Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir

Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir


Bu gün, 09:34
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir
“Hazırkı Ermənistan hakimiyyəti xalqı səmimi olduğu və sülh danışıqları ilə bağlı heç nə gizlətmədiyinə inandırmağa çalışır. Lakin sonra hər hansı mövzudan danışılanda prosesin məxfi olduğunu deyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, öncəki hakimiyyətin dövründə bütün detallar erməni ictimaiyyətinə açıqlayıb:

“Ən azından keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın dövründə xalqa və diaspora bütün detallarla bağlı məlumat verilir. Erməni xalqı bilirdi ki, ATƏT-in Minsk qrupu formatındakı danışıqlarda ölkəni nə gözləyir, hansı mövzular müzakirə edilir, qırmızı xətlər nələrdir. Lakin indi Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyan 13 bəndi razılaşdırılıb dedikləri sülh müqaviləsinin mətnini açıqlamırlar. Müqavilənin dəqiq neçə bənddən ibarət olduğu da məlum deyil. gah 16, gah 17 deyirlər. Razılaşdırılmış 13 bənd İrəvanın maraqlarına uyğundursa, niyə xalqa məlumat verilmir?”.

“2020-ci ilin may ayında hələ müharibədən əvvəl Nikol Paşinyan dedi ki, lazım gələrsə, danışıqlar aparılacaq. Həmin vaxt biz gördük ki, heç bir danışıqdan söhbət getmirdi. Bu gün də dediləri hər şeyin əksini edirlər”, – Zakaryan bildirib.

Geri qayıt