“BU İNSAN NƏ ETDİYİNİ ANLAMIR?”
Tarix: 16-09-2012, 13:33 | Çap et
“MOSKVANIN ORTASINDA TERROR ÇAĞIRIŞI EDİR”
Sentyabrın 15-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov “Kloun “siyasətçidən” terrora çağırış” adlı yazılı açıqlama yayıb. Açıqlamanı təqdim edirik:
- Macarıstanda həbsdə olan Azərbaycan vətəndaşı Ramil Səfərovun məhkumların verilməsinə dair 1983-cü il beynəlxalq konvensiyasına müvafiq olaraq Azərbaycana verilməsi və Azərbaycan Konstitusiyası əsasında əfv edilməsindən sonra bəzi siyasətçilər, dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarını nəzərə almadan ona qarşı haqsız, ədalətsiz bəyanatlar verməkdədirlər. Bu zaman siyasi əxalaq qaydaları diqqətə alınmır və ədalətsiz fikirlər səsləndirilir.
Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı təhqiramiz ifadələr, bəyanatlar səsləndirib. Jirinovsikinin siyasi siması hamıya məlumdur. Bu təlxəyin fikirləri artıq heç kimdə təəccüb doğurmur. Lakin özünü “liberal demokrat” adlandıran bu maskalanmış hoqqabazın 14 sentyabrda Rusiyanın paytaxtı Moskva şəhərində “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Ramil Səfərovun azad edilməsinə qarşı keçirilmiş aksiyada söylədiyi fikirlər onun əsl simasını üzə çıxarır və əndazəni aşdığını göstərir. Son hadisələr göstərir ki, Jirinovski artıq sadəcə hoqqabaz deyil, eyni zamanda insanların qanına susamış bir yırtıcıdır əslində.
Vladimir Jirinovski Moskvada keçirilən aksiyada Azərbaycan-Rusiya dostluğunun ruhuna zidd olan, Azərbaycana qarşı siyasətçiyə, dövlət adamına yaraşmayan mənəviyyatsız, əxlaqsız və məsuliyyətsiz bəyanatlar səsləndirmşdir.
Jirinovski kimdir? Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir. Moskvada keçirilmiş aksiyada iştirak edən Jirinovski anadangəlmə məzhəkəçi istedadını bir daha nümayiş etdirərək təxminən 450 aksiya iştirakçısına yeni bir tragikomik tamaşa göstərmişdir.
Aksiyada çıxışında Jirinovski sadəcə Ermənistanı dəstəkləməmiş, eyni zamanda bəşəri problem olan terrorizmin yeni dalğalarının yaranmasına çağırış etmişdir. Rusiyanın öz daxilində terrorizm probleminin aktual olduğu, bütün dünyanın terrorizmə qarşı mübarizə apardığı bir vaxtda Rusiya Dövlət Dumasının vitse-spikeri olmuş bu şəxs Ermənistanı Azərbaycana qarşı terrora təşviq etmişdir. Bu sərsəm siyasətçi nəinki terrora çağırır, hətta ermənilərə azərbaycanlıları necə öldürməyin “texonologiyasını” izah edir. Jirinovski regionun təhklükəsizliyini ciddi şəkildə təhdid edən Ermənistanı Rusiya dövlətinin silahlandırmasını, ona ən müasir silahlar olan S-300 və S-400 raketlerinin verməsini, Ermənistanı Cənubi Qafqazın ən böyük və güclü orduya malik dövləti etməyi, Rusiyanın qondarma DQR-in müstəqilliyini tanımalı olduğunu bildirmişdir.
Rusiyada yaşayan digər milli azlıqlara qarşı düşmən münasibəti ilə tanınan Jirinovski terrorizmə haqq qazandıran siyasətçi olduğunu bir daha təsdiqləmişdir. Jirinovski aksiyadakı hoqqabazlığında “Mən erməni xalqına müraciət edirəm. Bu işi mitinqlərlə həll etmək olmaz. Erməni zabitini öldürəni sərbəst buraxan kimdirsə ona gərəkli cavab vermək lazımdır. Ermənistan xüsusi xidmət orqanları azərbaycanlıların bir daha belə etməmələri üçün bu sualı cavabsız qoymamalıdırlar...” fikirlərini səsləndirmişdir. Dünyada elə bir parlament tapmaq olarmı ki, onun üzvü mitinqdə hansısa millətin nümayəndələrini qətl etməyə dair açıq- aşkar çağırışlar etsin?
Jirinovski Gürcüstanın da ərazi bütövlüyünü təhdid edən fikirlər səsləndirir, Cavaxetiyadakı erməniləri öz torpaqları uğrunda mübarizə aparmağa səsləyir. Terrorçuluğu və separatizmi təşviq edən, müharibə çağırışları edən, dövlətlərin ərazi bütövlüyünə hörmət etməyən, humanistliyə zidd olan qorxunc fikirlər səsləndirən bu şəxsə Rusiya siyasi səhnəsində yer olmamalıdır.
Bu insan nə etdiyini anlamır? Moskvanın ortasında Azərbaycana və azərbaycanlılara qarşı terrora çağırış etməklə nəyə nail olmaq istəyir?
Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu təlxəyin demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
|