Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR26-10-2024, 09:46 |
COP29 və iqlim dəyişməsi ilə əlaqədar bu vəziyyətlə əlaqədar çətin duruma düşən dünya xalqları inkişaf etmiş, böyük maliyyə qaynaqlarına malik Qərbdən yeni maliyyə öhdəlikləri gözləyirlər. Bu isə o deməkdir ki, bəşəriyyəti təhlükə altına ala biləcək iqlim dəyişikliyinə qarşı mübarizədə bir çox digər ölkələr kimi, Qərb də aktiv iştirak etməli, təhlükənin qarşısını almaq üçün prosesə töhfə verməlidirlər. Qərb isə öz ampluasındadır Ancaq bu kimi qlobal problemlərin həllinə pul ayırmamaq əvəzinə Qərb ənənəsinə sadiq qalaraq COP29-a ev sahibliyi edən ölkəyə qarşı hücumlar edir, böhtan və şantaj kampaniyası aparır. Bu da onu göstərir ki, kollektiv Qərbin ölkəmizə qarşı şantaj kampaniyasının arxasında qlobal iqlim dəyişikliklərinə, bu istiqamətdə atılan addımlara maliyyə yardımları ayırmaqdan yayınmaq məqsədi dayanır. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi də buna örnəkdir. Ermənipərəst ruhda hazırlanmış bu qətnamədə Azərbaycana qarşı absurd ittihamlar irəli sürülüb. Qərb ikiüzlülüyündən niyə əl çəkmir? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Qərb iqlim dəyişikliyinə həsr ediləcək COP29-la bağlı qəbul etdiyi qərarın heçə endirilməsi istiqamətində kampaniya aparırsa, bu acınacaqlı haldır: “COP29-a qarşı həqiqətən də ciddi kampaniya aparılır. COP29-un dəyərsizləşdirilməsi, onun əhəmiyyətsizləşdirilməsi üçün böyük çalışmalar həyata keçirilir. Bunu da edənlər özlərini demokratik sayan Qərb dövlətləridir. COP29-un Azərbaycanda keçirilməsi qərarı dövlətlərin böyük əksəriyyətinin razılığı ilə qəbul olunub. Ardınca həmin qərarın heçə endirilməsi istiqamətində kampaniya aparılırsa, bu acınacaqlı bir durumdur”. F.Mustafa hesab edir ki, bu məsələdə Azərbaycan cəmiyyətinin bütövlükdə səfərbər olması lazımdır: “İdeoloji, siyasi, təbliğat işlərini gücləndirməliyik. Tədbirin əhəmiyyətilə bağlı daha çox işlər görülməlidir. Başqa dövlətlərlə əməkdaşlıq imkanlarını da genişləndirməliyik. Burada siyasi baxışlara, dünyagörüşünə əhəmiyyət vermirik. Bütövlükdə iqlim dəyişikliyinin yaratdığı təhlükələrdən dünyamızı qorumaq prinsipini əsas götürərək addımlar atırıq. Həmçinin, dünya ölkələrinin iqlim dəyişikliyilə bağlı verə biləcəyi töhfələri müzakirə edirik. Ona görə də burada siyasi çalarlar axtarmaq, Azərbaycana qarşı münasibəti COP29-la qarışdırmağın nə anlamı var? Hansısa dövlətin baş naziri elan edir ki, tədbiri boykot edəcək. Bundan böyük səviyyəsiz davranış ola bilməz. Bu məsələlərə çox da aludə olmamalı, daha çox anlayan, başa düşən, dünyanın gələcəyilə bağlı narahatlıq keçirən qüvvə və ölkələrlə işləməli və bu işimizi intensivləşdirməliyik”. Geri qayıt |