Azərbaycanın tanınmış generalının oğlu yüksək vəzifəyə getdi - FOTO
Tarix: 21-11-2024, 11:33 |
Çap et
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.
Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.