Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.site/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Gündəm, Manşet > Dəbdəbəli villa qalmaqalı Gülarə Quluzadəni işsiz qoya bilər
Dəbdəbəli villa qalmaqalı Gülarə Quluzadəni işsiz qoya bilər17-07-2024, 08:30 |
![]() Masazır qəsəbəsində qonşuları ilə yaranmış kanalizasiya problemi 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi direktorunu hədəfə gətirib Abşeron rayon Masazır qəsəbəsi yoncalıq deyilən ərazidə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorunun dəbdəbəli villa tikdirməsi və qonşularla yaranmış kanalizasiya probleminin mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi Gülarə Quluzadəni çətin vəziyyətə sala bilər. AzFakt.com-un əldə etdiyi məlumata görə Gülarə Quluzadənin tikdirməkdə oldğu 4 mərtəbəli villası və ortaya çıxan narazılıq, şikayətlə bağlı Elm və Təhsil Nazirliyində də müzakirə aparılıb. Mərkəz direktorunun 3 mərtəbəli villa tikdirməsi həm cəmiyyətdə həmdə Elm və Təhsil Nazirliyində birmənalı qarşılanmayıb. ![]() Bildirək ki, Gülarə Quluzadə tikilməkdə olan villasını 10 ilə yaxındır inşa etdiyini desədə, sosial şəbəkədə çoxsaylı rəylərdə onun bu villanı hansı pulla təmir etdirməsi əsas mövzu olub. Çünki 4 mərtəbəli villanı tam təmirli halına gətirilməsi üçün ən azı 200 min manata yaxın vəsait lazımdır. Bu qədər vəsaiti isə Gülarə Quluzadənin aldığı əmək haqqı ilə heç cür üst-üstə düşmür. Məlumata görə Gülarə Quluzadənin 4 mərtəbəli villasının gündəmə gəlməsindən sonra Elm və Təhsil Nazirliyi tərəfindən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi təftiş ediləcək. Geri qayıt |