Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
“2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında başlayan müharibə, yalnız iki ölkənin deyil, qlobal iqtisadiyyatın strukturuna ciddi şəkildə təsir etdi. Rusiya ilə Ukrayna arasında baş verən müharibə, yalnız bu iki ölkə üçün deyil, bütün dünya üçün ciddi iqtisadi təsirlər yaradıb. Bu müharibə nəticəsində, qarşılıqlı ticari əlaqələr, iqtisadi və zəncirvari əlaqələr ciddi şəkildə pozuldu”.
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib. İqtisadçının sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bir çox ölkələrdə həm ərzaq təminatı, həm də strateji məhsulların qiymətlərinin yüksəlməsi ilə özünü büruzə verdi: “Müharibənin təsirləri, yalnız qiymət artımları ilə məhdudlaşmadı. Rusiya-Ukrayna müharibəsi, dünya bazarlarında taxıl böhranına yol açdı. Ukraynanın dünyanın ən böyük taxıl istehsalçılarından biri olması, bu ölkənin müharibəyə cəlb olunması ilə əlaqədar olaraq, həm daxili bazarda, həm də qlobal miqyasda ciddi ərzaq tədarükü problemləri yaşandı. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin artmasına və qida təhlükəsizliyinin təhdid altına düşməsinə səbəb oldu. Bir neçə ay sonra taxıl tədarükünün sabitləşməsi ilə vəziyyət nisbətən normallaşdı, amma müharibənin gətirdiyi digər iqtisadi təlatümlər hələ də özünü göstərir. Pandemiya dövrü isə qlobal iqtisadiyyatın üzləşdiyi növbəti böyük çağırış oldu. 2020-ci ildə COVID-19 pandemiyasının dünya üzərindəki təsiri, ticarət əlaqələrinin dayandırılması, istehsal zəncirlərinin pozulması və böyük iqtisadi tənəzzül ilə nəticələndi. Lakin pandemiyanın şiddətli təsiri azaldıqca, 2021-ci ildə dünya iqtisadiyyatı bərpa prosesi keçirməyə başladı. Bir çox ölkə pandemiyanın iqtisadi təsirlərini aradan qaldırmağa yönəldi və ilkin dövrlərdəki çətinliklər arxada qalmağa başladı. Lakin, bu bərpa prosesi çox uzun sürmədi. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə birlikdə iqtisadiyyat yenidən zəiflədi və bazarlarda qeyri-sabitlik daha da gücləndi. Pandemiya dövrü ilə müqayisədə müharibə daha uzunmüddətli və daha çox sektoru təsir edən nəticələrə səbəb oldu. Ərzaq, enerji, logistika və digər vacib sahələrdə yaranan təchizat problemləri və qiymət artımları, dünya iqtisadiyyatının sabitliyini təhdid etdi. Rusiya-Ukrayna müharibəsinin yaratdığı qeyri-müəyyənlik və bununla əlaqədar olaraq enerji, ərzaq və digər strateji məhsulların qiymətlərindəki dalğalanmalar, iqtisadi sabitliyi pozan başlıca amillərdən biri kimi qalır”. Müharibənin Azərbaycan iqtisadiyyatının bir çox sahələrinə təsir göstərdiyini deyən iqtisadçı vurğulayır ki, qeyri-neft sektoru, pul köçürmələri və inflyasiya da bundan yan keçməyib: “Bir neçə il öncə Azərbaycanda iki rəqəmli inflyasiyanın olması məhz bu səbəbdən qaynaqlanır, çünki iki rəqəmli inflyasiya çox hallarda beynəlxalq bazarlarda baş verən bahalaşmalara bağlıdır. Azərbaycan da bu təsirlərdən yan keçə bilməmiş, müharibənin mənfi iqtisadi nəticələri ilə üzləşmişdir. Azərbaycanın iqtisadiyyatı əsasən neft və qaz ixracına dayanır, amma son illərdə qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməkdədir. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycanın qeyri-neft məhsullarının ixracı əvvəlki səviyyələrdə qalmayıb. Rusiya ilə əlaqələrin pozulması, həmçinin Rusiya üzərində tətbiq olunan beynəlxalq sanksiyalar nəticəsində Azərbaycanın Rusiyaya ixrac etdiyi qeyri-neft məhsullarının həcmi azalıb. Rusiya bazarına çıxışın məhdudlaşması, ölkəmizin qeyri-neft məhsullarının ixracını çətinləşdirib.Rusiya-Ukrayna müharibəsinin təsirləri Azərbaycan vətəndaşlarının Rusiya ilə əlaqədar fəaliyyətlərinə də mənfi təsir göstərib. Rusiyada çalışan çox sayda Azərbaycan vətəndaşı var və onların Azərbaycana göndərdiyi pul köçürmələri ölkənin iqtisadiyyatı üçün vacib bir gəlir mənbəyidir”. Ekspertin sözlərinə görə, son dövrlərdə qızılın qiymətinin bahalaşması, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması ilə əlaqədar olaraq meydana gəlib: “Bu gün qızıl, investorlar üçün ən etibarlı sərmayə vasitəsinə çevrilib və bu, Azərbaycanda da hiss olunur. Dövlət Neft Fondu, öz ehtiyatlarının bir hissəsini qızıla çevirərək riskləri azaltmağa çalışır. Belə ki, 2023-cü il ərzində ölkə xaricdən xeyli miqdarda qızıl alıb və Dövlət Neft Fondunun investisiya portfelinin 18 faizini qızıl təşkil edir. Bu, ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək və müharibə nəticəsində yaranan iqtisadi qeyri-sabitliklərə qarşı mübarizə aparmaq məqsədini daşıyır. Neftin qiymətlərindəki dəyişkənlik, həmçinin müharibə ilə əlaqədar yaranan qeyri-müəyyənliklər, Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaratmaqda davam edir. Rusiya-Ukrayna müharibəsi, dünya bazarlarında ərzaq qiymətlərinin artmasına səbəb olub. Azərbaycan, xüsusilə ərzaq məhsullarında xarici tədarükə asılı olan bir ölkədir və bu, ölkəmizdə inflyasiya təzyiqlərinin artmasına gətirib çıxarıb. Ərzaq məhsullarının qiymətinin artması, əhalinin həyat səviyyəsinin pisləşməsinə və sosial gərginliklərə səbəb ola bilər. Müharibənin davam etməsi və daha da kəskinləşməsi qlobal ərzaq böhranını daha da dərinləşdirə bilər və Azərbaycan da bu təsirlərdən daha çox zərər görə bilər. Buna görə də , müharibənin tez bitməsi arzu olunandır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
|