Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici...

Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici...


Bu gün, 08:58
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici...
Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi ilin sonunda 14 milyard dollara çatacaq. Bunun nəyin hesabına başa gəldiyindən çox danışılıb - Ukrayna müharibəsi. Ancaq bu rəqəmlərin əsaslı bir hissəsini Rusiyanın Ermənistan vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinə almaz satışından gələn gəlir təşkil edir. Paşinyan öz faizini götürür.
Rusiya BRİCS-in benefisiarlarından biridir. BƏƏ isə bu ilin əvvəlindən təşkilatın tamhüquqlu üzvüdür. Hə, Hindistanı unutmuşdum. Ermənistana silah satan ölkə. O da BRİCS-in yaradıcılarındandır...
Bu arada İrəvanla Paris arasındakı ticarət dövrüyyəsi 100 milyonun bir qədər üstündədir. Elə ABŞ-la da onun kimi...
Sual: Ermənistan Qərbmeyilli dövlət, Paşinyan isə Qərbyönümlü siyasətçi ola bilərlərmi?

Rüstəm Qaraxanlı - "DİA-AZ"

Geri qayıt