Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?..

Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?..


Bu gün, 10:36
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?..
Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə, ardınca isə Ermənistan Baş naziri Nikol Paşinyana ünvanladığı məktublarda hər iki ölkə liderini bu ilin sonunadək Ermənistanla sülh sazişini imzalanmasına çağırıb. Bəs görəsən, hazırkı reallıqda və cəmi iki aya yaxın bir müddətdə sülh sazişinin imzalanmasına nail olunması mümkündürmü?

Milli İstiqlal Partiyasının fəxri lderi, istiqlalçı deputat Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında konkret danışıb:

“Əlbəttə, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına çalışır. Amma o var ki, əgər Ermənistan öz Konstitusiyasında Azərbaycanın tələb etdiyi dəyişikliyi hansısa yolla həyata keçirsə, bu, mümkündür. Əks halda sülh sazişinin imzalanması mümkün deyil... Təbii ki, Rusiyanın da marağındadır ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi getdikcə uzansın və ümumi durum ondan asılı halda qalsın. Ancaq Moskvanın da öz əsas marağı var ki, o da Zəngəzur dəhlizinin açılması və ona “FSB” qüvvələrinin nəzarət etməsidir. Həmin məsələ həll olunsa, yəqin ki, ruslar da sülh sazişinin sənədləşməsinə razı olacaq...”

Geri qayıt