Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər

Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər


Bu gün, 10:57
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər
"AccessBank"ın depozit portfelində kiçilmə olub, vətəndaşlar depozitlərini geri götürüb.
Kommersant.az xəbər verir ki, bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 2 milyon 422 min manat azalaraq 1 milyard 49 milyon manata düşüb. Bu azalmanın əsas səbəbi fiziki şəxslərin bankdakı depozitlərini geri çəkmməsidir. Belə ki, vətəndaşlar 9 ay ərzində 23 milyon 671 min manatlıq depozitini sözügedən banka əmanət etməyib. Bununla da bankın fiziki şəxslərdən topladığı əmanətlər 818 milyon 795 min manata düşüb.

Geri qayıt