MÜXALİFƏTİN ƏSAS PROBLEMİ
Tarix: 3-09-2012, 14:42 | Çap et
LİDERLƏR BİR-BİRİLƏRİNƏ GÜZƏŞTƏ GETMƏK İSTƏMİRLƏR
“Demokratik Qüvvələrin Məşvərət Məclisinin gələcək perspektivi olmayacaq”
Azərbaycan Milli İstiqlal Partiyası və Demokratik Bozqurd Partiyasının təşəbbüsü ilə yeni yaradılmış Demokratik Qüvvələrin Məşvərət Məclisindən ADP və Ümid Partiyasının çıxması hər iki partiyaya qarşı səslənən ittihamları artırıb. Məşvərət Məclisində təmsil olunan bir sıra partiyaların rəsmiləri ADP və Ümidi müxalifətin birliyinə mane olmaqda günahlandırıblar. Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov “OLAYLAR”-a verdiyi müsahibədə təmsil etdiyi partiyanın Demokratik Qüvvələrin Məşvərət Məclisindən çıxma səbəbləri, eləcə də ADP-yə qarşı irəli sürülən ittihamlara aydınlıq gətirib. Zakir Hüseynov hazırda müxalifət daxilində mövcud olan vəziyyət və bundan çıxış yolları barədə də danışıb.
-Zakir bəy, Azərbaycan Demokrat Partiyasının Demokratik Qüvvələrin Məşvərət Məclisindən çıxmasının səbəbi nədir?
-Azərbaycan Demokrat Partiyası Ümid Partiyası ilə birlikdə “Qarabağ” siyasi blokunda təmsil olunur və həmin blok ictimaiyyət tərəfindən kifayət qədər tanınır. Azərbaycan Demokrat Partiyası “Qarabağ” blokunda təmsil olunduğu halda hər hansı Məşvərət Məclisinin üzvü olması barədə heç bir fikir bildirməyib və hansısa qərar qəbul etməyib. Hesab edirəm ki, Azərbaycan Demokrat Partiyasının bundan sonra belə bir qərarı olmayacaq. Demokratik Qüvvələrin Məşvərət Məclisində Azərbaycan Demokrat Partiyasının nümayəndəsi sadəcə qonaq kimi iştirak edib və həmin görüşdə partiya adından heç bir sənədə imza atmayıb. Hesab edirəm ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi həm İctimai Palata, həm də “Qarabağ” blokuna qarşı maraqlı qüvvələr tərəfindən alternativ bir qrum kimi yaradılır. Bu qurmun heç bir gələcək perspektivi olmayacaq. Hazırkı situasiyada müxalifətin yeganə yolu bir araya gəlib prezident seçkilərində vahid namizədlə iştirak etməkdir. Ancaq indiki situasiyada görünən odur ki, müxalifət düşərgəsində təmsil olunan aparıcı partiyaların liderləri bu barədə heç bir razılığa gəlmək və bir-birinə güzəştə getmək istəmirlər. Əgər vəziyyət belə davam edərsə bu müxalifətin prezident seçkilərində iflasına gətirib çıxaracaq.
-Ancaq DQMM formatında keçirilən ikinci görüşdən sonra mətbuat üçün verilən açıqlamada bildirilirdi ki, birgə əməkdaşlıq haqqında sənədə iştirakçı partiyalardan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası imza atmayıb. Yəni, ADP daxil olmaqla görüşdə iştirak edən bütün partiyalar sənədi imzalayıb.
-Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan Demokrat Partiyası heç bir sənədə imza atmayıb və həmin sənədi imzalamaq fikrində də deyil. Sadəcə olaraq partiya kimi həmin görüşə dəvət edilmişik. Görüşlərdə partiyanın sədr müavini Taliyət Əliyev iştirak edib və hansısa sənədə də imza atmayıb. Ona görə də yayılan məlumatların heç bir əsası yoxdur.
