"Dostlar bir maraqlı tarixlə rastlaşdım. Hər il ölkəmizdə 6 noyabrda televiziya və radio işçilərinin peşə bayramı günü qeyd edilir, amma..." "DİA-AZ bildirir ki, bunu öz açıqlamasında araşdırmaçı Ramil Bənnayev qeyed edib.
O daha sonra bildirir ki, əslində bizlər Azərbaycan SSR-ə aid bir əlamətdar tarixi qeyd etməklə, gerçək teleradio tariximizi də şübhəyə almış oluruq.
Bənnayev açıqlamasında daha sonra qeyd edir: "Belə ki, 1926-cı ilin həmin günündə Bakı şəhərində ilk radio fəaliyyətə başlamışdır.
Peşə bayramı kimi isə 1992-ci ildə Azərbaycan rəhbərliyi tərəfindən təsis edilmişdir.
Maraqlı burasıdır ki, hələ 1918-ci ilin 06 iyulunda Gəncə şəhərində yerli radio fəaliyyətə başlamışdır..."
Hər halda, həmin tarixi teleradio dönəmimizin başlanğıçı kimi götürməklə tarixi ədaləti də bərpa etmiş olarıq...