Əsas Səhifə > Gündəm, Manşet > Nazir MEŞƏ QULDURLARI ilə bacarmır?

Nazir MEŞƏ QULDURLARI ilə bacarmır?


31-07-2024, 09:22
Nazir MEŞƏ QULDURLARI ilə bacarmır?
Qəbələnin Vəndam kəndinin sakinləri meşələrin kütləvi şəkildə məhv edilməsinə qarşı hərəkətə keçməyə məcbur olublar.

Bu barədə sakinlər “Arqument.az”a danışıblar.

Onlar deyiblər ki, iyulun 24-də bir qrup kənd sakini Vəndam meşələrindən işlik material daşıyan 2 yük avtomobilinin qarşısını kəsiblər.

Hadisənin video-görüntülərindən məlum olur ki, regional meşə təsərrüfatı mərkəzinin rəhbər şəxslərinin icazəsi ilə hər gecə 5-6 maşın işlik material daşınır. Amma işbazlar elədikləri əməlin qanunsuz olduğunun fərqində olduqlarından maşınlardakı yüklərinin üstünü örtürlər.

Hadisənin görüntülərini təqdim edirik:




Geri qayıt