Əsas Səhifə > Ana xəbərlər, Güney Press > COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi?
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi?25-10-2024, 00:12 |
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi bildirirlir. Ölkəmizdə bu konfransa hazırlıq prosesi davam edir. Bəs görəsən təhlükəsizlik baxımından hansı tədbirlər görülüb? COP29 zamanı Azərbaycanda hər hansı təxribatlar və ya terror aktı törədilə bilərmi? Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, bu gözlənilmir: "Belə bir hadisə gözlənilən deyil. Bütün meydanlar polis tərəfindən qorunacaq. Amma təbii ki, heç bir dövlət cinayətdən sığortalanmayıb. Cəmiyyət inkişaf etdikcə onun budaqlarında yeni cinayətlər peyda olur və törədilir. Azərbaycanda son kollegiyada Vilayət Eyvazov bəyan etdi ki, ağır və az ağır cinayətlərin sayı azalıb. Qeyd olunan cinayətlərin 90 faizi açılıb və təmin edilib. Bu o deməkdir ki, cinayətkarlıqla mübarizə prinsipiallıqla davam edir. COP29 zamanı bu konfransa mane ola biləcək hər hansı bir əməlin törədilməsini ehtimal belə etmirəm. Çünki konfransın keçiriləcəyi ərazilər tamamilə polisin əhatəsində olacaq. Orda hər kəsin hər bir addımı izləniləcək. Heç kəsin artıq bir əməl törətməsinə imkan verilməyəcək. Bu Azərbaycan polisinin qarşısına qoyduğu ən mühim məqsədlərdən biridir. Azərbaycana qarşı qısqanclıq edən dövlətlər ola bilər ki, nəsə törətmək istəsinlər. Belə bir hal mümkün olan variantdır. Xainliklə bir addım atmağa çalışa bilərlər. Amma belə bir hadisə baş verməyəcək. Bunun qarşısının alınması üçün bütün tədbirlər görülüb". Geri qayıt |