-Azərbaycan Demokrat Partiyasının.Məşvərət Məclisi ilə bağlı ortaya qoymuş olduğu mövqe bir sıra partiyalar tərəfindən etirazla qarşılanıb. Hətta AMİP rəsmiləri ADP-ni müxalifətin birliyinə mane olmaqda günahlandırırlar. Bildirilir ki, Sərdar Cəlaloğlu nə etdiyini, hansı addımı atdığını bilmir.
-Nə Azərbaycan Milli İstiqlal Partiyası rəhbərliyinin, nə də bu partiya rəsmilərinin Sərdar Cəlaloğlu barəsində nəsə söyləməyə heç bir haqqı yoxdur. Onların Azərbaycan Demokrat Partiyası rəhbərliyi barədə söylədiyi fikirlər AMİP-in yaratmaq istədiyi təşkilatın perspektivsizliyinin göstəricisidir. Azərbaycan Demokrat Partiyası daim Azərbaycanın siyasi həyatında önəmli yer tutub və bundan sonra da belə olacaq. Partiyamız digərlərindən fərqli olaraq həmişə qəbul etdiyi qərarlara hörmətlə yanaşıb. Əgər Azərbaycan Demokrat Partiyası hansısa bir qrumda təmsil olunubsa həmişə həmin təmsilçiliyi ləyaqətlə, şərəflə yerinə yetirib. Azərbaycan Demokrat Partiyası bu gün heç bir perspektivi, siyasi dayaqları olmayan bir qurumun iştirakçısı olmaq fikrində deyil. Biz partiya olaraq bu gün “Qarabağ” blokunda fəaliyyətimizi davam etdirirk. Gələcəkdə də konkret qərarlar verib fikrimizi cəmiyyətə bildirəcəyik.
-Bu günlərdə Müsavat Partiyası başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində iştirak edəcəyi barədə vermiş olduğu açıqlama müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Hətta bir çoxları bunu tələskənlik kimi qiymətləndiriblər. Sizin bu məsələyə yanaşmanız necədir?
-Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlaması tam normaldır. Eləcə də digər partiya liderləri də belə bir qərar verməkdə sərbəstdir. Sadəcə olaraq biz çox arzu edərdik ki, müxalifət düşərgəsinin aparıcı liderləri mənəm-mənəmlikdən əl çəkib vahid namizəd məsələsi ətrafında fikirləşsinlər.
-Azərbaycan Demokrat Partiyası müxalifətin birliyini arzu etsə də, lakin 10-dan artıq partiyanın təmsil olunduğu Məşvərət Məclisində iştirak etmir. Bu mövqeyinizi necə başa düşmək olar?
-Məsələyə bu aspektdən baxsaq onda İctimai Palatada 15-dən artıq siyasi partiya və ictimai təşkilatın nümayəndəsi təmsil olunur. Bu gün İctimai Palata mövcud olduğu halda yeni bir qurumun yaradılmasına ehtiyac yoxdur. Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılması onun göstəricisidir ki, kimlərsə prezident seçkiləri ərəfəsində müxalifətin bir araya gəlib seçkilərdə vahid namizədlə iştirak etməsinin tərəfdarı deyil. Bu da müxalifətin fəaliyyətini, onun gələcək perspektivini sıfıra endirmnək deməkdir. Biz Azərbaycan Demokrat Partiyası olaraq hesab edirik ki, şəxsi ambisiyaları bir kənara qoyiub müxalifətin vahid namizədini müəyyən etməliyik. Təssüflər oldun ki, hələlik bu bir nəticə vermir.
-Belə olan halda Azərbaycan Demokrat Partiyasının İctimai Palata ilə yaxından əməkdaşlığı mümkündür?
-Azərbaycan Demokrat Partiyası hazırda “Qarabağ” blokunda fəaliyyət göstərir. Eyni zamanda partiya olaraq İctimai Palatada da təmsil olunuruq. Gələcəkdə nələrin baş verəcəyini isə söyləmək bir qədər tezdir. Çünki hələlik müşahidəçi mövqeyində dayanırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
|