tutar və insanlar Səlim Müslümovun şəffaf işlədiyinə inanarlar. Sadə hesablama aparmaq kifayətdir ki, büdcədən yardıma ayrılan vəsaitlərin Səlim Müslümov tərəfindən necə mənimsənildiyi üzə çıxsın. Axı gün kimi aydındır ki, 80 min ailənin hərəsinin 155 manat yardım almağındansa, 150 min ailənin hərəsinin 120 manat yardım alması həm dövlətin, həm də cəmiyyətin maraqlarına daha çox uyğundur.
Məlum oldu ki, Səlim Müslümov banklardan kredit götürdüklərinə görə kasıbları yardım almaqdan məhrum edib. Bu isə Cənab Prezidentin ölkədə apardığı sosial siyasətə ziddir. Bəs görəsən Səlim Müslümovun Prezidentin siyasətinə zidd addımlar ataraq, kasıb insanları narazı salmaqda məqsədi nə olub?
Açıq aydın görünür ki, Səlim Müslümov bu işi Prezidentə qarşı olan kimlərinsə diqtəsi ilə edib. Axı Səlim Müslümov iqtisadçı kimi azı onu bilməli idi ki, kasıbları yardım almaqdan məhrum etməklə onları küçəyə çıxmağa sövq edir. Görünür o bunu bilərək etdi. Axı ayrı vaxt o özünün güclü iqtisadçı olması ilə öyünür. Səlim Müslümova elə gəlir ki, Rusyanın Kazan şəhərində özünə elmlər dokturu dərəcəsi düzəltdirməklə iqtisadçı olmaq olur.
Nə yaxşı ki, Cənab Prezident vaxtında məsələyə müdaxilə edərək, krediti olanlara ünvanlı sosial yardım verməmək qadağasının aradan qaldırılmasına göstəriş verdi. Burada ən pis cəhət isə ondan ibarətdir ki, xəbər saytları və qəzetlər bunu da az qala Səlim Müslümovun etdiyi kimi qələmə verirlər. Axı bu absurddur. Səlim Müslümovun nə etdiklərini yazının əvvəlində yazdıq. Bu xoş addım isə birbaşa Cənab Prezidentə məxsusdur. Hər bir kasıb insan bilməlidir ki, bunu Cənab Prezident edibdir. Xəbər saytları və qəzetlər də bunu belə təqdim etməlidirlər.
Yaxşı olardı ki, bu məsələlər ətraflı araşdırılsın. Səlim Müslümovun kimlərin diqtəsi ilə Cənab Prezidentin siyasətinə zidd işlər gördüyünə aydınlıq gətirilsin. Cənab Prezident də məlumatlandırılmalıdır ki, Səlim Müslümovun apardığı işlər birbaşa onun əleyhinə yönəlibdir. Kasıb insanlarda artıq Səlim Müslümova qarşı böyük hiddət formalaşıb. Nə vaxta qədər Səlim Müslümov və Əjdər Cəbiyev cütlüyü sosial sahəyə rəhbərlik edəcəklər, o vaxta qədər o sistemdən rüşvət və yalan yığışmayacaq və insanların narazılığı aradan qalxmayacaq. Kim Cənab Prezidentə sadiqdirsə bu barədə Cənab Prezidentin məlumatlanmasına çalışmalıdır. Cənab Prezidentin nüfuzunun zədələnməsi hesabına özünə xal qazanmağa çalışan Səlim Müslümovun məncə nazir olmağa mənəvi haqqı yoxdur. Hamı bilməlidir ki, ünvanlı sosila yardımla bağlı Səlim Müslümovun ortaya atdığı "elektronlaşma" da bu sahədə rüşvətin yığışmasına xidmət etməyəcək, əksinə kasıblara əlavə problemlər yaradacaq.
Cavid Əliyev”
DİA.AZ-dan: Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
|