Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir

Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir


Bu gün, 12:36
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir
Keçmiş təhsil naziri Misir Mərdanovun qardaşı, keçmiş polis rəisi Əli Mərdanov barəsində Tribunainfo.az-ın elektron poçtuna şiakyət videosu daxil olub.
Şikayətin məzmunu ondan ibarətdir ki , Siyəzən rayonunda yerləşən Əli Mərdanova məxsus “Qala park” otelin fasad və digər işlərini görən ustalar , Adilsoy Vüsal, Ələkbərov Rasim, Səmədov Ruslan öz əmək haqqlarını almaq üçün qapılarda qalmalı olublar. Şikayət məktubunda deyilir ki, onları Siyəzən rayonunda işləməyə aparan Mahir adlı şəxs isə “yağlı əppək” olub, yoxa çıxıb. Ona görə də, çarəsiz qalan ustalar videomüraciət yaymalı olublar.
Qeyd edək ki , şikayətçi ustalardan biri Səmədov Ruslan 44 günlük Vətən Müharibəsi veteranıdır. Suqovuşanın alnması, Ağdam, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, orden və medallarla təltif olunub.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt