Əsas Səhifə > Gündəm, Manşet > "Boykot etmək lazımdır bunları..."

"Boykot etmək lazımdır bunları..."


26-05-2023, 09:02
"Boykot etmək lazımdır bunları..."
DİA.AZ: - "Şikayətim hamıya tanış olan "İrşad Telekom"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sevda Sadıqova adlı istifadəçi giley edir.

"Boykot etmək lazımdır bunları..."

Daha sorna narazı vətəndaş yazır: "Təəsüflər olsun ki, bunların əlinə mən də düşdüm ətrafdaki şikayətləri nəzərə almadığım üçün. Amma siz düşməyin.Deməli mart ayında kampaniya olduğu üçün 3 aylıq kreditlə paltaryuyan maşın götürdüm.Brak çıxdı.Uzun mübarizələrdən sonra boyunlarına aldılar.Yenidən vaxtımı və əsəblərimi sərf edəndən sonra yenisini gətirdilər və o da brak çıxdı(quraşdırılarkən heç işləmədi belə)Təsəvvür edin 2 dəfə evə brak məhsul gətirirlər və mən 2 aydı paltaryuyan maşınsız qalmışam.Bunu nəzərə alıb müştərini məmnun etmək əvəzinə kobud formada mənim yenidən servisə gəlməli olduğumu,o qiymətə başqa model seçməyimi istədilər(halbuki qiymətlər artıq qalxıb və mənim orda o qiymətə bəyənəcəyim məhsul tapmağım mümkünsüz kimi bir şeydi).Üstəlik 3 gün ərzində gətiriləcəyi və növbəti 3 gün ərzində quraşdırılacağı deyilir.Mən bu qədər vaxt gözləmək və vaxt sərf edib ora bura getmək istəmirəm.Ödənişimi isə geri qaytarmağdan qəti şəkildə imtina edirlər.Mən elə başa düşdüm ki,bunlar sadəcə brak məhsul satırlar.Bacardığım qədər yaymağa çalışacam bunu ki,insanlar aldanmasın.Boykot etmək lazımdır bunları..."

İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt