Əsas Səhifə > Gündəm, Manşet > Məhkəmə icraçılarından Fikrət Məmmədova daha bir şikayət ünvanlandı –

Məhkəmə icraçılarından Fikrət Məmmədova daha bir şikayət ünvanlandı –


11-03-2015, 08:24
Məhkəmə icraçılarından Fikrət Məmmədova daha bir şikayət ünvanlandı –
DİA.AZ: - “Dünən mətbuatda Göyçay rayon İcra Qrupunun qanunsuzluğu barədə oxuduq və biz də mətbuat vasitəsi ilə Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət etməyi qərara aldıq” Bu sözlər redaksiyamıza müraciət Göyçay Rayonu Cəyirli kəndi sakini Feyzullayev Rahim Zülfü oğlunun DİA.AZ-a ünvanlanmış müraciətində yer alıb. Narazı vətəndaş daha sonra yazır:

“Göyçay Rayon İcra Qrupunun səriştəsizliyindən, qanunsuzluğundan bizim ailə də əziyyət çəkir. Hətta bu barədə Göyçay rayon Regional ədliyyə Şöbəsinə etdiyimiz şikayətlərə də baxılmır. Çünki bunları qanunlara riayət etmək yox, ciblərini doldurmaq maraqlandırır. Nəticədə isə vətəndaşlar süründürməçiliyə məruz qalıb əziyyət çəkirlər.

Göyçay Rayon Aqrar İslahatlar Komissiyasaının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 ha torpaq sahəsi başqa şəxslərə qanunsuz olaraq satılmış və uzun müddətli məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edimiş, özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisadi Məhkəməsi 25.11.2014-cü il tarixdə Qərar çıxartmışdır.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı qanuni qüvvəsini almasına və icraya verilməsinə baxmayaraq Göyçay rayon İcra Qrupu məhkəmə qərarını qanunsuz olaraq icra etmir. Çünki qarşı tərəfdən pul alıb məhkəmə qətnaməsini icra etmirlər.

Sevindik ki, Məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq buna baxmayaraq məhkəmə qərarını Göyçay Rayon İcra Qurupu icra etmir. Nəticədə də biz süründürməçiliyə məruz qalmışıq. Bu özbaşınalığı , süründürməçiliyi yaradan vəzifəli şəxslər qəsdən cinayət əməli törədirlər. Məhkəmə qərarını icra etməmək cinayət məsuliyyəti yaratsa da, bu vəzifəli şəxslər barəsində qanunu tədbirlər görən yoxdur.

dia-az.site vasitəsi ilə biz də Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edib xahiş edirik, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2014 -cü il tarixli qərarının icra edilməsini təmin edilməsinə tapşırıq verəsiniz və Məhkəmə qərarını qanunsuz olaraq icra etməyən Göyçay Rayon İcra Qrupu barədə qanuni, ciddi tədbirlər görəsiniz”.

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Məhkəmə icraçılarından Fikrət Məmmədova daha bir şikayət ünvanlandı –

Geri qayıt