Əsas Səhifə > Ana xəbərlər, Güney Press > COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq?

COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq?


Bu gün, 01:40
COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq?
“COP29 ərəfəsində ölkədə hər sahədə qiymət artımı gözləniləndir”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında deyib.

“Əlbəttə, iqtisadi cəhətdən ölkədə otel qiymətlərində baş verən kəskin artım digər sahələrə də təsir etməsi istisna deyil amma bu, sadəcə tədbirlə bağlıdır. Düşünürəm ki, tədbir bitdikdən sonra bu artım məsələləri də qaydaya düşəcək. İstənilən ölkədə belə beynəlxalq tədbir keçirildikdə və bu zaman ölkəyə kütləvi sürətdə turistlərin gələcəyi məlum olduqda belə artımlar müşahidə olunur”.

Deputat bildirib ki, kəskin artım yalnız tədbirin keçirildiyi günlərdə ola bilər.

“Ümid edək ki, bu məsələ ilə bağlı müəyyən tədbirlər görüləcək və o qədər də böyük bir dəyişiklik baş verməyəcək. Çünki bu məsələ bilavasitə konkret olaraq tədbir günlərinə aid olacaq məsələdir. Tədbirdən sonra bütün artım olan sahələrdə enmə yenidən müşahidə olunacaq”.
Geri qayıt