Əsas Səhifə > Gündəm, Manşet > Sədərək gömrüyündə yenə də özbaşınalıqdır

Sədərək gömrüyündə yenə də özbaşınalıqdır


6-05-2017, 10:29
Sədərək gömrüyündə yenə də özbaşınalıqdır
DİA.AZ: - Sədərək gömrüyündə yenə də özbaşınalıqdır. DİA.AZ bildirir ki, bu barədə yerli sakinlər redaksiyamıza şikayət edirlər.

Onların dia-az.site-a bildirdiklərindən belə aydın olur ki, qonşu ölkələrdən bazarlıqdan dönənlər isə Sədərək gömrük-keçid məntəqələrində haqsızlıqla üzləşirlər:

“Gömrükdə narazılıq son həddə çatıb. Sədərək keçid məntəqəsində əhali incidilir. Camaata nəzərdə tutulmuş normadan artıq ərzaq gətirməyə imkan vermirlər. Bu da istər-istəməz narazılığa səbəb olur”.

Sakinlərin sözlərinə görə, etiraz edəndə gömrük işçiləri "rəhbərlik belə uyğun bilib" deyərək narazıları başdan edirlər.

dia-az.site bildirir ki, Sədərk gömrüyündə baş verənlərlə əlaqədar gələn həftə geniş reportaj təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt